20 August 2017
  • 265 ნახვა

Mirzə Rza xan Ərfə

Bu günlərə dostum professor Mahal Qacar zəng edib dedi ki, Azərbaycan xalqının tanınmış oğlu, məşhur diplomat, şair, ictimai-siyasi xadim Mirzə Rza xanın xatirələri barədə kitab nəşr olunub. Bildirmək istəyirəm ki, xeyli vaxt bundan əvvəl Bakıya gedəndə  yazını ona vermişdim. Bu kitab Qacar nəslindən olan Mirzə Rza xan Ərfənin xatiratıdır. Elə “Xatirat” adı ilə də işıq üzü görüb.  Onu da qeyd edim ki, bu kiçik kitab 1894-cü ildə Tiflisdə Metex həbsxana qalasının  nəşriyyatında  rus dilində çap olunmuşdur.  Həmin kitabı  kitabxanalarda xeyli axtarandan sonra nəhayət, əldə edərək  dilimizə çevirdim. Kitabda  mənim həmçinin Rza xan barədə məlumat xarakterli yazım da verilmişdir. Kitabın redaktoru, tərtibçisi, nəşriyyat məsələsini öz üzərinə götürən yazıçı, publisist, geneoloq Ənvər Çingizoğludur. Bu kitabın işıq üzü görməsində təmənnasız xidmətləri olan bu gözəl insanlara: Mahal Qacara və Ənvər Çingizoğluna dərin minnətdarlığımı bildirirəm.

                                                                                        Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი