20 July 2017
  • 912 ნახვა

Borçalı əsilli dünya şöhrətli idmançımız Kamandar Məcidov

Dünya şöhrətli güləşçi, yunan-roma güləşi üzrə 62 kq çəki dərəcəsində Olimpiya, Dünya, Avropa və SSRİ çempionu olan Kamandar Məcidov 1963-cü ildə Dmanisi rayonunda anadan olmuşdur. 1973-cü ildən güləş ilə məşğul olmağa başlamışdır. 1975-ci ildə Bakıya köçərək idman internatına qəbul olunmuşdur.

Kamandar Məcidov 1983-cü ildə Minsk şəhərinə köçərək Belorusiya Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Həmin tarixdən o, Belorusiyanın adından çıxış etməyə başlamışdır. 1982-ci ildə Minskdə "Gənclərin Ümumittifaq yarışları - 82"-nin qalib olmuş, 1983-cü ildə isə İvan Poddubnının xatirəsinə həsr olunmuş turnirin qalibi olaraq SSRİ yığma komandasına daxil edilmişdir.

1985-ci ildə Avropa çempionatında qızıl medal qazanan dərəcəsində Olimpiya, Dünya, Avropa və SSRİ çempionu olan Kamandar Məcidov "Əməkdə fərqlənməyə görə" medalına və "SSRİ-nin Əməkdar idman ustası" adına layiq görülmüşdür.

Hal-hazırda Minsk Dövlət Universitetinin fiziki hazırlıq kafedrasının müəllimidir. Güləş üzrə Belarusiya yığma komandasının məşqçisidir.

 

მსგავსი