26 August 2017
  • 216 ნახვა

Məhəmməd Füzulini sevən, onun oğlu Fəzli ilə dostluq edən Ruhi Bağdadi

Ünlü gürcü alim, türkoloq, akademik Elizbar Cavelidzenin “Füzuli” monoqrafiyasını keçən il tərcümə edərək öz hesabıma  iki dildə: Gürcü və azərbaycan dilində Tiflisdə nəşr etdirdim. Bu il isə  Bakıda Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına  Ədəbiyyat İnstitutu tərəfindən həmin monoqrafiya  təkrar nəşr  olunmuşdur. Elizbar cavelidzenin daha bir  əsəri- “Ruhi Bağdadi”monoqrafiyasının tərcüməsi üzərində işləyirəm. Azərbaycan ədəbiyyatının yaxın dostu olan bu görkəmli alimin  bu əsəri Azərbaycanlı alimlərin, ziyalıların, ümumiyyətlə, geniş oxucu kütləsinin böyük marağına səbəb olacağına ümid edirəm.

XVI əsr şairlərindən biri olan Ruhi Bağdadınin əsl adı Osmandır. Onun Sultan Qanuninin ordusunda Bağdada gedən anadolulu bir əsgərin oğlu olduğu məlumdur. Divanındakı şeirlərindən də özünün bir sipahi olduğu aydınlaşır. Ruhi Bağdadi təzkirəçi Əhdi, Füzulinin oğlu Fəzli, eləcə də başda Bağdad şairləri olmaqla dövrünün bir çox dövlət xadimi, alim və şairi ilə dostluq və yoldaşlıq etmişdir. Onun yaradıcılığına Füzulinin böyük təsiri olmuşdur.

Bağdad doğumlu olduğu bilinən şairin doğum tarixi məlum deyildir. Bağdadda anadan  olduğu için Bağdadlı Ruhi olarak anılmışdır.  Dönəmin önəmli, ünlü insanları ilə dostluq əlaqələri yaratmışdır. Müxtəlif savaşlara katılmışdır.  1605-ci ildə Şamda dünyasını dəyişməsi söylənilir.

Ruhi Bağdadinin en önəmli əsəri “Tərkib-i Bend”  adlı mənzuməsidir. 17 bəndlik bu mənzuməyə Şeyh GalipZiya Paşa kimi bəzi şairlər nəzirələr yazmışdır.

İndi həmin əsərdən bir hissəni sizin nəzərinizə çatdırıram.

                                                                                        Hörmətlə: Mirzə Məmmədoğlu

                                                                       Giriş

XVI əsrin  türk ədəbiyyatının salnaməsi olduqca çox şairlərin  adlarını əhatə edir. İ. Hammer-Purqştal “Osmanlı poeziyasının tarixi”ndə bu dövrün səkkiz yüzə qədər şairini müzakirə edir1. Lakin bu şairlərdən yalnız bəzisini həqiqi yaradıcı kimi hesab etmək mümkündür2. Bu sonuncular qalereyasını  sırf Şərq naxışları ilə  Ruhi Bağdadi gözəlləşdirir.

Təəssüf ki, şairin həyatı və yaradıcılığı həddindən artıq pis təhqiq olunmuşdur. Bu, vaxtilə artıq ədəbi tənqiddə qeyd edilmişdir3. Lakin bu fakt Ruhi Bağdadinin yaradıcılığının  özünəməxsuzluğu ilə və R. Molovun düşündüyü kimi ona qarşı türk tənqidçilərinin nəinki xüsusi ənənəvi münasibət ilə4,  eləcə də ümumiyyətlə, Orta əsrlər türk yaradıcı fikrinin  pis öyrənilməsi ilə izah edilmir5. Türk ədəbiyyatının  tədqiqatçıları Ruhi Bağdadini bir həqiqi yaradıcı olaraq heç vaxt inkar etmirlər, əksinə, şairinin yaradıcılığına ötəri nəzər salan kəs də onu Türkiyənin  nəhəng şairi olaraq hesab edir6.

Lakin tədqiqatçıların əksəriyyəti yalnız bu etirafla kifayətlənir və bunun üçün   bizə elmi dəlil vermir.

Bizim əsərimizin məqsədi  Ruhi Bağdadinin yaradıcılığının  tam başdan-başa müzakirə olunması deyildir. Lakin şairinin həyat yolunu, onun təfəkkür relyefini və lirik düşüncə məğzini nisbətən tam şəkildə sizə

təqdim etmək istəyirik.

 

                                                                       I Fəsil

                                                     Ruhi Bağdadinin həyatı və dövrü

  1. Dövrün tarixi şərhi

Ruhi Bağdadinin yaşadığı və fəaliyyət göstərdiyi dövr bir çox cəhətdən maraqlı və diqqətə layiqdir.

XVI əsrdə Osmanlı feodal dövləti öz inkişafının  kulminasiya nöqtəsinə çatdı. Lakin elə burada onun daxili süqut prosesi başlamalı idi1.

İki yüz il boyunca  Osmanlı imperiyası işğalçı müharibələri uğurla həyata keçirirdi. Fateh Sultan Mehmed (II Mehmed)  Osmanlının dövlət sərhədlərini genişləndirdi və artırdı. 1453-cü ilin Osmanlı qoşunları hücuma keçərək Bizansın paytaxtı Konstantinopolu ələ keçirdi2. Bu hadisə Osmanlının  siyasi—iqtisadi həyatında həddindən artıq mühüm və mütərəqqi rol oynamışdır3.Qərbin ölkələri üçün  isə bu, həddindən artıq böyük itki idi4.

1461-ci ildə Trabzon imperatoru David Komnen Sultan Mehmedə  Trabzonun açarını  təhvil verməyə məcbur oldu5. 1461-ci ildə isə Krım xanlığı Türkiyənin vassalı oldu6.

Yavuz Sultan I Səlimin sultanlığı dövründə (1512-1520-ci illər) Osmanlının sərhədləri daha da genişləndirildi. O ilk dəfə qılıncını İrana doğru yönəltdi və bu da təsadüfi deyildi. Həmin dövrlər Osmanlının  ən qorxulu əleyhdarı İran idi.

Məlum olduğu kimi, şiə dərvişlər təriqətinin şeyxi Şah İsmayıl şiə şüarları ilə iranın taxt-tacını ələ keçirmək üçün mübarizəyə başladı. O, 1502-ci ildə Ağqoyunluların taxt-tac şəhəri Təbrizi ələ keçirdi və özünü İranın şahı elan etdi7. Şah İsmayıl şiəliyi dövlət dini olaraq qəbul etdi və açıq şəkildə sünnilərə qarşı hücuma keçdi. O,bütün müsəlmanları odla və qılıncla şiəliyi qəbul etməyə məcbur edirdi8.

Şübhəsiz, şah I ismayılın  ağına- bozuna baxmadan sünnilərə hücumu və onlara qarşı ciddi tədbirlərin görülməsi ənbaşlıcası,  ölkənin  əsasən Osmanlı dövlətinin  əleyhinə yönəldilmiş xarici siyasəti ilə şərtlənmişdi.

Məlumdur ki, şiəlik  Osmanlı tarixində mühüm rol oynamışdır. İlkin, istərsə də Orta əsrlərdə  Osmanlıda   demək olar ki, bütün kəndli qiyamları dini örtüklə  aparılırdı ki, burada da şiəlik devizləri ön plana çəkilmişdi9.

Yavuz Sultan I Səlim özünün qorxulu əleyhdarının axırına çıxmaq qərarına gəldi, lakin bunun üçün, hər şeydən öncə, Osmanlı dövlətində yaşayan şiələrin cilovunu çəkmək lazım idi.  Sultan tam qətiyyətli addım atdı. O, 1513-cü ildə Osmanlıda yaşayan qırx min nəfər şiəni məhv etdi10.

1514-cü ilin avqustun 23-də Çaldıran düzündə  türklər ilə iranlılar arasında həlledici döyüş oldu. Bu savaşda iranlılar kəskinliklə  məğlub oldular. Şah I ismayıl qaçmaqla canını qurtardı11.  Yavuz Sultan I Səlim əzəmətlə İranın paytaxtı Təbrizə daxil oldu. Bu qələbə Osmanlı üçün həddindən artıq əhəmiyyətli idi12.

1515-ci ildə bağlanmış sazişə əsasən Kürdüstan və Diyarbəkir Osmanlıya qatıldı13.

Lakin Osmanlı özünün qüdrətinin ən yüksək zirvəsinə  Sultan Süleyman Qanuninin  sultanlığı (1520-1566-cı illər)  zamanı çatdı. Süleyman Qanuninin hücumunun əsas obyekti Macarıstan idi. Sultan Macarıstana hücum etdi, onu darmadağın edərək paytaxtı Budanı ələ keçirdi14. Süleyman Qanuni  eləcə də Şərqə doğru hücumunu uğurla həyata keçirirdi. 1534-cü ildə Osmanlının qoşunları ikinci dəfə İranın taxt-tac şəhəri olan Təbrizi ələ keçirdilər və sonra bütün Cənubi  Azərbaycanı işğal etdilər15.İrana qarşı həyata keçirilən sonrakı müharibələrdə (1548-1549-cu illər; 1553-1555-ci illər) Osmanlı qalib çıxdı və 1555-ci ilin mayın 29-da imzalanan sazişə uyğun olaraq İraqi-Ərəb Bağdad ilə birlikdə Osmanlının torpaqlarına qatıldı16.

İşğalçı  müharibələr Osmanlının ərazisini hədsiz dərəcədə artırdı. Üç qitəyə uzanan və 6 milyon kvadrat kilometr sahəni əhatən edın nəhəng dövlət yaradıldı17.

Osmanlı dövlətinin məğlubedilməzliyi  barəsində Osmanlı  ictimaiyyətində və Avropada  əfsanələr yaradırdılar. Qərbi Avropanın adi camaatı Osmanlı dövlətini ideallaşdırmışdı. Onu ədalətin  həqiqi rəmzi olaraq, kasıbların alçaldılmadığı və rüşvətxorluğun hökmran etmədiyi dövlət olaraq təsəvvür edirdilər. Bir sözlə, adi alman xalqı özünün imperator  tacından türk çalmasına üstünlük verirdi18.

Lakin, sözsüz,  bütün bunlar  yalnız xülyalar idi. Məhz elə, Osmanlının zahirən parlaq dövrü onun dağılması və süquta yetməsi prosesi başlayır. XVI əsr  dönüş dövrü idi ki,  bu da XVII əsrdə Osmanlı imperiyasının süqutunu hazırladı19, bu halı hələ yenə XVII əsrin tarixçisi Koçi bəy Qoriceli yaxşıca hiss etdi. O, öz risaləsində yazırdı: “Qoy məlum olsun aləmə ki, yüksək Osmanlı sülaləsi... padşahlar arasında ən üstünü Sultan Süleyman idi.Belə ki, onun zamanında dövlət genişlənmişdi, xəzinə zəngin idi və qoşun güclü idi, lakin elə onun zamanında dövlətin dağılmasına səbəb olan hallar əmələ gəldi, dövlət güclü olduğundan onun əlamətlərini onda hiss edə bilmirdilər və cəmisi bir neçə ildir ki, əmələ gəlib”20.

XVI əsrin Osmanlı dövləti artıq feodal monarxiyasının yetişməsinə və  yüksək inkişaf pilləsinə çatırdı, buradan qərar tutan Osmanlı feodal monarxiyası süqut yoluna  düşdü.

Osmanlı dövlətinin qüdrətinin süqutunu əsasən  iki amil şərtləndirdi: Birincisi, bu dövvrdə Avropada kapitalizmin inkişafı və Avropa dövlətlərinin mərkəzləşdirilməsi başlayır.İkincisi də, ən başlıcası, Osmanlıda  hərbi-feodal quruluşunun daxili böhranı başlayır ki, bu da   o qədər  də istehsal  vasitələrinin dəyişikliklikləri ilə şərtlənməmişdi,   nə qədər  də ki, elə ölkənin  özündə inkişaf edən və feodal əlaqələr çərçivəsindən kənara çıxan müqavimətlərlə ”22.

Bütün bir sıra amillərlə şərtlənən hərbi-len sisteminin tənəzzülü23 Osmanlı dövlətinin siyasi-iqtisadi durumuna mənfi təsir göstərdi, ağır iqtisadi böhran başladı ki, bunun da hər şeydən öncə, zəhmətkeş kütlələr dadını daddılar. Türk tarixçiləri Osmanlı dövlətində sinfi ayrılıq struktrurnu ideal olaraq bizə təsvir etsələr də və onların  (sinfi)əlaqələrinin ahəngdarlığı barəsində nə qədər danışsalar da24, hər halda bir şey mübahisəsizdir ki, “оседлое земледельческое крестянство в Османской империи несло на себе основные тяжести по содержанию господствующего класса и всей огромной государственной и военной машины феодальной империи”25.

Kəndlilər üçün feodalların zorakılığı gündən-günə  dözülməz olurdu26. Bu vaxtlar kəndlilər feodalların torpaqlarına tamamilə bağlanmışdı, onlar olduqları yeri öz istəkləri ilə dəyişə bilmirdilər. Feodallar yeni-yeni vergilər qaydaya salırdılar və onların miqdarını artırırdılar. Kəndlilərin torpaqlarını  qopartmaqdan da əl çəkmirdilər. Bu zamanlar Osmanlıda demək olar ki, hər şeyə vergi qoyulmuşdu: Kəndli öz qızını vergi vermədən ərə verə bilməzdi,  sərbəst şəkildə nəfəs ala bilməzdi. Feodallar  hava ( bəd hava) vergisini də qaydaya saldılar27. Pul və natural şəklində vegilərdən başqa kəndlilər həftədə bir neçə gün mülkədarın yurdunda, üzüm bağlarında və tarlalarında işləyirdilər28.

Bütün bunlara dövlətin mərkəzləşsizləşdirilməsi, qoşunun nizam-intizamsızlıqları29, aclıq əlavə olunurdu. Bəzi rayonlarda əhali yalnız otla qidalanırdı30.Koçi bəy Qoricelinin dediyinə görə,  heç bir ölkədə kəndlilər Osmanlının rəiyyəti kimi zülmə məruz qalmırdı31.

Ağır duruma düşmüş camaat çox hallarda silaha əl atırdı. Ümumiyyətlə, Osmanlının  XVI əsrinin ikinci yarıəsı və XVII əsrin əvvəlləri xarakterizə olunur: «Непрерывными агрессивными войнами на западе и на востоке, усилинением сопротивлением крестьянства, неоднократно подымавшегося с оружием в руках против феодального гнета»32.

XVI əsrin demək olar ki, bütün dövrlərində, dəfələrlə türk kəndlilərinin üsyanı olub;

XVI əsrin birinci yarısında  kəndlilərin güclü üsyanları partladı, o cümlədən, hər şeydən öncə, Nurəli xəlifənin33 (1508-ci il), şeyx Cəlalın (1519-cu il)34, Soğlunoğlu Kocanın və Zunun oğlunun(1526,1529-cu illər), Kalender Çələbinin üsyanlarını36  və başqalarını  qeyd etmək lazımdır. Lakin ən böyük bə möhtəşəm üsyan XVI əsrin sonlarında baş verdi. Qara Yazıçının , sonra onun qardaşı Dəli Həsənin rəhbərlik etdiyi bu üsyan XVI əsrin həyəcanlarının «məntiqi sonu»37  və Osmanlının hərbi-len sisteminin pozulması və böhranının açıq-aşkar əksi idi.

  1. Mədəni-ədəbi həyat

XVI əsrin Osmanlısında mədəni həyat kifayət qədər enerlili olaraq qaynayırdı. Bu dövrdə türklər mədəni aləmin  demək olar ki, bütün sahələrində nisbətən  böyük nailiyyətlər qazandılar: Elm gücləndi, incəsənət çiçəkləndi və inkişaf etdi, poeziya yüksək pilləyə çatdı, lakin bu başdanca qeyd etmək lazımdır ki, Osmanlı- türklərin  incəsənəti və poeziyasının  inkişafı  intibah  ilə heç bir əlaqəsi yoxdur. Mədəni həyat baxımından  Qərb ilə Osmanlı arasında həmişə aşılmaz divar olubdur ki, onu da dağıtmağa heç bir mütəffəkir türk cəhd etməyib. Orta əsrlərin Osmanlı incəsənəti, elmi, istərsə də poeziyası İslam aləmi ilə daim sıx əlaqədə olub. Buna görə də bu hüceyrənin pisini-yaxşısını Şərq görüş dairəsi ilə müzakirə etməliyik.

Əgər coğrafiya və istoriyaqrafiya kimi sahələri nəzərə almasaq, Orta əsrlərin  türk yaradıcı düşüncəsi elm aləmində dərin iz buraxmamşdır.

Osmanlı-türklər ta qədimdən tarixə böyük diqqət yetirirdilər. İlk tarixi əsər artıq II Mehmed Fatehin dövründə ortaya çıxır38, II Bəyazid Çələbinin sultanlığı zamanında bu sahənin  möhkəm təməli qoyuldu. Doğrudur, türk tarixi ədədbiyyatı, professor Cerqi Cikiyanın qeyd etdiyinə görə, özünün inkişaf  dövrünə XVII əsrdə nail oldu. Osmanlı dövlətinin hərbi qüdrəti  daha aşağı səviyyə yoluna qədəm qoydu39. Lakin XVI əsrdə də Osmanlı salnaməçilərin azlığına məruz qalmır. Bu dövrdə tanınmış salnaməçilər: İbn əl-Kemal, Xoca Sədrəddin, Selaniki Mustafa, Cəlalzadə Mustafa Çələbi və başqaları fəaliyyət göstərirdilər ki, onların da əsərləri bu gün də öz elmi dəyərini itirməyibdir.

İstoriyaqrafiyanın inkişafına paralel olaraq  Osmanlıda coğrafi alimlər güclü şəkildə inkişaf edir; XVI-XVII əsrləri  türk coğrafi  ədəbiyyatının inkişafı dövrü kimi  hesab edirlər40. XVI əsrdə dəniz coğrafiyası xüsusi yüksəlişlə inkişaf edir41. Bu sahədə türklər qətiyyətlə demək mümkündür kii,  bizə iki dünya əhəmiyyətli sima vermişdir: Seyid Əli ibn Hüseyn(rəis adlanan) və Pir Rəis.

Osmanlı dövlətinin qüdrətinin  güclənməsi dövründə incəsənət böyük inkişafa nail oldu. Xüsusi çiçəklənmə  memarlıq və rəngkarlıqda özünü göstərir ki, bunlar da qədim yerli ənənələr üzərində cücərirdilər və Səlciq dövlətinin mürəkkəb və çoxcəhətli mədəni aləmi ilə sıx əlaqə yaradırdılar. Bizansın böyük mədəniyyəti də, sözsüz ki, Osmanlı incəsənətinə özünəməxsuuz iz buraxmışdır42.

Türk memarlığı, Səlcuqlar dövrünü nəzərə almasaq, öz inkişafının iki əsas  mərhələsini keçmişdir:

Birinci mərhələ XIV əsri və XVəsrin birinci yarısını əhatə edir. Bu mərhələdə türk memarlığı  bilavasitə Səlcuq memarlığı ənənələrinə əks-səda verir. Türk memarları binaları sadə həndəsi düz formalarda inşa etməyə cəhd edirdilər. Bu dövrdə yaradılmış abidələrdən Ulu came (XIVəsr ), Yaşıl came (Bursa 1512-ci il) və sair43 diqqətə layiqdir.

XV əsrin ikinci yarısından türk memarlığının inkişafının  ikinci mərhələsi başlayır. Bu dövrdə Bizans memarlıq ənənələri mühüm rol oynayır.

Lakin  türk memarlığının əzəməti memar Koca Sinanın adı ilə bağlıdır44.

Sinan özünün üç memarlıq əl işinə: İstanbul şəhərinə gözəllik verən Şahzadə(1543-1548) və Süleymaniyyə (1549-1557) camelərinə və Adranopolda inşa olunan Səlimiyyə camesinə  həddindən artıq dəyər verirdi.  Bu üç tikili onun memarlıq  yaradıcılığının  mərhələ şəklində inkişaf mənzərəsini bizə göstərir45. 

Sinanın yaradıcılığında  daxili məkan probleminin işlənib hazırlanmasının  böyük əhəmiyyəti var idi: Bu məsələnin həllində o, Bizans memarlarının varisidir. Lakin Bizans ənənələrinə novatorcasına yanaşır.

Demək mümkündür ki, türk incəsənətinin yalnız bir sahəsində- memarlığında  Qərbin və Bizansın təsiri öz əksini tapmışdır.

Türk rəngkarlığının inkişafı memarlıq tarixilə əlaqədardır. Camelərin, sarayların və başqa tikililərin  interyeri zəngin naxışlarla bəzədilirdi və İslamın  insanın rəsminin çəkilməsini qadağan etdiyindən Şərqdə, xüsusən isə Osmanlıda dekorativ incəsənət inkişaf etdi.

Türk rəssamlar  naxışın  zərif növlərini heyrətedici şəkildə dolğunlaşdırdılar. Onlar müxtəlif meyvənin, güllərin və həndəsi fiqurların  orjinal tənasüblülüyünüy mürəkkəb kombinasiyalaşdırılmasını həyata keçiridilər və həddindən artıq çoxnövlü, lakin  həddindən artıq səliqəli naxışlar yaradırdılar.

Bir sözlə, XVI əsrdə türk incənəti çiçəklənmə və inkişaf  dövrünə çatdı. O özünün əksini çoxnövlü aspektdə tapdı. Lakin ən diqqətə layiq  nailiyyətləri  memarlıq və rəngkarlıqda əldə etdi ki, burada da orjinal aspektdə Osmanlı üçün imanent kolorit  həll olundu. Budur, sənətşünas B.V.Veyman bu barədə nə yazır:

Турецкое средневековое искусство заняло особое место в истории художественной культуры Ближнего Востока. Глубоко отличное от искусство соседных арабских народов, оно  тесно связано с местной, малоазиатской многовековой художественной традицией. Сложившись сравнительно поздно, оно тем не менее ярко самобытно решило ряд важных художественных проблем средневековья, особенно в области архитектуры и декоративно-прикладного искусства46...

                                                                           (davamı var)

მსგავსი