01 October 2017
  • 121 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Riğe (Çaylaq)

Riğe (Çaylaq) – Kürün sol sahilində bu günkü Barataşvili və Metex körpüsü arasında olan ərazi. 1809-cu il Tiflis planında Orbeliani adası yaxınlığında (indiki Petrisi küçəsi) qeydə alınmışdır. XIX əsrin 20-ci illərində Kürün qolu daraldı, sonra isə tamamilə yox oldu. Bu ərazidə tezliklə evlər tikildi. Kürün bu qolunun axdığı köhnə yer Riğe, yəni çaylaq adlandı. Burada məskunlaşan ruslar onu Peski adlandırırdılar. Burada çoxlu dükan, müxtəlif emalatxanalar var idi. 1972-ci ildə böyük daşqın zamanı sel bütün bu yerləri yuyub apardı. Köhnə Riğedən əsər-əlamət qalmadı. Sonralar burada bir neçə restoran, benzin doldurma məntəqəsi salındı. Bunlar da bu yaxınlarda şəhərin ümumi mənzərəsinə xələl gətirdiyindən aradan götürülmüşdür. 

                                                                                                             Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი