21 September 2017
  • 334 ნახვა

Müstəqil Gürcüstanın ilk müsəlman deputatı kim idi?

 Pəri xanımın adını  doğma Qaracalar kəndində hələ yenə də yaşlı nəsil yaxşı xatırlayır. Kəndin qocaları bu tərəfin “anası”nı “kişi Pəri “adlandırırdılar.

Pəri xanım Sofiyevanın törəmələri elə bu kənddə yaşayırlar. Onların əcdadlarının izinə qarşı tədqiqatçıların marağı  çox da gözlənilməz deyildi. Onun fərqli təbiəti, davranışı indiyədək  ənənəvi cəmiyyətdə  qadının inkişaf perspektivi problematikasını bilən hər kəsi təəccübləndirir.

Kəndin qocalarının verdiyi məlumata görə,  Pəri xanım Sofiyevanın  güclü  və nüfuzlu ailənin  üçüncü qızı imiş. Ailədə 5 qardaş var imiş, halbuki, elə erkən yaşlarından  onlarda başçılıq və böyüklük  funksiyasını Pərixanım əlinə keçirmişdir. Onun sözü və davranışı o qədər nüfuzlu idi ki, bütün ailə ona tabe idi. Tezliklə, Pəri xanımın nüfuzu ailə hüdudlarından kənara çıxır.

Vaxt geçdikcə, o, kəndin və diyarın tanınmış liderinə çevrilir ki,bu da ənənəvi ictimaiyyətdə  müsəlman qadınının imkanları barədə mövcud  stereotipi yerli-dibli dağıdır. Deyilənə görə, Pərixanım daim kişilər çevrəsində dolanır və kənd işlərinə əncam çəkirmiş.  Onun yanına həmişə məsləhət almağa gəlir, müxtəlif mübahisələrdə vasitəçi  olmağa, adər-ənənələrin və ənənə mərasimlərinə  başçılıq etməyə  çağırırmışlar. Onun sözü və əməli o qədər kəsərli imiş ki, ənənəvi ictimaiyyətin  baş bilənləri, ağsaqqalları  etiraf edir və ona tabe olurlarmış.

Pəri xanım xeyyriyyəçi də imiş, daim yeni ailə quran gənclərə və dünyasını dəyişən həmkəndlilərin yetimlərinə yardım göstərərmiş. Dumanlı deyildiyinə görə, 1910-cu illərdə  o, təsərrüfat təşəbbüsü də irəli sürür ki, bunun üçün də bankdan  vəsait də alıbmış. Həmkəndliləri  ona dəmiryolu xəttində Qaracalar kəndi üçün  stansiyanın qurulmasını  yazıblar.

Müsəlman qadının “imici”ni eləcə də  Pəri xanımın  vərdişi dəhşətli dərəcədə pozurdu- Törəmələrinin  dediyinə görə, o qəlyan çəkirmiş ki, bu da ki, bu gün də qəti olaraq qəbul edilməzdir. Halbuki, eyni zamanda Pəri xanım Quran oxumağı da bilirmiş və onu daim yas yerlərinə quran oxumağa da şağırırlarmış.

Ailə üzvlərinin  verdiyi məlumata görə,  zahiri görünüçünə görə, o,orta boylu, gözəl sifətə malik sarışın qadın imiş.

1921-ci ilin sovet işğalından sonra  bolşevik rejimi qəza özünüidarəetmələrini- “eroba”ları ləğv etdi. Pəri xanım sovet rejimi ilə əməkdaşlığı yolunu seçmədi. 1920-ci illərin  sonundan isə Sofiyevlər ailəsinə ağır tale qismət oldu. Kollektivləşmə başlayandan sonra  onları qolçomaq hesab edərək var-dövlətlərini əllərindən aldılar. 1937-38-ci illərin kütləvi terror zamanı isə Pərixanımın üç qardaşımı güllələdilər.

Kütləvi terrordan Pəri xanım Sofiyevanı onun nüfuzumu, yoxsa təsadüfmü, xilas etdi, demək çətindir. O gündən bəri onun həyatının hədəfi yetim qalmış qardaşı uşaqlarını böyütmək və yoluna qoymaq  oldu ki, bunun da öhdəsindən gəldi. Halbuki, deyilənə görə, onun qardaşı uşaqlarından biri 1951-ci ildə taxıl satdığına görə həbs edilib, Ortacala həbsxanasına salanda Pəri xanın bu xəbərə dözməyib və ürək çatışmazlığından dünyasını dəyişib.

Bu gün Qaracalar kənd qəbiristanlığında  güman edildiyinə görə, dünyada birinci, demokrakitk yola ilə seçilən  müsılman qadın deputatın məzarının yerini yalnız törəmələri bilər. Yaşlı nəsil “gedəndən” sonra Pəri xanımın,  “Qarayazı” anasının  adının izsiz itib-batması mümkündür.

Tərcümə edən:Mirzə Məmmədoğlu

Mənbə: www.etaloni.ge  və www.archive.ge.

მსგავსი