14 August 2017
  • 316 ნახვა

Mixail Cavaxişvili:Həqiqi mərd adam imiş, hamımızı üstələdi.

Kübar ailədən, aznaur oğlu olan gürcü şairi Paolo İaşvili dostu şair Tisian Tabidzeni aşıq-aşkar məzəmmət etməsinə  məcbur etdilər. Lakin o, rədd cavabı verib və buna görə özü represiyanın qurbanı olub. Belə ki,   Paolo İaşvili həbsini qabaqlayaraq  gürcüstan Yazışılar İttifaqının binasında 1937-ci il iyulun 22-də özünü güllələmişdir. Bu faciədən sarsıyan və gözləri dolan görkəmli yazıçı Mixail    Cavaxişvili  deyib: “ Həqiqi mərd adam imiş, hamımızı üstələdi”. Qəribədir ki, sovet hakimiyyəti başqa bir şey edə bilmədiyindən  ölü şairdən də əl çəkmədi və onun məhkəməsini qurdu...Bütün bunlara baxmayaraq Paolo İaşvili öz xalqının yaddaşında əbədi olaraq həkk olunub, daim yaşardır.  Gürcü xalqı onu həmişə sevə-sevə yad edir. Uyuduğu Yazıçılar və İctimai Xadimlər Xiyabanında  sənətsevərlər, qədirbilən  vətənoğulları  onun qəbrini ziyarət edir, kişilik, qeyrət simvoluna çevrilən şairi heş vaxt unutmurlar.

                                                                                           Hörmətlə:Mirzə Məmmədoğlu

მსგავსი