03 November 2017
  • 242 ნახვა

Türkiyə "Sikorsky" vertolyotları alır

Türkiyə ABŞ-dan "Sikorsky" şirkətinin 20 vertolyotunu almaq niyyətindədir.

Həmin vertolyotların Türkiyə Ətraf Mühit və Meşə Təsərrüfatı Nazirliyinin balansına verilməsi nəzərdə tutulur. Vertolyotların əsasən meşə yanğınları zamanı istifadə olunacağı bildirilir.

Məlumata görə, "Sikorsky" vertolyotları Türkiyəyə 2021-2023-ci illərdə tədarük ediləcək.

Qeyd edək ki, meşələr Türkiyə ərazisinin 27,6 faizini təşkil edir. Son 10 ildə isə ölkədə 24 mindən çox meşə yanğını qeydə alınıb.

მსგავსი