27 September 2017
  • 259 ნახვა

Qarayazı anası-Pərixanım Sofiyeva. Tiflis qəzasına son seçkilər Qarayazı dairəsində keçirldi

Qarayazı anası-Pərixanım Sofiyeva

Tiflis qəzasına son seçkilər Qarayazı dairəsində keçirldi

“Qardian” britan nəşri tərəfindən  8 mart üçün  hazırlanan  qadınların siyasi qatılmalarını əks etdirən interaktiv dünya xəritəsində  Gürcüstan barəsində qırmız nöqtə guya ilk qadının  seçildiyi  vaxt 1992-ci ildə göstərilir. Əgər xəritə üzərində düzəliş etsək və onun üzərində real tarixi- Gürcüstanın təsis yığıncağına 5 nəfər qadın deputatın daxil olduğu 1919-cu ili qoysaq Gürcüstan  təkcə Avropanın  Mərkəzi və Şərq hissəsində deyil, eləcə də dünyanın  nəhəng ərazisində  də kiçik bir ada kimi görünər.

Bu xəritədə 20-ci əsrin 30-cu illərinə qədər Asiyanın  və dünyanın  müsəlman əhalisinin  dominanlıq etdiyi,  müstəmləkəçilik və demokratikləşmənin gecikmiş transiz və patriarxal həyat tərzinin nəticəsi kimi hesab edilməsinin mümkün olduğu hissəsində  heç bir dəyişiklik nəzərə çarpmır...

1918-ci ilin payızında isə gürcü mətbuatı qürur hissi ilə yazırdı:

“... Çox sevindirici  bir hadisəni qeyd etmək lazımmdır; Səs verənlərin sayına Qarayazı dairəsindən irəli sürülən müsəlman qadın, Pərixanım Sofiyeva. İlk eroba qurultayı dekabrın 2-ə təyin olunub...”

Müasir vətəndaşlar üçün  eroba sözünün özünün necə  yad və qəribə olması kimi , eləcə də coğrafi zona  Qarayazı da  insanda xüsusi  hisslər oyatmır.  Və buna görə də  ilk təəssüratla  ilk demokratik respublikannın necə  mühüm görünməmiş bir halı bizim üçün saxlanc etməsi bir az çətin anlaşılandır. Belə ki, təkcə bizim ictimaiyyətin nümunə götürməsi deyil, eləcə də bu dünyanın  demokratik siyasi, mədəni  tarixi üçün də diqqətə layiq fatkta çevrilməsi mümkündür.

186-cı illərdə Rusiya imperiyasında  “Böyük islahatlar” dövrü yetişdi ki, bununla da II Aleksandr və onun  istinad etdiyi siyasi elita geridə qalmış ölkənin modernləşdirilməsinə çəhd etmişlər. İslahatlar arasında  ən mühümü və maraqlısı, yerli özünüidarəetmələrin-“Zemstvo”nun-Erobanın  tətbiqi idi ki, bu da Rusiya imperiyalizminə görə, dolğun şəkildə həyata keçirilmədi; Onun məhdud təsərrüfat və mədəni profili var idi, halbuki hər halda imperiyanın  aqrar diyarlarının inkişafına  böyük təsir göstərdi. Elə imperiyanın qorxusuna və müstəmləkəçilik siyasətininə görə bu məhdud özünüidarəetmə sahil-qeyri-rus millətlətlər ilə doninan olunan diyarlarda, o cümlədən,  Qafqazda yayılmadı. 1880-ci illərdən gürcü ictimaiyyətində  erobalıq özünüidarəetməsinin tələbi ilə mülki hərəkat yavaş-yavaş başladı, halbuki, imperiyanın süqutuna qədər, hakimiyyət ictimaiyyəti yalnız bir nəticə verməyən “yığıncaqlarla” və vədlərlə qidalandırırdı.

1917-ci il fevral inqilabından sonra müvəqqəti hökumət şəraitində Qafqazda yerli idarəetmənin islahatına və seşkilər hazırlığına başlandı ki, bu da ağır siyasi kataklizmlər fonunda davam etdi və müvəqqəti hökumətdən, Gürcüstan müstəqilliyinin bəyan olunmasına qədər real olaraq yerindən tərpənmədi. 1918-ci il mayın 28-dən sonra  ilin sonunadək  Gürcüstan ərazisinin əsas qəzalarında erobalıq seçkiləri keçirildi və özünüidarəetmələr fəaliyyət göstərməyə başladı. 1919-1920-ci illərə qədər  mərkəzi hakimiyyətin nəzarət edə bilmədiyi bütün qalan qəzalarda erobalıq seçkiləri oldu.

Tiflis qəzasına seçkilər payızın sonuna kimi yubadıldı, kənd təsərrüfatı işlərinə görə seçicilərin səfərbərliyi mümkün olmadı. Seçki sistemi ilə qəza secki dairələrinə bölünürdü ki, burada da vərəndaşlara deputatların  müəyyən olunmuş sayını proporsional siyahı iləı seçməli idilər. Tiflis qəzasına son seçkilər Qarayazı dairəsində keçirildi ki, burada da seçicilərin  əksəriyyəti azərbaycanlı əhalisi idi. Gözlənilmədən, öncül partiyaların – Sosial-Demokratların və Federalistlərin, “Hümmət” təşkilatının, Milli-Demiokratlar və Eserlərin namizədləri mübarizəsində partiyasız namizəd  azərbaycanlı müsəlman qadın Pərixanım Sofiyeva siyahıları üstələdi və  Qarayazı dairəsindən Tiflis qəza erobasının beşinci səsvermə hüququna malik nümayəndəsi oldu ki, bunu da ki, mətbuat  sevinclə qarşıladı.

34 yaşlı müsəlman qadın 1918-ci ildə müsəlman vətəndaşlarının dəstəyi ilə  demokratik yolla siyasi vəzivəni  necə qazandı? Onun arxasını hansı nüfuz bərkidirdi və onun bu cür  nüfuzu  və populyarlığı nədən irəli gəlirdi- Bu günkü  21-ci əsrdə də müsəlman qadınlarının siyasi fəallığı ilə bizim ictimaiyyətin heç də çox    ərköyün olmadığı bir vaxtda  vətəndaş üçün çox maraqlı və mühüm sualdır;

Pərixanımın adını  doğma Qaracalar kəndində hələ yenə də yaşlı nəsil yaxşı xatırlayır. Kəndin qocaları bu tərəfin “anası”nı “kişi Pəri “adlandırırdılar.

Pərixanım Sofiyevanın törəmələri elə bu kənddə yaşayırlar. Onların əcdadlarının izinə qarşı tədqiqatçıların marağı  çox da gözlənilməz deyildi. Onun fərqli təbiəti, davranışı indiyədək  ənənəvi cəmiyyətdə  qadının inkişaf perspektivi problematikasını bilən hər kəsi təəccübləndirir.

Kəndin qocalarının verdiyi məlumata görə,  Pərixanım Sofiyevanın  güclü  və nüfuzlu ailənin  üçüncü qızı imiş. Ailədə 5 qardaş var imiş, halbuki, elə erkən yaşlarından  onlarda başçılıq və böyüklük  funksiyasını Pərixanım əlinə keçirmişdir. Onun sözü və davranışı o qədər nüfuzlu idi ki, bütün ailə ona tabe idi. Tezliklə, Pərixanımın nüfuzu ailə hüdudlarından kənara çıxır.

Vaxt geçdikcə, o, kəndin və diyarın tanınmış liderinə çevrilir ki,bu da ənənəvi ictimaiyyətdə  müsəlman qadınının imkanları barədə mövcud  stereotipi yerli-dibli dağıdır. Deyilənə görə, Pərixanım daim kişilər çevrəsində dolanır və kənd işlərinə əncam çəkirmiş.  Onun yanına həmişə məsləhət almağa gəlir, müxtəlif mübahisələrdə vasitəçi  olmağa, adər-ənənələrin və ənənə mərasimlərinə  başçılıq etməyə  çağırırmışlar. Onun sözü və əməli o qədər kəsərli imiş ki, ənənəvi ictimaiyyətin  baş bilənləri, ağsaqqalları  etiraf edir və ona tabe olurlarmış.

Pərixanım xeyyriyyəçi də imiş, daim yeni ailə quran gənclərə və dünyasını dəyişən həmkəndlilərin yetimlərinə yardım göstərərmiş. Dumanlı deyildiyinə görə, 1910-cu illərdə  o, təsərrüfat təşəbbüsü də irəli sürür ki, bunun üçün də bankdan  vəsait də alıbmış. Həmkəndliləri  ona dəmiryolu xəttində Qaracalar kəndi üçün  stansiyanın qurulmasını  yazıblar.

Müsəlman qadının “imici”ni eləcə də  Pərixanımın  vərdişi dəhşətli dərəcədə pozurdu- Törəmələrinin  dediyinə görə, o qəlyan çəkirmiş ki, bu da ki, bu gün də qəti olaraq qəbul edilməzdir. Halbuki, eyni zamanda Pərixanım Quran oxumağı da bilirmiş və onu daim yas yerlərinə quran oxumağa da şağırırlarmış.

Ailə üzvlərinin  verdiyi məlumata görə,  zahiri görünüçünə görə, o,orta boylu, gözəl sifətə malik sarışın qadın imiş.

1921-ci ilin sovet işğalından sonra  bolşevik rejimi qəza özünüidarəetmələrini- “eroba”ları ləğv etdi. Pərixanım sovet rejimi ilə əməkdaşlığı yolunu seçmədi. 1920-ci illərin  sonundan isə Sofiyevlər ailəsinə ağır tale qismət oldu. Kollektivləşmə başlayandan sonra  onları qolçomaq hesab edərək var-dövlətlərini əllərindən aldılar. 1937-38-ci illərin kütləvi terror zamanı isə Pərixanımın üç qardaşımı güllələdilər.

Kütləvi terrordan Pərixanım Sofiyevanı onun nüfuzumu, yoxsa təsadüfmü, xilas etdi, demək çətindir. O gündən bəri onun həyatının hədəfi yetim qalmış qardaşı uşaqlarını böyütmək və yoluna qoymaq  oldu ki, bunun da öhdəsindən gəldi. Halbuki, deyilənə görə, onun qardaşı uşaqlarından biri 1951-ci ildə taxıl satdığına görə həbs edilib, Ortacala həbsxanasına salanda Pərixanın bu xəbərə dözməyib və ürək çatışmazlığından dünyasını dəyişib.

Bu gün Qaracalar kənd qəbiristanlığında  güman edildiyinə görə, dünyada birinci, demokrakitk yola ilə seçilən  müsılman qadın deputatın məzarının yerini yalnız törəmələri bilər. Yaşlı nəsil “gedəndən” sonra Pərixanımın,  “Qarayazı” anasının  adının izsiz itib-batması mümkündür.

Tərcümə edən:Mirzə Məmmədoğlu

Mənbə: www.etaloni.ge  və www.archive.ge.

მსგავსი