21 August 2017
  • 349 ნახვა

Nəcibliyi ilə hamının sevimlisi olan həmyerlimiz İsmayıl Ömərov

İsmayıl Ömərov 1954-cü il fevralın 20-də Borçalı mahalında - Bolnisi rayonunun Kvemo-Bolnisi (Kəpənəkçi kəndi) kəndində anadan olmuşdur. 1971-ci ildə Kəpənəkçi kənd orta məktəbini bitirib. Həmin ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur. 1976-cı ildə ali təhsilini başa vuraraq təyinatla Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində əmək fəaliyyətinə başlamışdır. Televiziyanın "İctimai-siyasi proqramlar" redaksiyasında kiçik redaktordan baş redaktor vəzifəsinə qədər uğurlu bir yaradıcılıq yolu keçmişdir. "Blokada", "Əsrin faciəsi", "Qanlı yanvar", "Qarabağ düyünü" və s. teleserialların müəllifi və aparıcısı olmuşdur. 1990-cı illərdə Azərbaycanın üzləşdiyi çoxsaylı faciələrinə həsr olunmuş televersiyaların araşdırıcısıdır.

Bakı Sosial İdaretmə və Politologiya İnstitutunda ikinci təhsil alaraq politoloq ixtisasına yiyələnmişdir.

2000-2005-ci illərdə Azərbaycan Respublikası ikinci çağırış Milli Məclisinin deputatı olmuşdur.

2005-ci aprel ayının 16-da 22 namizəd içərisindən səs çoxluğu ilə İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilmişdir. Qısa bir müddət ərzində Azərbaycanda media sahəsində ən demokratik və şəffaf institutlardan olan İctimai Teleradionu yaratmışdır.  

İsmayıl Ömərov  2013-cü ilədək bu vəzifədə çalışmışdır.

        Azərbaycan Respublikası əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvüdür.

İsmayıl Ömərov "Qızıl qələm" və "Araz" mükafatlarının laureatıdır. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimidir.

                                                                                       

მსგავსი