13 March 2017
  • 388 ნახვა

Tanınmış şair -tərcüməçi Zezva Medulaşviliyə baş çəkdim.

Zezva Medulaşvili Azərbaycan xalqının  böyük dostlarından biri, Azərbaycan ədəbiyyatının  qızğın fədakar təbliqatçısıdır. Azərbayzan ədəbiyyatının  Füzuli, Nəsimi, M.P. Vaqif kimi korifeylərin, XX əsrin bir sıra ən ünlü Azərbaycan yazıçı və şairlərinin əsərlərindən nümunələri, o cümlədən  İsa İsmayılzadənin, Məmməd Arazın şeirlərini kitab şəklində öz gürcü oxucularına çatdırmışdır.

Uzun illər boyu üzərində işlədiyi “Koroğlu” qəhrəmanlıq dastanını gürcü dilinə tərcümə edərək dəfələrlə nəşr etdirmişdir.

Xalqımızın şifahi xalq ədəbiyyatını çox sevən, onun nümunələrini sevə-sevə öz doğma dilinə çevirən batoni Zezvanın “Min bir bayatı” kitabı da bir neçə il bundan əvvəl  hər iki dildə  bir yerdə işıq üzü görmüşdür.

Süfrə arxasında bir az Kaxet  şərabından içərək ordan-burdan söhbət etdik. Sonra onun arxiv materiallarını gözdən keçirdik. Məmməd Arazın ona bağışladığı və internetdə olmayan foto-şəklinə rast gəldim. İndi onu pərəstişkarlarının nəzərinə çatdırıram.

Hörmətlə: Mirzə Məmmədoğlu  

მსგავსი