12 July 2017
  • 424 ნახვა

Fridrix Bodenştedtin “Şərqdə min bir gün” əsəri gürcü dilində

Gürcü yazıçısı və tərcüməçisi Akaki Qelovani 1923-cü ildə anadan olmuşdur. 14 yaşında ikən  onun ilk əsərləri dərc olunub. Mestiya Pedaqoji Texnikumunu bitirəndən sonra Tbilisi Dövlət Universitetinin fililogiya  fakültəsində təhsilinin davam etdirmişdir.  1953-cü ildən onun şeirləri, hekayələri və romanları müntəzəm şəkildə  dərc olunmağa başlayır.İlk kitabı “ Henrix Heynenin “Seçilmiş lirikası”nın tərcüməsi 1954-cü ildə nəşr olunmuşdur. “Svan balladası”(1963) , “Epiqramlar”  (1966) şeirlər toplusu, “Külə dönmüş şöhrət”(1961), “Şopenin ürəyi”(1961),  “İşıq  sütunu” (1965), “Tetnulday”,(1971), “Svanetinin ağ papağı” (1976) romanlar və hekayələr və sair  əsərlər onun qələminə məxsusdur.  O eləcə də  İ. Höte, F. Şiller, H. Heyne, H. İbsen, S. Svayq, A. Qrifius, Apolonios Rodisel və başqalarının  əsərlərini tərcümə etmişdir.

Onun dünya incəsənəti korifeyləri  barədə yazdığı “Əbədi yaşar incəsənət” kitabı diqqətə layiqdir (1996). Akaki Qelovaninin şəxsi arxivi Milli Əlyazmaları Mərkəzində  qorunub saxlanılır.  Arxivi onun törəmələri  2009-cu ildə mərkəzə ianə ediblər. 1983-cü ildə onun tərəfindən  tərtib olunan geniş  “Mifologiya lüğəti ”mühüm və çox vacib əsərdir. Burada  müxtəlif  dinlər ilə əlaqədar  məsələlər və terminlər  asan və anlaşılqlı dil ilə izah olunub. Bu kitab geniş oxucu kütləsi üçün və məsələ ilə maraqlanan insanlar üçün  nəzərdə tutulub.  Akaki Qelovani   bir sıra esse, oçerk, populyar broşüraların müəllifidir. Onun  “Hucabi- Gürcü məbədi” hekayəsi beş dilə tərcümə olunmuşdur.

Akaki Qelovani 1996-cı ildə dünyasını dəyişmişdir.

 Maraqlı haldır ki, o, tanınmış alman yazıçı və alim Fridrix Bodenştedtin  gürcü dilinə tərcümə etdiyi və ona geniş ön sözü yazdığı “Şərqdə min bir  gün ” əsəri1965-ci ildə nəşr olunmuşdur.  

Fridrix Bodenştedtin adı  ilə sıx bağlı olan Azərbaycanın klassik şairi  Mirzə Şəfi Vazeh barəsində  bu gürcü yazıçısı Akaki Qelovaninin  kitaba yazdığı öz sözün Azərbaycanlı oxucular üçün maraqlı olduğunu nəzərə alaraq tərcümə edib sizin ixtiyarınıza verirəm.

                                                                                    Hörmətlə: Mirzə Məmmədoğlu

Fridrix Bodenştedtin  “Şərqdə min bir  gün ” əsərindən bir parça

 

MİRVARİNİ QAÇIRANLAR

Həyat işıq və zülmət, sadə insan ilə varlı, gözəl ilə ədəbsiz arasında mübarizədir.  Bu həyatın əndişəsindən   ən çox gözəllik çıxaran ən ağıllı adamdır.

                                                                                                                                “1001 gün”

Kitabların və müəlliflərin də öz taleləri vardır. Bu kitabda rast gəldiyimiz şeirlər, əziz oxucu, yüz il  olar ki, bundan əvvəl artıq onlarla Avropa dillərinə tərcümə olunmuş, Almaniyada isə demək olar ki, iki yüz dəfə nəşr edilmişdir ki, bu da kitab tarixində əfsanəvi bir haldır. Və sonra bu topludan  bu günə qədər bir şeir, bir sətir belə  bu kitabın da, içinə daxil edilən şeirlərin də bəlkə ən çox aid olduğu, paytaxtında da bu şeirlərin yazıldığı, gürcü dilində oradan aparıldığı xalqın dilində tərcümə olunmamışdır. Budur, indi “Min bir gün”  gürcü dilində də nəşr olunur.

1001 gün? Bu nədur, söz fırlatmaq? Min bir gecəni kim eşitməyib, min bir gün isə... Bu Sindibadı oyatmaqdırmı? Xeyr. Min bir gecənin  səhifələrindən əsən mehdirmi? Xeyr. Əgər həqiqətin, Metexi çinarından qopan, bir yarpağı, Mtadsminda ayının  şüaları  tellərinə düşərək, Qərbi gəzibdirsə və yüz iyirmi ildən sonra Tiflis torpağında  indi yaşıllaşıbsa? Ola bilər. Bunu Bodenştedtdən soruşmalıyıq.

Bodenştedt? Kimdir Bodenştedt? Şair, səyyah, yoxsa mirvarilər qaçıran? Birinci də, ikinci də, üçüncü də.  Bu ad bu gün yadlaşıb,  yoxsa da bu yüz  il bundan əvvəl hər bir savadlı gürcü  onu özünə yaxın dost hesab edirdi və onların nəsilləri də onu böyük hörmətlə yad edirdilər. Bunu xalqımızın  Artur Layst kimi  nüfuzlu dostu dəfələrlə bizə təstiq edir.

Gürcü xalqı öz səmimi dostu və sirdaşı, “Gürcüstanın ürəyi” kitabının  müəllifi Artur Laystı səmimiliklə sevdi. Bodenştedt bir yazıçı kimi, alman ədəbiyyatı tarixində olduqca görkəmli simadır, bir tərcüməçi  kumi isə müqayisə olunmayacaq dərəcədə Laystdan daha yüksəkdə dirir. Əgər Layst  barədə ümumiyyətlə, susurlarsa, alman ədəbiyyatının heç bir icmalçısı Bodenştedtdən yan ötmür. Təəssüf ki, bizim dili elə əsaslı şəkildə öyrənə bilmədi ki, “Pələng dərisi geymiş pəhləvan” əsərinin ululuğuna yetişərdi və tərcümə edərdi, lakin Bodenştedt nəyi etdisə, onunla da öz adını daimi olaraq Gürcüstan ilə bağladı.

Gürcü qonağın sözünə həmişə  diqqətlə yanaşırdı.  İllah da ki, qəribədir ki, yüz iyirmi il bundan əvvəl Gürcüstan barəsində bütöv bir kitab yazan, öz dünyaya səs salan tərcümələrinə, özünün Tiflisi, gürcü qızlarını, Qara dənizi, Terek və Kazbeki vəsf etdiyi  şeirlərini əlavə edən tanınmış alman yazıçı-səyyah bu günə qədər  tərcümə olunmayıb və unudulub.

“Bodenştedt” alman dilində  demək olar ki, “Şəhər dibi” kimi səslənir. Diqqətəlayiq təsadüfdür. Məhz elə alman şair-epiqon Şərqin gül-çicəkli dəniz dibində Tiflisin simsında sehirli şəhər tapdı, saysız-hesabsız mirvari  yığdı və Qərbə qaçırtdı. Çünki onların qiymətini yaxşı bilirdi, bütün Avropa  onların parıltısına heyran oldu və özünü də bu parıltı görkəmli insana çevirdi.

“Min bir gün” həmin gözəl şəkildə başlıqlanmış nağıl- həqiqət idi ki,  o da ki, uzun müddət  “Min bir gecə”ni kölgələmişdi, hər halda Almaniyada.

Lakin  işin  gedişi barədə oxucuya  ətraflı nəql etməyimiz  daha yaxşıdır.

** *

“Lap başdan  bir qrup insan nəsillərinin beşiyi adlanan, başqaları isə  ta qədimdən Şərqdən gələn vəhşi  xalqlar dalğasının  qırdığı divar adlandırdığı  məşhur Qafqazı  görmək fikrim- təkcə bi fikir məni elə həyəcanlandırırdı ki, ətrafımda açılan yeni aləm mənə iki qat sevinc bəxş edirdi

Görkəmli alman şair, “Münxen şair dərnəyi”nin üzvü, Şekspir və Puşkinin əla tərcüməçisi, nasir,dramaturq, teatr xadimi, qəzet naşiri, pedaqoq, etnoqraf, bir çox dil bilən, professor-oriyentalist Fridrix Bodenştedt, həmin vaxtlar hələ iyirmi beş yaşında olan gənc  belə yazırdı. Yol qeydlərini belə başladı ki, bundan da sonralar min bir günün üç cildlik  kitabı əmələ gəldi.

Bodenştedtin həyat yolu kifayət qədər təlatümlü və rəngarəngdir. Fayton ilə, at ilə, araba ilə, gəmi ilə, piyada və yaxud qatar ilə  bir çox ad qazanmış səyyahlara nisbətən  daha çox hər iki yarımkürəni dolaşmışdır. 1819-cu il aprelin 22-də Hanover Krallığının  kiçik şəhəri olan Paynedə anadan olan Bodenştedt 1892-ci il aprelin 18-də Visbadendə  73 yaşında dünyasını dəyişmiş və bahardan bahara çox şeyləri çatdıra bilmişdir. Getningendə, Münxendə və Berlində filologoiyanı öyrənmişdir. 1841-ci ildə xaricdə olan knyaz Mixail Qolıtsin öz uşaqlarını böyüdüb tərbiyə etmək üçün onu Moskvaya gətirmişdir. Gündüzlər knyazın uşaqlarını öyrədir, gecələr isə özü rus dilini öyrənirdi, Puşkin, Lermintov və Turgenevi tərcümə edirdi.

1844-cü ildə Qafqazın baş sərdarı A. Neydhardın dəvəti ilə Bodenştedt Tiflis gimnaziyasında fransız dili müəlimi  olaraq Gürcüstana yola düşür.  Bu zaman tamamilə gənc naməlim xəyalpərəstdir və onu “məşhur alman şairi kimi” təsəvvür etmək sadəcə olaraq anlaşılmazlıq olardı.

Gürcüstanda onun pedaqoji fəaliyyətli uzun çəkməyib. Öyrətdiyinə nisbətən daha çox öyrənirdi, səyahət edirdi, “Qafqaz xalqları və onların azadlıq uğrunda mübarizəsi”(Frankfurt, 1848),  “Şərqdə min bir gün”(Berlin, 1850), əsərləri üçün  materiallar toplayırdı. Onun Tiflisdə olduğu vaxtlar Ştuthardda Ukrayna poeziyası  nümunələrinin tərcüməsi (“Poetik Ukrayna”, 1845)  nəşr edilmişdir. Narahat və hər şeyi bilmək istəyən şair Tiflisdə uzun müddət qalmayıb. Cənubi Gürcüstanı, Ermənistanı gəzib dolaşmış, geri qayıdaraq qışı da burda keçirib. Sonra isə Kutaisi, Quriya, Qara dəniz sahillərini keçərək Krıma getmişdir, Krımdan Konstantinopola yollanmış və cənubdan almaniyaya qayıtmışdır(BodenştedtinTiflisə gəlməsinin  dəqiq tarixini müəyyən etmək çətindir, halbuki, Gürcüstanda iki il qaldığını söyləyir, lakin həqiqətən bir il üç aydan artıq qalmayıb-A.Q.).

1854-cü ildə artıq ad-san qazanmış şair və tərcüməçini Bavariya kralı II Maksimilian iki il bundan əvvəl münxenli şairlərin başçısı Emmanuel Qaybeli dəvət etdiyi kimi Münxenə dəvət etmişdir. Bundan sonra bütün on iki il ərsində Bodenştedt Münxen universitetində slavyan və qədim ingilis ədəviyyatını öyrədir.

1866-cı ildə Mayninqin hersoqu onu teatr direktoru olaraq dəvət edir və sonrakı ildə ona knyaz adını verir. 1877-ci ildən fon  Bodenştedt artıq Almaniyadadır. 1880-ci ildə isə Amerikada, nəhayət, Visbadendə məskunlaşır.

1850-ci ildə “Min bir gün”ün iki cildliyi nəşr olunur, sonra Lermontovun iki cildliyi, Turgenevin iki cildliyi və “Mirzə Şəfinin nəğmələri”, özünün “Doğma və yad”, “Şərgdən və Qərbdən” şeirləri”, Hafiz və Ömər Xəyyamın əla tərcümələri, “Ləzgi qadını Ada”, “Uzaq ölkədən kiçik xəbərlər”, “Dimitri”  faciəsi, “Kral Aytarın toy səyahəti”, “ İmperator Pavel”, “Aleksandr Korintoda”, Şekspirin  doqquz cildlik tərcüməsi, “Şekspirin qadın obrazları”, Puşkinin üç cilddə seçilmiş əsərləri, iki cilddə “Rus fraqmentləri”, “Mənim həyatımdan”,  “Atlantik okeanından Sakit okeanına qədər”, romanılar, hekayələr.... nəşr edilir. Belə nadir məhsuldarlığa baxmayaraq geniş yazışmanı həyata keçirməyə, mühazirələr oxumağa və “Gündəlik icmal üçün”qəzetinə rəhbərlik etməyə imkan tapır. Populyar şair  Visbadendə dünyasını dəyişibdir ki, elə orada da onun heykəli qoyulmuşdur.

Bodenştedtin həyatının xronikası belədir. Bizi bu xronikanın  Gürcüstan ilə əlaqədar olan ən ətirli və rəngli səhifəsi maraqlandırır. Bu, Qafqazda özünün olmasını poetik dumana bürüdüyü kifayət qədər fantaziya da olan, Avropaya Şərq müdrikliyinin  mirvariləri ilə tanşı etməyə kifayət qədər qabiliyyəti də olan və bu mirvarilərin mənimsənilməsində yolundan azma üçün kifayət qədər qaba hərəkət edən, ad qazanan və adını da batıran alman şairinin  “Min bir gün”ü idi.  

Tbilisidə,Qərbin və Şərqin  bir yerə cəmləşdiyi şairlər iqaməgahında özünün həqiqi çağırışını gördü. Bu gözəl təbiətin qoynunda  məskunlaşdı və elə bir zirvəyə qədər yüksəldi ki, buna da  öz vətənində heç bir zaman yaxınlaşa bilməzdi. Demək mümkündür ki, Bodenştedt Hanoverdə anadan olub, ölməzliyini isə Tiflisdə qazanıb. Burada onun azacıq işartı verən qığılcımı alovlanmışdır.

Tiflisdə olan şair gürcü dilini öyrənməyə başlayır, həmin vaxtlar gəncəli müdrik tatar(Azərbaycanlı) dili müəllimi tutur. Tiflisdə məskunlaşan Mirzə Şəfini- yaraşıqlı, boy-buxunlu, xoş həmsöhbət, təmənnasız insanı. O, gözəl xətt ilə gözəl şeirlər yazırdı, daha şox isə nəğmələr söyləyirdi bə özünün əlyazmalarını, istərsə də nəğmələrinin  taleyini  bülbülün dünən nə oxuduğunu axtarmadığı kimi axtarmırdı.

Budur, Bodenştedt burda öz yerini tapdı.

Məşğulluq dostluğa çevrildi, dostluq ölməzliyə. Xoşbəxt ulduz  üzərində seçim oldu- Hər ikisi üçün. Bodenştedtin Hote istedadı yox idi, lakin Hötenin anlayışını yerinə yetirirdi- Şairinin ölkəsinə getdi, onun dilini öyrəndi. Mirzə Şəfi ona diqqətəlayiq hadisələri nəql edirdi, Hafizin, Füzulinin, Xəyyamın  şeirlərini, öz şeirlərini  mahnı üzərində oxuyurdu. Bax, onun bu şeirləri qanadlara çevrilərək hər ikisini  bütün Avropanı dolandırdı, Bodenştedt isə tranplin oldu ki, bununla da öz müəllimini layiq olduğu yüksəkliyə qaldırdı.

Bodenştedt qoşunların paradında iştirak edib; kralların və hersoqlar onu hörmətlə qəbul ediblər. 1848-ci il inqilabının döyünən ürəyində Vyanada mübarizə anına düşüb, Viktor Hüqonun sədrlik etdiyi Paris sülh konqresinin üzvü olub...Abidəsini isə Tiflis qoyub.

                                                                ***

Bodenştedtin və Mirzə Şəfinin işinin mühakiməsinə keşməmişdən öncə  alman şairin  bir növ “Min bir gün”ü dolduran əsərlərə uyğun olaraq Gürcüstan və gürcü xalqı barədə fikirlərinin gedişini gözdən keçirmək istəyirik. 

Gürcüstan tarixini Bodenştedt dağıntı və bərpanın əsrlik epopeyası kimi təsvir edir. Dağıdıcı, yabanı qüvvə millətin mədəniyyətinə, ədəbiyyatına, memarlığına, irəliləyişinə əngəllər törədirdi, lakin  dərinə işləmiş xristianlığın kökləri və çiçəklənmiş mədəniyyət divar olaraq qalırdı ki,   bunu da Avropanı dağıtmaq üçün hərəkətə gələn kobud ordular dalğası qırıq-qırıq edirdi...

Bodenştedt xilas olan xalqın işinə heyran qalıb.

Bodenştedt Gürcüstana Brosse, Baqrationi, Dyubua və başqalarının  əsərlərinə uyğun olaraq tanıyır ki, bunu da öz müşahidəsi ilə zəginləşdirir. Odur ki, onun qeydlərinə bir növ məna verilir. Aydındır ki, bu, yalnız tarixdir. Lakin tarixin kifayət qədər faktları heç bir zaman yoxdur və kolleksiyaçı kimi  həddindən artıq zənginliyi olsa da hər halda nəyisə axtarır.

Bir çox müəllifin bir əsr bundan əvvəl məhz elə Bodenştedtin qeyd etdiyi barədə düzgün təsəvvürü yoxdur. Elə götürək, gürcülərin soy-tayfaları məsələsini nəzərdə tuturuq. Bodenştedt tayfaları ayırd edir: gürcüləri, imeretiləri, quriyaları və svanları, başqa heç bir guşəni unutmur və belə bir nəticə çıxardır: “Bütün bunlar bir tayfanın şaxələridir, bir çox başqaları ilə birlikdə böyük bir dövlətin bədənini təşkil edəndə başında da Gürcüstan dururdu. Hamısı lap başdan vahid ana dilində, iberlər dili qrupuna daxil olan və Gürcüstanın çiçəklənməsi zamanı Qara dənizdən Xəzər dənizinə qədər, Terekdən Ararata qədər hökmranlıq edən  gürcü dilində danışırdılar (“Qafqaz xalqları...”).

Böyük Vinkelman (Alman sənətşünası, antik incəsənət tədqiqatçısı, arxeologiya elminin banilərindən biri Yohann İoaxim Vinkelman-tərc)  və bir çox başqa fərqli avropalı kimi Bodenştedt də gürcülərin gözəlliyi və ləyaqətləri barədə yüksək fikirdədir:”Tamamilə götürülən, mübahisəsiz,  gürcü xalqı yer üzərində məskunlaşan  xalqlar arasında ən gözəl xalqlardan biridir.  Hündür, boy-buxunlu, canı bərk kişilərə və düz, əksər hallarda iri, gözəl gözləri olan qəşəng, sərv boylu qadınlara burada addımbaşı rast gələrsiniz. Başqa xalqlara nisbətən,-elə çərkəzlərin, yunanların və ermənilərin arasında da...daha tez-tez. Yer üzərində gürcü kişiləri kimi  gözəl  və nəcib xalq yoxdur. Qonaqpərvərdirlər, qafqazlılar kimi,ümumiyyətlə, onların qılıncı kimi etibarlıdır, onların kəhər atları kimi  mərddirlər, cəlddirlər, döyüş meydanında igiddirlər və öz ailələrində qayğıkeşdirlər... Hər hansı xalqın  hansısa şəhərinə nisbətən  libas və geyinib -kecinmək də burada daha zəngin və səliqəlidir”.

Xalq ləyaqətinin ölçüsü olaraq Bodenştedt mədəniyyəti hesab edir. Gürcü xalqının mədəniyyəti vardır, bu insanı nəcibləşdirir.

Şair-səyyah  meqrellərin, quriyalıların və istərsə də svanların təsviri üzərində kifayət qədər geniş şəkildə dayanır. Meqreliyanın knyazı David Dadianinin boy-buxununu, görünüşünü,təmkinini bəyənib,camaatı isə itaətkardır və “Ayetenin polad biləkli törəmələri susurlar”. Quriyalıları da gürcülərin mühüm tayfası olaraq “hər cür tərifə layiq” hesab edib, həddindən artıq sərv boylu qadınları, özlərinin  alovlu gözləri ilə, sıx saçları ilə və alicənab üz quruluşu ilə.

Svanların adını ənənəvi  “savane” iqamətgah sözü ilə izah edir, onların əcdadı olaraq isə gürcü çarı Parnavazın oğlu Osetiya və Qarabağ yolu ilə İnqurinin mənbəyinə gələn və orada məskunlaşan, burada  ümidverici iqamətgah tapan Surmaxı hesab edir. Şair söyləyir ki, Svanları gözəlliklərinə və mərdliklərinə görə yalnız çərkəzlər ilə müqayisə edirlər. Onların təsərrüfarı, Dadeşkelianilərin hökmranlığı, igidlikləri, rəqsləri-mahnıları, qadın ləyaqəti uğrunda meydanda mətinliklə mübarizəsi, möhkəm qüllələri, müqəddəs andı, böyük ailələri, əksəriyyətinin “gürcü semiramidası”-çar Tamar tərəfindən inşa olunan gözəl kilsələr barədə uzun-uzadı danışır.

Şair  Kutaisidə xəstəxanada  dünyasını dəyişən şəxsi çıxararaq Svanetidə dəfn edən svanları görmüşdür. Çünki insan onların inancına görə doğulduğu yerdə dəfn olunmalıdır. Həm də cəngi ilə və xoruz ilə ruhu”aparmaq” mərasiminin şahidi olmuşdur və bunda “Ruhların  köcürülməsi” inancının  qəribə illüstrasiyasını görür.”Bu həqiqətən  qədimliyin canlı qırığıdır, bizim tarixin ta qədimdən qədim məişətinin tipik forması, hər bir xalqın ləyaqəti və mütəfəkkir insanın mühakiməsi və mənafeyidir”. Yüz verstdə təkəm-seyrək daxmalardan savayı  bir kimsənin bulunmadığı  və sal qaya parçalarının, qar sürüşməsinin uçuruma diyirləməsi ilə hədələdiyi aşılmaz, yolsuz dağları və dərələri, yolun-cığırın  açıldığı  uca dağlıq yerlərdə gürcü yazıçıları barəsində  söhbət açır. Təbiətən ayrıca salınmış camaat hörmət etdiyi qonaqpərvərliyin xalis ənənəsini yüksəkdə tutur və bu xeyirxahlıq çicəyi altında  uyuyan  əfi ilanı-qana qan almağı pisləyir. Lakin bi adəti də xeyirxahlıq hissləri ilə izah edib. Qardaşının, oğlunun və ya atasının qətlə yetirilməsinə görə qisas alana camaat  hörmət bəsləyir  və “daha təbii heç nə deyildir:İnsanın qanuna riyaət etmədiyi yerdə özünü müdafiə etmək üçün öz biləyinə güvənməlidir” deyiblər.  Elə burada qeyd edir ki, ölkədə daha ağır adət – müharibə, qırmaq-batırmaq, bunlar cinayət hesab olunmur, halbuki, daha pisi,təkəbbürlə diktə olunur, -deyirlər.

Bodenştedt svan dilinin səslənməsini nümunəvi hesab edir,bir çox svan  kəlməsini düzgün latın yazısı ilə gətirir və svanların möhkəmliyinə, dili, adəti və həyat manerası ilə dürüst  şəkildə ayrılmaz qardaşlarına –gürcülərə bənzəməsinə heyran qalır, halbuki,təbiət  belə bir çəpər çəkir. “Bu camaat özünün elə  tarixi əhəmiyyətinə görə  deyil, xarici təsirdən yüksək  dağlar ilə hansısa başqa iber tayfasından artıq əhatə olunan, min illər ərzində ən möhkəm şəkildə qoruyub  saxlamasına görə bizim diqqətimizi cəlb edir”.

“Nino” poemasında İran şahı Şapurun və çar Mirianın dövrünün hadisələri təsvir olunub. Mirianın qəzəbini, hər cür təhlükədən xilas olan xeyirxahlıq övladı, gözəl Nino söndürür, baş kahinin özünü günahlandırır, elə onun istəyi ilə bütləri qırırlar və Sameba məbədini ucaldırlar.

Və həmin andan tanrı mərhəməti göstərildi

Günəşli Kolxetinin  xoşbəxt  xalqına və torpağına...

Və  müqəddəs Ninonun yaşadığı sarayda,

Bu günə qədər mahnı və qədim əfsanə yaşayır.

                                                ( sətri tərcümə)

Lakin çox hallarda bu müşahidə edən şair və etnoqraf üçün də yad adam üçün yad xalq və əşya barəsində mühakimənin müşaiyyət etdiyi daim dəf olunmayan  maniə maniə olaraq qalır. Bodenştedtin də uyğunsuzluq, ənənəvi, düzgün olmayan  və səthi  yerləri  vardır. Gürcü ədəbiyyatı, yaşayışı, qadınların gözəlliyi və təhsili məsələlərinə dair  və sair mühakimələrdə daha artıq. Doğrudur, özünü ağıllı aparır və  qaydasınca dilini bilmədiyi   xalqın ədəbiyyatı barədə məzəmmətlər söyləməkdən çəkinir. Lakun dediklərindən  də görünür ki, bizim ədəbiyyatı necə səthi bilir, onun müasiri həyatının son  illərini  Naxçıvan və Gəncəyə getməmişdən öncə məhz elə Bodenştedtin  Tiflisdə olması dövrünə təsadüf etdiyi  Nikoloz Barataşvilini  və Aleksandr Çavçavadzeni xatırlamır. Halbuki, onu bəşəri ideallara mübtəla olan  Avropa üsullu əddəbiyyat da maraqlandırmır. Ona Qərbdə basırmaq üçün Qroteski, Hafiz, Şərq  ətri, min bir gecə mozaikası, fars poeziyasının gülləri lazımdır və tapdı da-Mirzə Şəfinin nəğmələri şəklində.

* * *

“Ey gəncəli müdrik Mirzə Şəfi! Yenə xəyalımda surətin canlanır. Sənin sözlərin həqiqət oldu, bizə vəd etdiklərinin hamısı həyata keçdi. Sənin nəğmələrin bizim qız-gəlinlərimizin ürəklərində özünə yuva tapdı. Sənin adın Qərb dünyasında şərəflə səsləndi”.

Bodenştedt1850-ci ildə “Min bir gün”ün ilk nəşrində belə yazırdı.  0n beş il keçdi və Mirzə Şəfinin nəğmələrinin uğurlarından başı gicəllənən bu adam növbəti nəşrində bu sözləri çıxartdı. Füzulinin  şeirini isə ( “Molla, yaxşıdır şərab”) Mirzə Şəfinin adına yazdı və bildirdi ki, budur onun yeganə şeiri, onu da alman dilinə dəqiq tərcümə etmişdir. Aydındır ki, bununla yalnız öz xidmətini  alçaldır, etibarı itirirdi.

Hər halda kim idi Mirzə Şəfi? “Min bir gün”ün  bu əsas qəhrəmanı elə sağlığındaca nağıl dumanına bürünərək bir çox mühakimə mövzusuna çevrilib və sonra da və hər halda  bu nə türkdür, nə farsdır, 1796-cı, ya da 1805-ci ildə Gəncədə doğulmuş (Azərbaycan mənbələrində doğum tarixi 1794-cü il göstərilir-M.M.)və elə oradaca 1852-ci ildə, təxminən 50 yaşında dünyasını dəyişmiş (Halbuki, Berje 60 yaşında dünyasını dəyişdiyini güman edir) böyük azərbaycan şairi, müdrik, müəllim, kaliqraf, maarifçi, real şəxs-Mirzə Şəfi Vazehdir. (Həqiqətdə isə Mirzə Şəfi Tiflisdə dünyasını dəyişmiş və indiki Nəbatat bağında dəfn olunmuşdur. –M.M. )

Mirzə Şəfi memar oğludur və  özü də poetik söz memarıdır. Gəncliyindən  fanatiklərə gülür, keşmişin görkəmli  qərbli,istərsə də şərqli şair-mütəfəkkirləri kimi tanrıya və onun qulağı kəsik xidmərçilərinə qarşı mübarizə aparır, azadlığı tərənnüm edir və gənc Mirzə Fətəli Axundova xeyirxahlıq təsiri göstərir. Ona deyir: “Mirzə Fətəli, elmləri təhsil almaqda məqsədin nədir? Sən də riyakar və şarlatanmı olmaq istəyirsən?” Axundov sən demə, həmin vaxt niyyətindən əl çəkir və şairliyin tikanlı yolunu seçir. Böyük həmvətənlisi  gəncəli müdrik onu elə qabaqcadan tanıyıb:”Fətəli  qəribə gənc idi, ondan nəsə böyük şeylər gözləyirdilər”.

1840-cı il sentyabrın 17-də Tiflis gimnaziyasında müəllimlik dərəcəsinin verilməsi üçün açıq şəkildə Mirzə Şəfini tatar dili üzrə sınaqdan keçirirlər. Bir çox maniələri aşmalı oldu. General Qolovinin özünün növbəti il təstiqi olana kimi,  müəllim olaraq icazə verilənə kimi, özü də gimnaziyaya deyl, qəza məktəbinə buraxırdılar ki, burada da altı il qaldı.  Bu illər Tiflisdə fəaliyyət göstərdiyi  vaxtlar “Divani-hikmət” yaradır, nəğmə oxuyur, yazır, sevir, oxucunu azadlığa doğru çağırır, müstəbidlərə gülür,  həyat sevgisi ilə yanan  nəğmələr məcmuəsini – qiymətli əlyazmasını hədiyyə olaraq öz gənc şagirdi və dostu, tərcüməsinə də Lev Tolstoyun heyran olduğu(1880- ci ildə)  Bodenştedtə  verir.

Mirzə Şəfinin iradsız təsir qüvvəsi müasirlərinə böyük idi və illah da ki, ona qarşı elə onun öz şeirlərinə məftun olan  camaatın İlk növbədə  isə elə onun öz həmvətənlərinin son dövrlərə kimi göstərdiyi diqqətsizlik qəribədir. Onun tanış və tanış olmayan şagirdləri, ilk növbədə əcnəbilər –Fridrix Bodenştedt, Vilhelm Harniş, Fridrix Rozen və başqaları  birbaşa bu həddindən artıq güclü şairin və müdrikin, söhbətcilin  qarşısında baş əyir. Bizi bu günə qədər  onun müdrilkiyi, həyat eşqi ilə  isinən müdrik “sağlam realizmi” (şeir söyləməkdir)  məftun edir.  Mirzə Şəfi  dünya şöhrətinə layiqdir və yenə də artıq belə hörmətə malikdir. Doğrudur, oriyentalist Adolf  Berjeyə tiflisli molla Əhməd onu da deyib ki, Mirzə Şəfi heç bir zaman şair olmayıb və öz ölkəsində də onu şair kimi tanımırdılar, lakin şairin bütün həyatı boyu güldüyü, tənə elədiyi hiyləgər mollalara  inanmağımıza nə əsasımız vardır?

1870-ci ildə elə həmin Berje  aləmə bəyan elədi: “ Bu gözəl nəğmələrin  müəllifi  Mirzə Şəfi deyil, Bodenştedtdir”. Bir az bundan öncə Bodenştedtin özü  öz mistifikasiyasının ( daha doğrusu,  mistifikasiyaya başladı)   üzərindən pərdəni götürdü: “ Mirzə Şəfinin bu nəğmələri  tərcümələr deyildir və onlarının özlərinin mövcudluğuna görə yalnız mənə minnətdar olmalıdırlar”. Bu, ehtiyatlı və iki mənalı bəyanatdır: Şair aşkarcasına  şeirləri mənimsəməyə ərk edə bilmir və deşiyi elə açır ki, çıxış yolu olsun: Halbuki, yalnız tərcüməçi  olsam da, bununla da onları unudulmaqdan xilas etdim və  müəllifin adını aləmə yaydım. Bu isə doğrudan da onun xidmətidir. 17 il keçir və özünün müəllifliyini daha qətiyyətlə təstiqləyir. Berjenin dediyinə görə, “Bir qədəh şərabı və tənbəki kisəsini hər şeydən üstün tutan”Mirzə Şəfiyə qarşı  istehza avazını  daha da gücləndirir, “Şaffi”adını isə zarafatla götürərək qeyd edir ki, gəncəli müdrikin  rahatlığı və sadəliyi üçün ( Shaf- qoyundur:Düzgün yazılışı Safi ola bilərdi). ( Mikayıl Rəfilinin “Mirzə Şəfi dünya ədədbiyyatında” adlı kitabında  adın imitasiyası düzgün göstərilməyib: “İki i hərfini ona görə yazıbdır ki, Schaff alman sözündən səsləşmə ala idi”. Həqiqətən  isə əksinədir. Schaff-a iki i hərfi lazım deyildir. İmitasiya  özünü daha çox onda əks etdirir ki,  Bodenştedt Safi-ni Schaff-la əvəz edib-A.Q.)

Lakin belə halları zarafatla ötüşə bilməzlər. Halbuki, Diogen kimi sadəlik edərək ibadətgaha belə yaxın getməyən, mollalara gülən şairi qoyun kimi sırımaq çətin  olardı. Adın  poetik oyununda gizlənən onun  poeziyasının  sosial səslənmə alın yazısı  olaraq  şeirlərinin alman  tərcüməsində qorunub saxlanııb.

Sensasiya baş verdi ki, bu da hamını heyrətləndirdi. Budur, bu sensasiyanın digər cizgiləri.

1851-ci ildə (1850-ci ildə deyil) “Mirzə Şəfinin  nəğmələrinin ilk nəşri 42 ildən sonra  işıq üzü görüb. 1893-cü ildə bu kitab  artıq 145 dəfə nəşr edilib.Özünəməxsus olaraq bu, görünməmiş uğur idi ki, güman ki, dünya üzündə. Heç bir şairə bunu görmək nəsib olmayıb. Bütün Almaniyada  Daumer tərəfindən əla tərcümə olunan Hafis dillərdə  gəzirdi, lakin nə Hafizin, nə də Heynenin özünün belə bir uğuru olmayıb. Heynenin “Nəğmələr kitabı” təkrar olaraq yalnız on il gecikərək nəşr olunub. Şairin sağlığında isə ümumiyyətlə, yalnız 13 dəfə nəşr olunub. Dərinliyinə və zərifliyinə görə də onun da hamı üçün əlyetərli olmasına baxmayaraq əhəmiyyətini  şagirdi də bilir. Sanki bütün əsr boyu adi olmayan nailiyyət davam edirdi. 1924-cü ildə “Mirzə Şəfinin nəğmələri”nin yüz yetmiş  nəşri işıq üzü görüb. Bütün mədəni millətlərin  seçilmiş şairləri Heyne və Hafizin  lirikasına rəqabət aparan, o da ki, təkcə dərdsiz-qəmsiz həyatın, şərabın və qadının vəsfi deyil, eləcə də dərinliyi və ciddiliyi ilə də, bu kitabın tərcümə olunmasına əl qoydular. 1887-ci ildə kitab artıq italyan, fransız, ingilis, çex, holand, isveç, ispan, portuqal, rus, macar, danimarka, yunan, bütün slavyan və elə qədim yəhudi dilinə də tərcümə edilmişdi. Sensasiyalı uğur  kuryoz bəyanata səbəb oldu: “Mirzə Şəfinin nəğmələr, belə gözdən keçirin, tatar dilinə də  tərcümə edilmişdir”. Artıq nə çarə!“Tatar” şair  öz ölkəsində itdi, onu almanca tanıyırlar və bəlkə kimsə alman şairin tərcümə etdiyi kimi elə tatar dilinə tərcümə etdi. (xaricdə bu günə kimi “Mirzə Şəfinin nəğmələri”ni  “Şərqin  şairləri manerasında” yazılmış kitab kimi, Bodenştedti isə  bu nəğmələrin “müəllifi”olaraq hesab edirlər-A.Q.)

Kuryoz da baş vedi ki, ona səbəb elə Bodenştedtin özü oldu. Görünür, ona belə yaxşı məlum olan ingilis ədəbiyyatı tarixini yada saldı, böyük şotland şairi Cems Makfersonun rolu onu heyran etdi. Xalq motivləri əsasında ölməz poemanı düşünülmüş şairə- Osianiyə yazdı və mübahisəyə səbəb oldu ki, bu da ki, onun ölümündən sonra başa çatdırıldı. Lakin  “Osiani” -əla təqliddir. “Mirzə Şəfinin nəğmələri” də qismən təqliddir, lakin bu cür təqlid almanların Makfersonuna xeyirxahlıq gətirmirdi. Birincisi, şairlik istedadı ilə və fantaziyası ilə Bodenştedt Makfersona yaxın gedə bilməz və ikincisi də- Mirzə Şəfi Osiani də deyildir, real şəxsiyyətdir-Böyük Azərbaycan şairidi, realistidir. Budur, hanoverli  Makferson bunu nəzərə ala bilmədi və Hesperidlər bağından oğurlanmış  məhz elə onun bölüşdürülməsində almanlar v əzərbnaycanlılar güman ki, heç bir zaman razılıq əldə edə bilmədi,  qızıl almanı  qoyub getdi.

Mirzə Şəfinin  nəğmələrinin  uğurunun əsası izah olunmalıdır. Bu nəğmələrdən canlandırıcı meh əsirdi, Almaniya müstəbidlərinin tutduğu krallığına şərq bağ-bağatının ətrini gətirirdi və oxucu da  dərin zülmətə daxil olan şüa kimi qəbul etdi.

Alman poeziyasında şərq poeziyasının ilk qaranquşu Mirzə Şəfi olmayıb. Orada artıq Hafizi tanıyırdılar.

Hafiz fars dilində “ hifz edici” deməkdir. Quranın hifz edilməsini nəzərdə tutur ki, bunu da böyük şirazlı, sən demə, əzbər bilirmiş. Lakin Qurandan  qiymətli  xəzinə də onun qəlbində saxlanılırdı.

Fars poeziyasının “ şirin sözü”(şəkərləbi),öz xalqının böyük ədəbi zirvəsi, lap qocalmıç halda öz doğma  Şirazda 1389-cu ildə dünyasını dəyişmiş Şəmsəddin Məhəmməd Hafiz ilə almanlar ilk dəfə olaraq vyanalı oriyentalist  fon Hammerin tərcümələri ilə tanış olublar. Höte bu tərcüməni1815-ci ildə ələ keçirdi. Orta yaşlı Vaymarlı müdriki tamamilə məftun etdi.Ona Rayneyə səfəri, məftunedici Mariyananın (“Züleyxa”nın )  məhəbbəti  əlavə olundu və 1819-cu ildə artıq onun məşhur  “Qərb-Şərq divanı” nəşr olundu ki, bunu da özünün əhəmiyyəti ilə, dərinliyi ilə, forma gözəlliyi ilə və əbədi gəncliyə doğru cəhdlərə görə “Faust”la yanaşı qoyurlar. Hafizin  lirikası  eləcə də sanki Hötenin tapşırığı ilə Hafizin bağlarına yollanan Platenə, Rukertə və Bodenştedtə xeyirxah dostluq  təsiri göstərmişdir. Hötenin “Divan”ı,Platenin “Qəzəllər”i, Rukertin “Brahmanların müdrikliyi” və Bodentştedtin “Şəqrqdə min bir gün”ü müdriklik və məhəbbətin, Şərqin və Qərbin qardaşlıq  abidələridir ki, bunlar da “Divan”dan 31 il sonra  nəşr edilmişdir ,o cümlədən isə- “Mirzə Şəfinin nəğmələri, epiqon  poeziyasının  parlaq  nümunəsi olaraq tanınan şeirlər toplusu.  

                                                  ***

Hər halda bu toplunun müəllifi kimdir? Mirzə Şəfi, yoxsa Bodenttedt? Vaxt var idi ki, biliklilər fikirləşmədən sənə cavab verirdilər: Aydındır ki, Bodentştedt. Doğrudan da onun bildirdiyinə görə, və müasirlərinin şəhadətnaməsi ilə  bu şeirləri tərcümə etməyib, yazıbdır və ya da yenidən düzəldibdir. Mirzə Şəfi şair olmayıb və nə də bir şey yazmayıb. Bu kəşf idi ki, bütün Avropa güzəştsiz ona inandı. Buna Şərq tarixinin  A. Müller, A. Krımski kimi nüfuzluları da inandılar. Bodenştedtin  dostları, oxucuları inandılar... Müller Mirzə Şəfini “Hanoverli alman” adlandırır, məşhur alim Krımski isə, “Türkiyə və onun ədəbiyyat tarixi”nin  I cildində aydın şəkildə nəql edir ki, “Bodenştedt isə  nəinki tərcümə edib,onu yenidən düzəldib... Belə ki, Mirzə Şəfinin onun toplusunda  demək olar ki,heç nə qalmayıb”. Məşhur sovet  tədqiqatçısı Frans Şiller “Mirzə Şəfinin nəğmələri”ni “Bodenştedtin müstəqil əsəri kimi” hesab edirdi. Belə bir fikir ensiklopediyalara və məlumat kitabçalarına ( Brokhauzun  və Efronun, Qranatın ədəbi ensiklppediyalarına daxil edilmişdir.)

Fridrix Foqt və Maks Kox Mirzə Şəfinin nəğmələri  formasında Şərq poeziyasının  nümunəsini  görən Bodenştedti “həddindən artıq populyar şairi” kimi hesab edir və o, ”Divani”n bənzəri olaraq kitab yazdı.

Almaniyada Bodenştedti bu gün də Mirzə Şəfinin tərcüməçisi kimi çağırmırlar: Puşkini və Hafisi tərcümə etdi, Mirzə Şəfinin nəğmələrini isə quraşdırdı və ya da yenidən düzəltdi.Mayerin ensiklopedik lüğətinin son nəşrində nəql edilir: “Bodenştedtin şərq, təminatlı həyatın moizəçisi “Mirzə Şəfinin “nəğmələri”  bizdə də və xaricdə də qeyri-adi uğurlara malik idi. Alman  yazıçılar lüğətinin müəlliflər qrupu da demək olar ki,elə həmin fikirdədir:”Bodenştedtin ən mühüm poetik əsəri “Mirzə Şəfinin nəğmələri”dir ki, burada da fars xalq şairi( sic!) Mirzə Şəfinin toplusundan qismən istifadə edib...”

Təbiidir ki,(lakin elmi deyildir) alman tədqiqatçıları  bu günə kimi Bodenştedtin ruhunu narahat etməkdən çəkinirlər, öz həmvətənlərinin mübahisəsiz  görkəmli xidmətinə kölgə salan cizgilər barədə susmağı üstün tututrlar.

Mirzə Şəfinin  ləyaqətini qoruyan tədqiqatçılar o biri  ifratçılığa varırlar.  Onlar onu da nəzərə ala bilmədilər ki, Bodenştedtin özü  tərəfindən öz kitabında Mirzə Şəfi şəxsiyyətinin aydın, geniş və vicdanlı xarakterizə olunmasına baxmayaraq  müasirlərin elə özləri Mirzə Şəfinin  simasını dumana bürüyüblər, bəzisi onun varlığını inkar etdi, bəzisi onu gürcü kimi qələmə verdi, bəzisi də onun Züleyxasını və Hafizin məhəbbətini də Bodenştedtə yazdı, Belə ki, o, “Min bir günü”n müəllifini heç yerdə söyləməyib və nə də təstiqləyib. Odur ki, hər şey mistifikasiyaya imkanlar yaradırdı və hər şey Bodenştedtin başında çatladı.

Mirzə Şəfinin özünü isə bu olaylar az kədərləndirirdi və ya da tezliklə onun adının hansı müzakirə mövzusu olacağı heç ağlına da gəlməzdi. Tiflisdə oturub  dərs deyirdi, nəğmə oxuyurdu, üzümdən dadır  və müdriklik qəlyanını tüstülədirdi.

1845-ci ildə gəncəli müdrik Tiflisdə müəllimliyin başını buraxır. Bu yeri ona Mirzə Fətəli Axundov güzəştə getmişdi və Gəncə qəza məktəbində elə həmin yerə təyin olunur, Gəncəyə getmək hər halda bir az gec, yalnız 1846-cı ildə baş tutur. Özünün ikinci  doğma şəhəri Tiflisdən göz yaşları ilə ayrılır və bu vidalaşma geniş şeir ilə ölməzliyə çevrilir ki, şeir də belə başlayır və belə qurtarır:

Sən ey Kür şəhəri, gözəl məkan,

Zənginsən günəşlə və meyvə bağlarınla!

Zənənlərin nazı ilə qəşəngləşirsən,

İgidlərin nərəsilə qüdrətləşirsən,

Sən mənim kədərimin də, sevincimin də ümmanısan.

Faş edilmiş ləlsən - qəlbimin eşqi,

Qarşında diz çökərək, əlimdə piyalə

Səni tərənnüm etdiyimə şadam!

                               (Sətri tərcümə)

Müsibətdə də şən olan gəncəli müdrikin qəlbi Tiflisə doğru çəkirdi. Güc-bəla üç il dözdü,1850-ci ildə yenə onu Tiflisdə görürük və  ömrünün axırına kimi elə burada  qalır. Tale yenə zarafat etdi: Bizim Nikoloz Barataşvili 1845-ci ildə, orada Mirzə Şəfinin təyin olunması sərəncamının artıq yazılmış  olanda Gəncəyə yollandı və  qəbri də elə orada qismətinə düşdü, gəncəli müdriki tale bizim paytaxtımıza tulladı və onun qəbri də elə buradadır. Təəssüf doğurucudur ki, bu böyük nəğməkarların əlaqələri barədə heş nə məlum deyil. Görünür,  Mirzə Şəfi Tiflisin yüksək ictimaiyyətində tamamilə tanınmış deyildi, yoxsa da Barataşvili  hardasa onu xatırlayardı: Axı, Sayat-Novaya, Səttara, Cəfərə, Göncə bəyimə, başqa köhnə və təzə, naməlim, istərsə də görkəmli  Şərq nəğməkarlarına qarşı  belə canfəşan idi. Doğrudanmı, Mirzə Şəfinin  müdriklik məktəbi nəzərdən kənarda qaldı? BəlkəAbovyan və Barataşvilinin tanışlığı kimi  bunun da üzərinə zaman işıq salacaq?

Mirzə Şəfinin ömrünü  başa vurması əhvalatını həmin dövrlər Tiflisdə olan Berje bizə nəql edir. Mədə iltihabından onsuz da əzab çəkən  şairə sən demə, qulluqçu oğlan üzüm gətirir. Bolluca da yeyir. Bu zaman onun dostu Mirzə Həsən qapını açır və onun əlindən yeyilməmiş üzüm salxımını qopardıb alır. “Nəyə görə məni ləzzətdən məhrum edirsən”-qəlbi sınmış müdrik ondan soruşur. “ “Ona görə ki, bu sənə ola bilsin ki, həyatın bahasına başa gəlsin! ”Sonra neyləyirəm həyatı?- Sən demə, Mirzə Şəfi deyib-  Məgər az acılandım və  az əzab çəkdim? Necə deyərsən, böyük fərqmi olar, əgər iki-üç il yenə yaşasam və səfeh gənclərə müdriklik öyrədsəm, bu da daha heç kimə lazım deyil?” Bu cür fəlsəfi dialoqdan sonra  şairin halı pis olur, canına bərk titrətmə düşür və gecəyarısı dünyasını dəyişir. Yeyilməmiş son üzüm salxımı əbədi əlçatmaz ideal rəmzi olaraq qaldı. Bu, 1852-ci il noyabrın 17-də  baş verdi. O, müsəlman qəbiristanlığında dəfn olunmuşdur. Və “Kavkaz”qəzetində heç kim nekroloq da dərc etdirməyib. Bu zaman Tiflisdə “Mirzə Şəfinin nəğmələri”nin gözəl alman  nəşri əldən ələ gəzirdi ki, onun üz qabığında da gəncəli müdrikin portreti məğrurcasına əks olunmuşdu. Ölüm onun şöhrətini haqladı və onu başqası oğurladı...

** *

 Mirzə Şəfinin ilhamverici  mənbəyi onun aydın şüuru və bir həqiqət olaraq həssas məhəbbəti, elə qadın məhəbbəti idi. Ilk dəfə Gəncə xanının  qızı Züleyxanı sevirdi. Bu məhəbbət nakam idi. Xanın qızını xana ərə verdilər. Doğrudur, nişanlısını Mirzə Şəfi gizlicə götürüb qaçdı, lakin yolda fırtınaya düşdülər, Bir kəndə sığındılar, burada onları tanıdılar və xana xəbər göndərdilər. Zavallı gəncəli Romeo və Cülyettanı həmişəlik olaraq bir-birindən ayırdılar. İkinci məhəbbəti Hafizə ilə daha bəxtəvər oldu, Halbuki çox qısa. Bu iki qadın şairin ilham mənbəyi idi. Üçüncü dəfə artıq  uşaqlı dul qadın aldı, dünyadan övladsız köçdü. ”Divan”ın müəllifi kimi Hafis  ilham verdi, “Min bir gün”ün  müəllifinin  fantaziyası Mirzə Şəfini oyatdı.

Oxucu görür ki, Bodenştedtin bu şeirlərə görə  elə olimpiyaçılardan üzr istəyəcəyi  bir şey yoxdur, halbuki Höte  Hafizin Mirzə Şəfidən böyük olduğu qədər Bodenştedtdən böyükdür. Vaxtilə o vicdansızlıq etməyib, gəncəli müdrikin  şöhrətlənməsi üçün enerjisini əsirgəməyib. “Min bir gün”ü və məhşur şeirlər toplusunu ona bağlayıb. Nə qədər az istedadlı  olmayan  şairin adı heç kimin diqqət yetirməməsi üzündən unudulub! Bodenştedtin Tiflisə  gəlişindən öncə  və  buradan gedəndən sonra bütün səkkiz ay ərzində  şairin ölümünə kimi nə qədər qiymətli şeir itib. Demək mümkündür ki, Bodenştedt Piqafetanın Magellana etdiyi xidməti  Mirzə Şəfiyə etmişdir. Başlıcası, qəhrəmanlıq işi və əsərlərinin xilas edilməsidir.

Əgər Bodenştedt öz şöhrətinin ən yaxşı hissəsinə görə Mirzə Şəfiyə minnətdardırsa, Mirzə Şəfi də ona özünün hay-küylü  adına görə minnətdar olmalıdır. Xilas edib, əla da tərcümə etməsindən başqa Avropa kitab saxlanclarına, ensiklopediyalara saldı. Və onu da etdi ki,  hansını da ki, onsuz da şan-şöhrətə  layiq olanlar buna nail ola bilmirlər.

İkinci tərəfdən  Bodenştedt  Mirzə Şəfi qarşıdında bir növ Ekermanın  rolunda çıxış edir, bütün bir sıra məsələlərdə onun diqqətə layiq fikirlərini nüsxələyir və  bizə əmanət edir.

Buna görə də hər halda bizə “müqəddəsləşdirilmiş” Bodenştedtin  plagiatrlığı, onun eqoist məqsədləri, mənfəətpərəstliyi və özünün”bu cür nəsə bir şey yaza bilməməsinin” sübutu barədə həddini aşmış söhbət bir növ ənənəvi və qədiribilməzlik kimi  görünür.  Müşahidəçi və istedadlı tədqiqatçılar- Seyidzadə, Rəfili, Yenikolopov və başqalarının  əsərlərində bu cür tələbkarlıq özünü büruzə verir. Sadə  könüllü  və işbaz böyük şairin yaxşı tərcüməsini yarada da bilməzdi, bu, mübahisəli deyildir. İstedadsızdan qanadlı söz uzaq düşmür . Bodenştedt poetik istedad və fantaziyadan məhrum deyildir. Onun “Ləzgi qızı ada” poeması tanınan bədii əsərdir və onun bir çox  şeiri heç də pis deyildir.Başqa nə olmasa da, bizim əlimizdə onun “Kazbeqi”, “Terek”, ayrı-ayrı bədii təsvirlər vardır ki, bunların da müəllifini istedadsızlıqa qınaya bilmərik.

Tədqiqatçılar plagiatrın bir əsas sübutu olaraq onu gətirirlər ki, Bodenştedtin “Nəğmələrinin”olduğu rezonans, özünün poetik irsində olmayıb. Bu doğrudur. Hötenin ölkəsində öz şeirləri ilə özünü göstərmək heç də asan olmayıb. Orta əsrlərin  Şərq ətirləri ilə halə saçan alman nəğməkarlarını şərabla  və qadınla çox maraqlandırılmasına  özünəməxsusluqla əks-səda verirdi, öz-özlüyündə uğurlar üçün daha artıq əsas yaradırdı. Heyne  ki,  kitablardan deyil, eləcə də həyatın  dərinliyindən gəlib, lakin Heyne də ilk dövrlər oxucunun daha artıq diqqətini cəlb etməyib.

Bodenştedtin poetik istedadı daha çox “Mirzə Şəfinin  nəğmələri”ndə  özünü büruzə verdi. Bu öz-özlüyündə öz əsərini yaratmaq istedadının olmamasını sübut etməyə yararlı olmaz. Dünya ədəbiyyatı tarixi bir çox nümunə bilir ki, yazıçının dərya  qədər yazılarında bir janr və ya bir-iki əsəri onun adını  məşhurlaşdırır,  qalanlar isə unudulmağa məhkumdur. Svift, Şatobrian, Servantes, Andersen, Abati Prevonu... xatırlamaq kifayətdir.

Tədqiqatçılar Bodenştedtin bəyanatını kəskin qarşladılar: Mirzə Şəfi bu nəğmələrinə görə mənə minnətdar olmalıdır. Qeyd edildiyi kimi, bir tərəfdən onun belə bəyanat verməyə haqqı vardı. Nalayiq iş o idi ki, sonralar hər şeyi özününkü olduğunu  bəyan etdi. Və qazandığı hörməti də itirdi. Çətin təsəvvür olunasıdır ki,  ümumiyyətlə,  vicdanlı şair bu cür çirkin addımı niyə atdı. Rus tərcüməçisi Naum Qrebnov  da  düşüncələrə dalıb: “Bilmirəm, Bodenştedti nə məcbur etdi ki, özünün “ifşaedici”bəyanatını verdi: Bəzi azadlıq, tərcümə zamanı ki, buraxdı, nəğmələrin  qeyri-adi uğuru, yoxsa azdırma, heç kim  mənimlə mübahisə edə bilməz, deyir”. Düşünürük ki, hər üç səbəbi vardır.  Mübahisəsiz: Hanoverli şair  nəyi demək istəyirdi, lakin  nəyisə demək istədiyindən artıq dedi.  

Buna görə də Bodenştedtin hakimi  Şərq və Qərb poeziyasını, onların mənasını,  formasını, məğzini  hər iki şairin irsi ilə yanaşı səylə  öyrənməlidir. Və sonra şərhlərdə hər şeyə aydınlıq gətirməlidir.

Bu təhlil vacibdir. Müəyyən olunduğu kimi, “Nəğmələrin” bir çox sətri  və bəzi şeir də, giriş barəsində  heş nə deməyək, Mirzə Şəfinin olmamalıdır. Artıq bu şeirlərin  quruluşu, məğzi, Avropa poeziyasına xas olan  üsul, Mirzə Şəfidən az gözlənilən kəlmələr, müqayisələr bundan xəbər verir. Belədir, məsələn, gürcü qadınlarının trakiyalılar ilə  müqayisəsi , “Məni təqsirləndirirsən, ey dost”, “Təskinlik ”, “Qara dənizin  nəğmələri”,  Şərq müdrikliyinin Qərb interpretasiyaları. Qara dənizdə Mirzə Şəfi olmayıb, gəmidə oturan şairin gürcü qızı ilə vidalaşdığı şeirlər  də onun olması mümkün deyildir.

Demək olar ki, hər yeni nəşrə Bodenştedt yeni şeirlər daxil edirdi.  Hardan alırdı? Məgər yalnız özü ilə apardığı dəftərdən? Onda niyə bir dəfəlik tərcümə etməyib? Bu çirkin sualdır.

“Tiflis” şeirində alman şairin əli aydınca görünür. Alman orjinalı Azrbaycancaya və ruscaya tərcümə olnana nisbətən genişdir. Reyn və Elbadan söhbətin getdiyi yerlər  və bəzi başqa ətraflı düşünmə  tərzi də mübahisəsiz  alman şairinindir. Sonra, heç kim deyə bilməz ki, bu zəif şeirlərdir.

Bəzi şeirdə, görünür, Mirzə Şəfinin müdrik fikri, fəqət mehvər olaraq istifadə edilib. Aydındır ki, bu, Mirzə Şəfinin ləyaqətini  alçaltmır.

* * *

 

Bodenştedt heç də nəhəng adam deyildir. Heç bir millətin ədəbiyyatı təkcə nəhənglərdən ibarət deyildir. Lakin onun çoxcəhətli  ədəbi irsi ilə hesablaşmaq lazımdır. Onun poetik, daha artıq tərcüməçilik istedadı və xidməti alman ədəbiyyatında məşhur bir şəxsə çevirir və nmüəyyən dərəcədə heç bir geniş icmalda, ensiklopediyada , istərsə də axtarışlarda onun soyadından yan ötmürlər. Gəncəli müdrikin  hanoverli oxşarı barədə  bol ədəbiyyat mövcuddur. Müxtəlif fikir ayrılığı var .Əgər bir qrupun fikrincə, epiqon və orta istedada malik plagiatrdırsa, başqaları “parlaq lirik” və “qüsursuz tərcüməci”adlandırırlar. Üçüncülər – Yalnız züy tutmağı bacaran, heç bir zaman, heç bir diyarda yaxşı ilə pisi şeçə bilməyən  ciddilər də və mənasız işlərlə məşğul olan tənqidçiyəzlər də susurlar. Əgər bir qrup “Almaniyanın Parnasında yaşayanları” “ müdrik şərqli epikurlü” adlandırırdılarsa həmin şeirlərin yeganə müəllifi hesab edirdilərsə, hansıları da Varşavanın qəzetləırindən birinin dediyinə görə, “bütün millətlər öz xəzinəsinin mülkiyyəti olaraq hesab edirdi”, əvəzində başqa tədqiqatçıar –Foqt, Kox, Noiman-Hofer, Biber, Ernst Tsil ən çox  dünyəvi iqamətgaha göçürürlər. Onlardan biri Kurt Zundermayerin uyğun sözünə görə, tale ona ən böyük xoşbəxtlik bəxş etmişdir ki, öz ömründə  bir dəfə hər halda tamamilə lazımi yerə düşə idi”. Bu barədə onu qeyd etmək etməliyik ki, istedadsız  usta min bardaqdan birini də xeyirli hazırlaya bilməz və öz yerinə düşməklə işi də görmək ustad əlini tələb edir.

Məlumdur ki,  Bodenştedtis  fərqli poetik istedadı barədə söhbət Sizifin iri daşları ilə qurşaq tutma olardı, nəsil ədalətli olmalıdır. Mirzə Şəfinin  müdafiəçiləri Bodenştedti nahaqdan ümidsiz irticaçı bəyan edirlər. Mirzə Şəfininin kəskin satiralarını heç də tərcümə etməzdi, nə də alman tənqidçilər  IV Fridrix –Vilhelmin ziddinə( Kurt Zundermayer)  yönəldilmiş  hesab etdikləri bir mübahisəli epiqramın yazdığını onun adına yazmazdılar. Onun burjua mənəviyyatını və mötədilliyini  heç kim inkar etmir, lakin onun yazılarında və tərcümeyi-halında heç bir irticamılıq görmürük. Onun kitablarına həddindən artıq humanist, insan və təbiət sevgisi hopmuşdur, azadlığa doğru çağırır oxucunu, həyatın böyük hissəsini lermontov, Turgenev, Nekrasov ... kimi şairlərin tərcümə olunmasına həsr etmişdir. Məşhur əsərində Lermontovu üsyançı şair kimi qələmə vermişdir, Gertseni şəxsən tanıyırdı, Nekrasovla, Tutçevlə, Turgrenevlə yazışırdı. On illər ərzində  Avropanın mərkəzində mütərəqqi rus ədəbiyyatının  populyarlaşdırırlmasına  xidmət edirdi, bütün xalqlara hörmət bəsləyirdi. İrticaçılar başqa yol ilə gedirlər. Doğrudur, mömindir, lakin  Davir Quramişvili də mömin idi. Onun pessimist sızıltısı məlumdur, lakin müharibəni  və qırğını necə pisləyirdi, o da məlumdur. Petefi kimi barikadalarda,  Kerner kimi döyüş meydanında həlak olmayıb, lakin bunun  Mirzə Şəfinin  tərcümələri ilə  heç bir əlaqəsi yoxdur. Onun qara sevdası  əməyində itir.

Əgər Bodenştedtin  orjinal əsərləri  mübahisəyə çevrilibsə, onun tərcümələri barədə isə fikir heç də mövcud deyildir. Məşhur  tədqiqatçı İohan Şerri  və demək olar ki, bütün digər tənqidçilər də adları ilə də Almaniyanın  qürur duyduğu  tərcüməçilər arasında onun  da adını çəkirlər. Onun lakonikliyini, zərifliyini, ritmini,  alman şairinin istədiyiniz  ritmi ilə yanaşı qoya bilərik. Buna elə orjinal əsərlərində səpələnmiş  mübahisəsiz  güclü  təsvirləri, Qafqaz və Gürcüstan  təbiətinin  mənzərələri, Mirzə Şəfinin səmimi olaraq çəkilmiş siması, əfi ilanın – qızdırmanın gizləndiyi Kolxeti bataqlığının  müdhiş peyzajı, bu bataqlığın qurudulması barədə ki, bizim dövrdə həyata keçirildi- və sizin gözünüz önündə dayanacaq yazıçı, şair, bizim ölkənin təmənnasız dostu ki, bu da özünün azdırmasını xeyirxah iş ilə satın alıb. Belə idi  Bodenştedt və bizim xalqın yaddaşında beləcə də qalmasını istəyirtrik . Budur, şair Gürcüstana qayıdır, daha bir dosr, artıq gürcü dilində danışan dost.

                                                                             ** *

Təbiidir ki, bu kitabda gürcülərin dostu, böyük azərbaycan şairi və maarifçisi Mirzə Şəfiyə əhəmiyyətli dərəcədə yer ayırdıq. Belə ki, Mirzə Şəfi həyat və yaradıcılığının  böyük,  daha çox səmərəli  hissəsini  Tiflisdə keçirmiş  və öz yaradıcılığını da belə  qardaş millətlərin  adlı-sanlı oğulları kimi, o cümlədən Mirzə Fətəli Axundov kimi dərin şəkildə bizim gerçəkliklə bağlamışdır. Onsuz da qeyri-adi  haldır ki, bu günə kimi  lirikasıni budur yüz ildən artıqdır ki,bütün Avropanın tanıdığı, “Tiflis ilə əlvida”nın müəllifi   bizim dilimizə tərcümə olunmamışdır.

İndi Mirzə Şəfi üçüncü dəfə öz sevimli, Hafizin Şiraza etdiyi kimi məqsədi yenə də şöhrətləndirmə olduğu Tiflisinə qayıdır.

Leninqrdın (indiki Sankt-Peterburq-M.M.)Şərqşünas

მსგავსი