18 August 2017
  • 231 ნახვა

İRAN ŞAHI ƏLAHƏZRƏTLƏRİNİN GENERAL-ADYUTANTI MİRZƏ RZA XAN DANEŞİN MEMUARL

Bu günlərdə həmyerlimiz professor Mahal Qacar mən zəng edərək bildirdi ki, Rza xan İrəvaninin xatirələri Bakıda nəşr olunub.Mahal müəllimə, eləcə də bu kitabın nəşrində əməyi olanlara minnətdarlığımı  bildirirəm.  İndi isə onun daha bir xatirələrini də əlavə edərək yeni bir xatirələr kitabının nəşri barədə düşünürəm.

                                                                  * * * 

Tiflisin D. Çonkadze küçəsinin 11 saylı ünvanında (keçmişdə İ.Qudoviç küçəsində) kiçik, qəşəng  bir ev yerləşir. «İran konsulunun evi», «Almaz sarayı» adlanan bu ev, göründüyü kimi, artıq ev deyildir,  ondan nəsə qalmışdır.  Buna baxmayaraq o, yaddaşda İran konsulu Rza xanın adı ilə bağlıdır. Əvvəllər İran konsulluğu olan bu evdə  konsul Mirzə Rza xan  yaşayıb. Ev XIX əsrdə inşa olunub. Lap başdan bu ev Tiflisə işləməyə gələn  alman mühəndisə məxsus olub. Sonra  ondan  İranın Gürcüstandakı konsulu Mirzə Rza xan İrəvani alıb. Gürcüstana əlahiddə şəkildə gətirilən azərbaycanlı  ustalar tərəfindən  yerinə yetirilən  işlər nəticəsində  ev şərq simasını alıb. Salonun qapısında  və evin fasadında  fars yazıları və İran  rəmzləri  əks olunub.  Hazırda  salondan başqa binanın  yalnız  bir  otağında bir xətər yetirilmədən  tavanın nadir naxışları qorunub saxlanılıbdır. Bəzədilmiş keramikada təsvir olunan  heç bir peyzaj və güllər toplusu  təkrar olunmur. Tiflisdə  tavanın bu cür  naxışları  başqa yerdə bizə heç rast gəlmir.

Borjomidə  soydaşlarımızdan da istirahət edənlər və yaxud da onun «Firuzə» adını eşidənlər çoxdur. Mirzə Rza xanın istirahət evi şəhərdən kənar olub.  Kiçik həyat yoldaşının şərəfinə bu evi tikdirmişdir. Onlar burada vadinin nağılvari mənzərəsində istirahət edirdilər. Tiflis  memarlığından kəskin şəkildə fərqlənən, İran üsulunda firuzə rəngli, qəşəng naxışlarla  bəzənmiş  binanın fasadı bura gələnlərin  diqqətini  həmişə cəlb edib.  Eyvanın içərisi,  divarlar və tavan gözəl güzgü  kimi parlaq  naxışlar ilə  bəzədilib. Hər iki ev İran konsulunun evi adlanır. hər iki binanın divarında asılan kiçik lövhədə «Mirzə Rza xan» sözləri yazılıb.

İran konsulu Mirzə Rza xan Borjomidə Asiya üsulunda, tavanı da firuzə daşlarından bəzədilən «Firuzə»  adlanan binanı inşa etdirib. «Firuzə» mehmanxana binası 1892-ci ildə İran səfirliyi nümayəndəsinin  sifarişi ilə  inşa olunub. Asiya mavritan memarlıq üsullu tikilinin bədii memarlıq dəyərini fars, Avropa və gürcü incəsənətinin  sintezini müəyyən edir və Gürcüstanın dünyəvi təyinatlı  tikililəri arasında  fərqli yer tutur. Bina fars mülki memarlığına xarakterik olan dekorativ naxışlarla  bəzədilib. Gil, əhəng naxışlarla, güzgü inkrustasiyası ilə  rəngli şüşələr ilə, ağac vitrajlar ilə və naxışlı ağac parçaları ilə  bəzədilibdir ki, buna da Gürcüstanda  nadir hallarda rast gəlmək olur. Təkrarsız dekorasiyalar iranlı ustaların  özləri tərəfindən  yaradılıb və onlar  yalnız gürcü deyil, eləcə də fars mədəni irsi baxımından  xüsusilə dəyərlidir. Onu da qeyd etmək yerinə düşərdi ki, Mirzə Rza xanının  bu yaylaq evinin  tikintisində işləyən

 məşhur  usta  azərbaycanlı Hasanın oğlu usta Yusifin  həyatı  faciə ilə sona yetir. Tikinti zamanı  aldatma yolu ilə təcili onu Tiflisə çağırırlar. Burada  ondan nəsə bir sirr öyrənmək istəyən ağ dərviş tərəfindən   atasının evində  anası Ulduz xanımla  birlikdə qətlə yetirilir. Bu hadisə barədə  babasının XIX əsrin sonlarında  Tiflisə gəldiyi və burada evlənərək qaldığı Belçika yazıçısı Teqyül Mari  özünün «Qafqaz dedektivi, XIX  əsr» silsiləsindən  üçüncü  «Ağ, qırmızı, qara» adlı romanında  nəql edir. Sonrakı illərdə burada sanatoriya açılıb, elə onun yaxınlığında  ikinci korpus da inşa olunub.  1990-cı illərdən isə  sanatoriya öz funksiyasını itirib və yalınz  nadir adibə statusunu qoruyub saxlayır.

Bir az da Mirzə Rza xan barədə. İran ordusunun generalı, diplomat, ictimai-siyasi xadim, əslən türk olan  Mirzə Rza  xan İrəvani,  Daneş 1853-cü ildə Təbrizdə anadan olmuşdur.  İran təəbəsi, əslən irəvanlı idi. Onun İran generalı,  həmçinin səfir olmuş oğlu  Ərfəüddövlə Həsən xan  1895-ci ildə Tiflisdə anadan olmuş, İsveçrədə, Parisdə, Monakoda özəl məktəblərdə təhsil almışdır.  İran ordusunda hərbi xidmətə başlamışdır. O, general rütbəsinə qədər yüksələrək  atlı dəstənin  komandanı olmuşdur. Azərbaycanda, Kürdüstanda, Lorestanda baş verən qiyamları yatırmışdır. Pəvləvi rejimi dönəmində  səfir olmuşdur.

Mirzə Rza xan lk təhsilini atasından almış,  sonra  Tiflisə gələrək  burada  İran dövlətinin baş konsulu, həmyerlisi Mirzə Mahmud xanın köməkçisi kimi qulluq etmişdir. O, 1883-cü ildə artıq səfirlikdə baş konsulun birinci müavini vəzifəsini icra etməyə başlamışdır.  Rza xan sonralar Peterburq, İstanbul və İsveçdə konsul müavini, baş konsul və səfir təyin edilmişdir.  İranın  Birləşmiş Millətlər  Təşkilatında  rəsmi nümayəndəsi  olmuşdur. 1933-cü ildə Mirzə Rza xan Sülh sahəsində Nobel mükafatına təqdin olunmuşdu. Onun ictimai xadim kimi formalaşmasında Mirzə Mahmud xanın böyük rolu olmuşdur. Tiflisdə işləyərkən rus dilni öyrənməyə başlamış, ona mükəmməl yiyələnmişdir. Xidmətçilikdən konsulun tərcüməçisi, bir qədər sonra konsulun birinci müavini vəzifəsinə qədər yüksəlmişdir. Mirzə Rza xan özünə ləqəb götürərək «Daneş» kimi məşhur olmuşdur.  Həyat yoldaşı Lyüdmila Servis Böyük Britaniya diplomatının qızı idi, kökü  rus zadəganları olan Demidovlara çatırdı.

Mirzə Rza xan Daneş Tiflisdə çalışarkən Mahmud xanın təklifi, vəliəhd Muzəffərəddin Mirzənin fərmanı ilə  adyutant təyin olunur. 1886-cı ildə Xorosanda ruslarla ərazi məsələsinin həlli zamanı İran tərəfdən Süleyman xan Avşar və ona tərcüməçisi təyin olunmuş Mirzə Rza xan  iştrak etmişdir.

 Mirzə Rza xan Xorasandan 1886-cı ildə qayıtmış və Nəsrəddin şahın baş adyutantı vəzifəsinə təyin olunmuşdur. Sonralar xarici işlər nazirliyi Nəsrəddin şahın icazəsi ilə Mirzə Rza xanı Peterburqa tərcüməçi və katib vəzifəsini icra etməyə göndərmişdir. Bacarıq və səriştəsi nəzərə alınan Mirzə Rza xan bir sıra xarici ölkədə  mühüm vəzifələrə təyin olunmuşdur. Nəhyaət, Mirzə Rza xan  1889-cu ildə Tiflisdə baş konsul təyin edilmiş və bu vəzifəni 1895-ci ilədək  icra etmişdir.  1895-ci ildən isə o, Mirzə Mahmud xanın əvəzinə İranın Rusiyada səlahiyyətili nümayəndəsi  vəzifəsinə təyin olunmuşdur. O, həmin ildə ərfəüddövlə (dövlətin yüksək adamı) ləqəbinə layiq görülmüşdür.  Mirzə Rza xan Rusiya dövləti ilə yanaşı  İsveç və Norveçdə də İranın səlahiyyətli nümayəndəsi olmuşdur. Mirzə Rza xan fəal ictimai xadim kimi İranı bir sıra xarici  dövlətlərdə  təmsil etmişdir. 1901-ci ildə İstanbul  səfirliyinə təyin edilmiş, işgüzar və bacarıqlı diplomat kimi öz işlərini burada da uğurla davam etdirmişdir. O, 1910-cu ildə işdən azad edildikdən sonra Monakoya gedərək  özünə qəsrə bənzəyən ev tikdirib,  orada yaşamağa başlamışdır. Həmin evə «Daneşgah» ( Daneşin iqamətgahı) adı verilmişdir.

Mirzə Rza xan 1913-cü ildə Tehrana gedərək bir neçə ay Mirzə Məhəmmədəli xanın təşkil etdiyi  Nazirlər kabinəsində ədliyə naziri  vəzifəsinə təyin olunmuşdur. Kabinənin süqutundan sonra  ona  İran dövləti tərəfindən  56 min tümənə yaxın məvacib təyin edilmişdir.  Mirzə Rza xan  Ərfəüddövlə  1933-cü ildə sülh sahəsində Nobel mükafatına təqdim edilmişdir.1937-ci ildə 84 yaşında Tehranda dünyasını dəyişmişdir. Hərbçi və diplomat, məşhur alim  kimi şöhrət qazanmış Mirzə Rza xan «Müntəxəbati-Daneş», «Divani-Gövhəri-Xavəri» və sair əsərlərin müəllifidir.  Onun «Məsnəviyi-sülh poeması bir sıra xarici dillərə tərcümə olunmuşdur.

Diplomatik fəaliyyəti dövründə müxtəlif illərdə dünyanın bir çox ölkələrinin orden və medalları ilə təltif edilmişdir.

Mirzə Rza xanın məhəbbət olayları  Tiflis  ilə də  əlaqədardır. Bir vaxtlar o, qastorla bu şəhərə  gəlmiş  primadonna ilə-  miss  Mikita  ilə maraqlanırdı.  Elə burada  ikinci arvadı  ingiis  Lili Cervis ilə tanış olur bu qadından da  onun Həsən adlı oğlu dünyaya gəlir.

Mirzə Rza xan fəaliyyət göstərdiyi bütün yerlərdə  mühüm binalar tikdirib. Onlardan biri olan Daneşgah  Monakodadır. Sonralar onu İsfahan villası adlandırıb.  İki  bina isə bayaq qeyd etdiyimiz kimi, Gürcüstandadır: Borojomidə «Firuzə sarayı»  Tiflisdə «Almas sarayı». 

Mirzə Rza xanın memuralarına uyğun olaraq  «Almaz sarayı»nın ( müasirləri onu belə adlandırırdılar)   rəsmi  açılışı  Nəsrəddin  şahın anadan olması gününə, yəni  iyulun 16-a salınıb və 1892-ci ildə  yeni açılmış konsulluqda  möhtəşəm  bayram  keçirilib.  Baş konsulun əmri ilə   bayramda qonaqların  şərabı  birbaş hovuzdən  doldurması üçün, mərmər hovuzun şəlaləsini elə təşkil etmişdilər ki, oradan su əvəzinə  Kaxetinin qırmızı şərabı  axırdı. Bunun üçün hovuzun  hər dörd tərəfində  akasiya  gülləri formasında  ağac tayaları bərkitmişdilər ki, buraya da  dörd minə qədər  şüşə şərab  yerləşirdi. Qovzə kauçuk borular ilə  şəlalənin  borusuna birləşdirilmişdi. Kranı açan kimi  hovuz şərabla dolurdu. Axar suyu və çəməni olan bu bağça sanki Cənnət bağını xatırladırdı.

Hovuzun  həndəvərindəki  həyət, ağacların  dibi və tayalar müxtəlif rəngli  güllər ilə bəzədilmişdi.  Yuxarıdan yüzlərlə  çin və yapon fənərləri asılmışdı ki, onlar da hovuzu və onda  qırmız rəngə salan şərabı işıqlandırırdı. Mtatsmindada  konsulluq ilə  üzbəüz  tərəfdə atəşfəşanlıq  təkşil edilmişdi ki,  bu da bayrama rövnəqlik, parlaqlıq  əlavə edirdi.  Otaqlar və  həyət  yerli  əyan qadın və kişilər ilə,  eləcə də  Tiflisdə yaşayan  iranlılar ilə dolu idi.   Hovruzun  hər tərəfində  əllərində  gümüş piyalə ilə  duran  ofisiantlar qonaqları  şəraba qonaq edirdilər.   Axşamda  baş sərdarın hərbi orkestri və   Qədim Tiflisinin tanınmış xanəndələrindən biri, azərbacanlı  musiqiçisi  Əbdülbaqinin (Bülbülağanın) dəstəsi  mahnılar ifa  edirdi.

Bu füsunkar mənzərəyə heyran olan  Tiflis qubernatoru  Giorgi  Şervaşidze Mirzə Rza xana deyib: Bu axşam məni müsəlmana çevirdiniz...  Sizin peyğəmbərinizin ayələrdə cənnəti təsvirini oxumuşdum, lakin  onun varlığına inanmırdım, bu axşam isə  əmin oldum ki,  Məhəmmədin vəd etdiyi cənnət doğrudan da mövcuddur və o  burdakı mənzərənin  eynisidir».

Mirzə Rza xanın  konsulluq binasında zəngin  kitabxanası və kolleksiyası da var idi ki, onun barəsində də 1892-ci ildə Tiflisə gələn fransız səyyah  Karl Lefevr-Pontalis nəql söhbət açır. Bu baxımdan Qafqaz muzeyinin direktoru Qustav Radenin  qeydlərində  muzeyin qısa tarixi barədə diqqətəlayiq  məlumat  tapılır. Belə ki, muzeyin hədiyyələr şöbəsi barəsində mühakimə apararkən müəllif qeyd edir ki, Mirza Rza xa  Qafqaz muzeyinə fars əlyazmaları nümunələrini təhvil verir və elə orada vurğulayır: Əlahəzrətləri İranın baş konsulu Tiflisdə özünün gözəl instalasiyalarını (göründüyü kimi, interyerlər nəzərdə tutulur) və özünün zəngin kolleksiyalarını mənə gözdən keçirtdirib. Təəssüf ki, Mirzə Rza xanın nə evi və nə də onun zəngin kolleksiyası ilkin simasına nail ola bilməyib. Onun kolleksiyası barədə bizim üçün yalnız o məlumdur ki, sonralar bu kolleksiya, yuxarıda qeyd edildiyi kimi, Monakoda onun sarayının  salonlarında təşkil edilən “”Sülh qalereyası” adlanan  qalereyada yerləşdirilib və vaxt keçdikcə daha da doldurulub və zənginlədirilib.

Mirzə Rza xan  həmişə geyiminə fikir verirdi. Başına həmişə börk qoyardı.   Məşhur ingilis  yazıçısı,  XX əsrin ən çox məhsuldar  müəllilərindən biri, 700-dən çox  kitabın müəllifi, bir il ərzində, daha doğrusu  1983-cü ildə   26 roman nəşr etdirərək qazandığı rekorduna görə Ginnes  kitabına düşən Barbara Kartlendin  gənc kübar qızın qəşəng  bir aktyora qoşulub evdən qaçan və müzik-hol aktirası olan Rozi barəsində  söhbətin açıldığı «Nişan üzüyü tələb olunur» romanında  Mirzə Rza xan da xatırlanır: «Rozi  xatırladı ki,  sonuncu ( knyaz Koçubey nəzərdə tutulur-M.M.)   həmişə özü ilə  sevimli iti olan taksa ilə gəzirdi, İran şahzadəsi Mirzə Rza xanın isə həmişə başında börk olardı».  

Mirzə Rza xan   vaxtilə Tiflisdə rus dilində kiçik bir kitab nəşr etdirmişdir.«İran şahı əlahəzrətlərinin general-adyutandı Mirzə Rza xan Daneşin memuarları» adlı  bu kitab   Tiflis Metex həbsxana qalasının nəşriyyatında   1894-cü ildə nəşr olunmuşdur. “Xatirələri”nin son  geniş mətni üzərində Mirzə Rza xan Ərfəüddövlə 1937-ci ildə ölümündən bir neçə ay əvvəl bitirmişdir. Mətn ilk dəfə 1966-cı ildə nəşr olunmuş, ən son nəşri1999-cu ildə  Tehranda Əli Dehbaşinin  redaksiyası ilə və giriş yazısı ilə həyata keçirilmişdir. Bu il Tiflisdə Marina Aleksidze, Qriqol Beradze, İrina Koşoridzenin birgə müəllifliyi ilə  “Ərfəüddövlə və Gürcüstan” adlı  kitab zəngin fotolarla  gürcü dilində işıq üzü görmüşdür. Mirzə Rza xan Ərfəüddövlənin ikinci xatirələrini, yəni “Şahzadə Ərfəüddövlənin xatirələri”ni bu kitabdan götürərək tərcümə etmişəm. Bu kitablarda  o  öz həyatının ayrı-ayrı anlarından söhbət açır. Onun bütün  xatirələrindən  görünür ki,  yaxşılıq itmir. Mirzə Pza xan, eləcə də onun atası  bir çoxlarına yardım göstərib.

 Özünə  hər halda  bir az pul qazanmaq  və bütün həftəni dolana bilmək üçün adi dülgər işləyən mədrəsə yoldaşından gündə nə qədər qazandığını soruşanda  deyib ki, onun sutkalıq gəliri  10 şaadan (15  qəpik) artıq deyil.  Onun  dedikləri ona çox təsir edir və axşam  evə  gələndə  bütün bunları öz atasına danışaraq ona yardım etməsini xahiş edir.  Atası onu yanına çağırdırır ə ondan   bütün ayı dolanmaq üçün sadə işçi kimi işləməmək üçün ona nə qədər məbləğ  lazım oluğunu soruşur.  O cavab verir ki, ona  ayda 5 frank   kifayət edərdi.  Atası ona  10 frank təyin edir  və mədərsədə oxuduğu vaxtlar  Mirzə Rza xan səliqə ilə hər ay  ona vermək üçün atasından 10 frank alırmış. Bu proses onun mədrəsəni başa vurana kimi davam etdirilir.

Xatirələrində bu cür hallar çoxdur. Onun bir neçə xatirəsini  əvvəllər tərcümə edib oxuculara çatdırmışdım. Və eyni zamanda bu kitabı tapıb, onu tərcümə edəcəyimə,  öz hesabıma nəşr etdirəcəyimə söz vermişdim.  Nəhayət, uzun çəkən axtarışdan sonra  bu kitabı tapdım. Onun bu yeganə kitabından məlum olur ki, o, həddsiz  dərəcədə xeyirxah, humanist, nəcib bir şəxsiyyət olub. Kitabı oxuduqda  onun həyatında qəribə, taleyüklü  hadisələrin çox baş verdiyindən halı olursan. Enyi zamanda insanda nəcib hisslər baş qaldırır ki, bunlar da  insanı xeyirxah işlər görməyə, yaxşılıqlar etməyə çağırır.  

                                                                                                                             Mirzə Məmmədoğlu. 

მსგავსი