03 November 2017
  • 114 ნახვა

ABŞ Federal Ehtiyat Sisteminin başçısı postuna yeni namizəd

ABŞ prezidenti Donald Tramp ölkənin "mərkəzi bankı" - Federal Ehtiyat Sisteminin başçısı postuna Cerom Pauellin namizədliyini irəli sürüb. 

Tramp, çıxış edərkən, ABŞ-ın son zamanlar əldə etdiyi uğurlarından danışıb və qeyd edib ki, FES-nə möhkəm və davamlı lider lazımdır.

Pauellin namizədliyini ABŞ senatı təsdiq etməlidir.

Xatırladaq ki, hal-hazırki FES-in başçısı Janet Yellenin səlahiyyət müddəti 2018-ci ilin fevralında başa çatır.

მსგავსი