03 November 2017
  • 102 ნახვა

İŞİD Nyu-Yorkdakı terror aktına görə məsuliyyəti üzərinə götürüb

İŞİD terror qruplaşması Nyu-Yorkda baş verən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə "Reuters" agentliyi məlumat verir.

Qeyd edək ki, terror aktı nəticəsində 8 nəfər həyatını itirib. Şəhərin Manhetten rayonunda velosiped yoluna çıxan yük avtomobili velosipedçiləri vuraraq məktəbliləri aparan avtobusa çırpılıb. Sürücü polis tərəfindən zərərsizləşdirilib və xəstəxanaya yerləşdirilib.

Avtomobili idarə edən Özbəkistan vətəndaşı Sayfullo Saipov olub. O, terror aktı törətməkdə və terrorizmə dəstək verməkdə təqsirli bilinir.

მსგავსი