03 November 2017
  • 113 ნახვა

Tramp Putinlə görüşü barədə proqnoz verdi

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Vyetnamda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti çərçivəsində görüşmək ehtimalını istisna etməyib.

ABŞ lideri deyib: "Bu çox vacib səfərdir. Orada Putinlə görüşə bilərik...bu çox mühümdür. Onlar bizə Şimali Koreya və Suriya məsələsində kömək edə bilərlər. Ukrayna barədə də danışmalıyıq".

Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Sammiti Vyetnamın Dananqe şəhərində 6-11 noyab tarixlərində keçiriləcək.

მსგავსი