25 September 2017
  • 188 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Vera

 Vera çayının aşağı hissəsində Vera kəndi var idi və bu da Qabaşvililərin əlində idi. Şahzadə Vaxuştinin verdiyi məlumata görə, Vera əvvəllər Skviret adlanıb. Vera çayının mənsəbindən demək olar ki, Elbakidze yoxuşuna qədər ərazini birləşdirir. Diğom karvan yolu Veradan keçirmiş, bu yol indiki Qəhrəmanlar meydanından köhnə Vera körpüsü ilə çaydan keçirdi. Bu məhəllədən ikinci yol - Sğnet yolu keçirdi. Ötən əsrin 80-ci illərində burada tikililər inşa olundu. Ötən əsrin sonunda isə artıq şəhər evləri Vakenin sərhədlərinə, Varaz dərəsinə qədər genişləndi.

Vera bağı – Əvvəllər burada Mavi Monastırdan tutmuş Vera çayının Kür çayına qovuşduğu yerədək meyvə bağları, üzümlüklər və bostanlar olub. Sonralar bağın bir hissəsi qəbiristanlıq olub. 1898-ci ildə şəhər tikintisi Vera məhəlləsini əhatə edəndə, şəhər bələdiyyə idarəsi qəbiris­tanlığı ləğv etmiş və orda bağ, indiki Vera bağını salmışdır.

Vera körpüsü – Qəhrəmanlar meydanının yenidən qurulmasından öncə bizə qədər mövcud olan Tiflis körpülərindən biridir. Onu XVII əsrin ortalarında Tiflis zərraflarının ağsaqqalı Xoca Behbud saldırmışdır. Bu körpünü şahzadə Vaxuşti də xatırlayır. Körpünün taleyi Qəhrəmanlar meydanının yenidən qurulması ilə həll edilmişdir.                                                                                                           

                                                                                                             Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი