20 July 2017
  • 290 ნახვა

Qədim Tiflisin qədim cizgiləri - Muxrangilin və ya knyaz Muxranın məhəlləsi

Muxrangilin və ya knyaz Muxranın məhəlləsi – Bu məhəllə indiki Barataşvili küçəsinin aşağı hissəsində yerləşirdi. Şəhər qala barısının şimal tərəfdəki divarının darvazası həndəvərlərində mövcud olan bürc yaxınlığında knyaz Muxranın sarayı tikilmişdi. Vaxuşti Baqrationinin «Meydan qapısı» adlandırıldığı darvaza sonralar Muxran qapısı adını almışdı. 18-ci əsrdən başlamış ətraf sahələr də knyaz  Muxranın əlinə keçir. Bir neçə qədim Tiflis adları da – «Muxran körpüsü», «Muxran körpüsünün bərəsi», «Muxran qapısının körpüsü» bununla izah olunur.

                                                                                         Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი