06 September 2017
  • 275 ნახვა

Qaravəllilər və uydurmalar.

Bu yaxınlarda Veys Xudiyev, Ağalar idrisoğlunun “Xudu Borçalı və onun səcərəsi” adlı kitab əlimə leşdi. Bu  kitab İlyas Adıgözəlovun kitabından götürülən Sadaxlı elinin tanınmış oğul və qızları barədə yazılan və Xudu Borçalı barıədə qaravəlliləri çıxdıqda ailə və nəsil albomunu xatırladır.  Bir səhifə yarım olan”Borçalı haqqında tarixi faktıar” yazısında  Borçalı barəsində elə bir tarixi fakt yoxdur. İsgəndərin Kişik Asiyaya, nəhayət Gürcüstana hücumu ilə yazı başlayır. Bunun Borçalıya nə dəxli. O da ki, tarixi faktlar ilə deyil. “Kartlis sxoverba”da (“Gürcüstan həyatı”)  bu barədə məlumat var. Leonti Mrobelinin yazdığına görə, makedoniyalı İsgəndər saysız-hesabsız qoşunla Kartliyə hücum edir. O, Kartlinin qala-şəhərlərini alır. Sarkinetidə bun-türklər yaşadıqlarından oranı ələ keçirmək üçün on bir ay mübarizə aparmalı olur.  Bun-türklər qətiyyətlə zor göstəririlər. İsgəndər hirslənərək Sarkineti mühasirəyə alır və onun sakinlərini məhv etmək qərarına gəlir. Çıxılmaz vəziyyətə düşən sarkinetililər  gizlicə qalanın söykəndiyi qayanı oymağa başlayırlar. Qaya yumşaq olduğundan onu asanca deşərək, aradan çıxır və boş şəhəri İsgəndərin öhdəsinə verirlər.

Bu, salnaməçi tərəfindən yazılsa da  insanda rəvayət təəssüratı yaradır. Hər halda tarixi fakt olaraq o dövrü əks etdirir.

Müəllimlər sonra tanınmış türk alim Fəxrəddin Kırzıoğlunun kitabından düz əməlli sitat gəirməyiblər. Hələ bir alimin  adını  belə düzgün yazmayıblar. “Mehmet Fatehti Kırzıoğlu. Qaravəlli formasında bir neçə söz yazan müəlliflər  Borçalının Gəncə bəylərbəyliyində olması, sultanlıq  olması, onların sultanları barədə heç nə yazmayıblar. Borçalıda yaşayanları da “Azəri Qarapapaq türkləri adlandırırlar.  Yeni  ad icad ediblər. Nə isə, tarixi faktlar adlanan bu kiçik yazının hər cümləsində tarixə aid olmayan məqamlara rast gəlmək olar. Göründüyü kimi, Gürcüstan və Azərbaycan  tarixindən  məlumatı olmayan müəlliflərin Borçalının tarixi barəsində yazı yazmaları ötə şərt deyildi. Tarixi bilənlərə, tarixçilərə, məsələn Kərəm Məmmədliyə, müraciət etsə, genəşsə idilər, xəncərlərinin qaşı düşməzdi. Nə isə. Qaş indi düşüb. Borçalının tarixi də bərbad hala salınıb.

                                                                             Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი