24 August 2017
  • 312 ნახვა

Borçalının ilk memar-alimi Ömər Qoçulu

Ömər Qoçulu  (Ömər Məhəmməd oğlu Ömərov) 1943-cu ildə Bolnisi rayonunun Qoçulu kəndində ziyalı ailəsində dünyaya göz açmışdır.

Ömər Qoçulu 1960-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakultəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakıda idman konsert kompleksi" diplom layihəsi "əla" qiymətləndirilmiş və gənc memar təyinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi memarlıq layihələri hazırlamışdır. Bakı məişət kondisionerləri zavodu, Azərbaycan AES, Gəncə avtomobil zavodu, Bakı və Quba avtovaqzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur.

Memar kimi tam puxtələşmiş Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu və burada öz bilik və təcrubəsini tələbə memarlara öyrətməyə çalışdı.

1973-cu ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıtdı və yenidən yaradıcılıq fəaliyyətinə başladı, Azərbaycan memarlığına bir-birindən zəngin əsərlər bəxş etdi.

Qeyd etməliyik ki, umumiyyətlə, Ömər Qoçulunun yaradıcılıhı çoxcəhətli və rəngarəngdir. Bundan əlavə, onun butun əsərlərində özunə məxsus dəst-xətti aydın nəzərə çarpır.

Memar Ömər Qoçulunun layihələri əsasında Bakıya və respublikanın bir çox bölgələrində 50-ə yaxın muxtəlif ölçülü və profilli mədəni-məişət, sənaye-nəqliyyat, ictimai-inzibati, sağlamlıq-idman və s. komplekslər ucaldılmışdır. Belə tikililərdən Bakıda: Qəzet - nəşriyyat kompleksi, Şəhidlər xiyabanı, "Səbail" dənizkənarı uşaq istirahət guşəsi, "Fəvvarələr meydanı", S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, "Yaşıl teatr", Bərdədə 1941-1945-ci illər muharibəsində həlak olmuş bərdəlilərin xatirə-abidə kompleksi, Qərvənddə (Ağdam) "Səadət sarayı", Şəkidə aeroport binası və s. əsl sənət inciləridir.

Ömər Qoçulunun Bakının Mətbuat prospektindəki Qəzet-nəşriyyat kompleksi və Dənizkənarı parkdakı "Səbail" uşaq istirahət guşəsi SSRİ Xalq Təsərrufatı Nailiyyətləri Sərgisinin qızıl medallarına layiq görülmüşdür. "Fəvvarələr meydanı" Ümumittifaq musabiqəsində "İlin ən yaxşı layihəsi" kimi qeyd olunmuşdur.

Naxçıvan şəhərində Hüseyn Cavidin məqbərəsi layihəsi isə Azərbaycan Memarlıq İttifaqının xususi diplomunu almışdır.

Memar Ömər Qoçulu praktiki yaradıcılıqla yanaşı, elmi tədqiqatla da məşğuldur. O, 1989-cu ildə Moskvada "Azərbaycan sənaye memarlığı" mövzusunda namizədlik dissertasiyasını mudafiə etmişdir. İndiyədək 15 sanballı elmi məqaləsi çap olunub.

                                                                                     

მსგავსი