29 August 2017
  • 272 ნახვა

Qədim Tiflisin qədim cizgiləri– Saburtalo

Saburtalo – Əvvəllər bu yerlər geniş düzənlik olub. Bəzi gürcü tədqiqatçılarının qeyd etdiyinə görə, bura düzənlik olduğu üçün müxtəlif idman yarışları, top oyunu da («Burtaoba») keçirilirmiş. «Burti» gürcü dilində top deməkdir.

Şahzadə Vaxuştinin yazdığına görə, Saburtaloda qədimlər bağlar var imiş. Bunlar da ki, Vera çayından çəkilən arxla suvarılırmış. Bu yerlər düzənlik olduğundan «tala» da adlana bilərmiş. Tala türk dilində, eləcə də bizim dilimizdə işlədilən sözdür, düzənlik, açıqlıq mənasını verir. Bu toponimin tala ilə bağlı olması, bizcə daha inandırıcıdır.

                                                                                Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი