20 October 2013
  • 408 ნახვა

Azərbaycanın Milli qəhrəmanı- Tiflis balası Eldar Ağayev

Azərbaycanın Milli qəhrəmanı Eldar Əsgər oğlu Ağayev 1955-ci il sentyabrın 29-da Tbilisidə hərbçi ailəsində anadan olmuşdur. Eldar uşaqkən onun ailəsi Bakıya köçmüşdür. Eldar  Ağayev Bakının 20 və  134 saylı orta məktəblərində oxumuşdur. 1972-ci ildə hərbi məktəbi bitirərək Kalininqrad vilayətində Qusev şəhərindəki motoatıcı diviziyada xidmətə başlamışdır.

1978-ci ildən Kamçatka yarımadasında hərbi xidmətini davam etdirmişdir.

1981-1984-cü illərdə zabit Eldar Ağayev Amur vilayətində Obluçiye şəhərində hərbi hissə komandiri kimi xidmət etmişdir.

1984-86-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olmuşdur. Bacarıqlı komandir olduğunu görən rəhbərlik onu əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edir. Sonra isə 1989-cu ilədək Kalininqraddaki motoatıcı diviziyanın kəşfiyyat xidmətinin rəisi təyin olunur

Ermənilər Azərbaycan torpaqlarına hücum edən zaman Eldar vətənə qayıdır. O, 1992-ci ildə Milli Ordunun tərkibində "N" saylı alayını yaradır. Daha sonra ikinci taboru yaradır və ona komadirlik edir. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılmış və onlarla erməni quldurunu məhv etmişdi. Eldarın yaratdığı tabor 1995-ci il dövlət çevirilişinin qarşısının alınmasında da iştirak etmişdi. Bu taborun 18 əsgər və zabiti Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. Eldar Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstutunda hərbi kafedranın rəisi olmuşdur. 2000-2001-ci illərdə isə BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində alışmışdır.

Hazırda Azərbaycanın Ədliyyə Nazirliyində çalışır.

Sovetlər birliyi zamanı "Qırmızı Ulduz", "İgidliyə görə" ordenləri ilə təltif olunub. Qarabağ döyüşlərində iştirak etdiyi üçün "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Ağayev Eldar Əsgər oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

 

მსგავსი