20 September 2017
  • 163 ნახვა

Şair və yazıçı Aleko Qabeliya da dünyasını dəyişdi

Dünən acı bir xəbər aldım. Şair və yazıçı dostum Aleko Qabeliya da dünyasını dəyişdi, Allah rəhmət eləsin.

Aleko  Qabeliya   Gürcüstan Yazıçılar İttifaqının üzvü idi. Son vaxtlar isə  yeni yaradılmış Gürcüstan Yazıçıları Milli Akademiyasının idarə heyyətinin üzvü idi.  2008-ci ildə ölkənin və Yazıçılar İttifaqının rəhbərliyinə gələn kriminal idarəetməyə görə etiraz əlaməti olaraq bu ittifaqı tərk etmişdir. Bir sıra romanların müəllifidir. Mətbuatda müntəzəm şeirləri və tənqidi-ədəbi yazıları dərc olunmuşdur. Məmməd Arazın gürcü dilinə tərcümə olunmasında onun da əməyi vardır. Sabir Rüstəmxanlının “Ölüm zirvəsi” romanını gürcü dilinə tərcümə etmişdir.

Onunla şəxsi dostluğum gürcü-azərbaycan ədəbi əlaqələr müstəvisində qurulmuşdu. Çox planlarımız var idi. Son vaxtlar  Gürcüstan Yazıçlılar İttifaqı ətrafında baş verən hadisələr ona pis təsir göstərirdi. Üstəgəl xəstəlik  də ona normal işləməyə imkan vermirdi. Axırda da ki, ölüm.

Dünən son mənzilə saldıq. Allah rəhmət eləsin.

                                                                                        Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი