20 October 2018
  • 206 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Liləxana

Liləxana – Qədim Tiflisdə iki boyaqçılar cərgəsi var idi. Onlardan biri Tatar meydanından başlayan və Qalanın böyük kilsəsinin (Surp Georg) qabağından keçən küçədə, Berzenxananın arxasında hamamın önünə keçən küçədə, indiki Samğebro (Boyaqçılar) küçəsində yerləşirdi. O biri Liləxana II İrakli meydanının cənub-qərb güşəsindən başlayıb Orta bazara (indiki Leselidze küçəsinə) qədər uzanırdı. A. Pişşeviç tərəfindən tərtib olunmuş 1785-ci il Tiflis planında 17 nömrə ilə işarə olunmuşdur və Boyaqçılar küçəsi adlanır.                                                                                                                

                                                                                       Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი