22 September 2017
  • 170 ნახვა

Qədim Tiflisin qədim cizgiləri - Gəncə qapısı

Gəncə qapısı – Onun başqa adları da mövcud idi: İrəvan qapısı, Cənub qapısı, Sololak qapısı, Qapılar qapısı, Ucarma qapısı. Şəki qalasının - Narınqalanın da Şirvan və Gəncə adlanan darvazaları var idi. «Şərqdən və cənubdan Tiflisə daxil olan əsas ticarət yolunda yerləşirdi» (XI əsrin salnaməçisi Cavanşir). Bu yol Seyidabaddan keçərək cənub hasar qapısından daxil olurdu, buna görə də ona Cənub qapısı da deyilirdi. Elə buraya Tabaxmeldən və Krtsanisdən də yol gəlirdi. Bu yol əsas yol idi və buna görə də ona Qapılar qapısı da deyilirdi. Orta əsrlərin ənənəsinə görə şəhərə daxil olan yolun adını həmin yerə qoyurdular. Gəncə qapısı adı da belə yaranmışdı. Gəncə qapısı şəhər barısının cənub hissəsində bərqərar olunduğu qayanın dibində yerləşirdi. Gəncə qapısının yaxınlığında Savkis çayı axırdı. Bu çayın üzərində də körpü var idi ki, o da Gəncə qapısının körpüsü adlanırdı.

                                                                                                           Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი