17 August 2017
  • 288 ნახვა

Hərbi-vətənpərvərlik mahnıları ilə sevilən həmyerlimiz Şəmistan Əlizamanlı

Azərbaycanın ən tanınmış hərbi diktorlarından biri olan Şəmistan Əlizamanlı 4 fevral 1959-cu ildə Marneuli rayonunda anadan olub.

1986-cı ilin may ayından müsabiqə yolu ilə Azərbaycan radiosunun diktoru seçilib. 1993-cü ildə isə o, Azərbaycan radiosunun hərbi diktoru olub və böyük şöhrət qazanıb. Azərbaycanın Levitanı adını qazanmış Şəmistan Əlizamanlı hazırda Türkiyə Dövlət Televiziyası olan TRT-nin Azərbaycan bürosunda çalışır.

Qeyd edək ki, Ş.Əlizamanlı həm də hərbi mahnıların müəllifi kimi yadda qalıb. O, indiyə kimi "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid əsgər, möhkəm dayan", "Vətən əmanəti", "Öncə vətəndir", "Can Azərbaycan", "Birinci batalyon", "Cənab leytenant", "Çırpınırdı qara dəniz", "Dağlar", "Azərbaycan-Türkiyə", "Ana yurdum", "Tanrı türkə yar olsun", "Heyran türkün bayrağına", "Qafqaz dağı, yol ver bizə" və sairə mahnıları oxuyub.


 

 

მსგავსი