03 November 2017
  • 111 ნახვა

"Türkcell" də avtomobil istehsal edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli avtomobil istehsalında iştirak edəcək şirkətlərin adını açıqlayıb.

 “Anadolu Grubu”, “BMC”, “Kıraça Holding”, “Türkcell” və “Zorlu Holding” bu prosesdə iştirak edəcək.

R.T.Ərdoğan qeyd edib ki, 2021-ci ilədək Türkiyə istehsal etdiyi avtomobilləri qonşu ölkələrə ixrac edəcək.

O, həmçinin bəyan edib ki, ilk istehsal olunan avtomobilin alıcısı özü olacaq.

მსგავსი