12 June 2017
  • 341 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – Naftulluq

 Naftulluq – Şahzadə Vaxuşti bu yerlərdə neftin mövcud olduğunu yazırdı. Məlumdur ki, bu köhnə kəndin və bu gün Tiflisin geniş məhəlləsinin adı bu yerlərdə neftin olması ilə izah olunur. Bu «lıq» şəkilçisi bizim dildə işlənən sözdüzəldici şəkilçidir, neftin olduğu yeri göstərir. Burada ta qədimdən quyular qazmaqla neft çıxarılırdı.

Məlumdur ki, II İrakli Tiflisin fortifikasiya sistemini və şəhərin girəcəklərini möhkəmləndirmək üçün geniş miqyaslı işlər görmüşdür. Naftulluqda qalanın tikilməsi bu tədbirlərdən biridir. Caamat arasında bu qala İraklinin qalası adlandırılmışdır. 1772-ci ildə Rusiya Elmlər Akademiyasının akademiki İohan-Anton Qildenştedt Naftulluğu və İrakli qalasını xatırlayır. Həmin vaxtlar kənddə 50 ev varmış. Qildenştedtin yazdığına görə dördbucaq qalanın uzunluğu 80 addım idi və ona yumru bürc gözəllik verirdi. İraklinin çarlığı dövründə Naftulluq kəndi dağılmışdır. O, qalanın tikilməsi ilə yanaşı əhalinin yenidən burada məskunlaşması qayğısına qalmışdır.

                                                                                                Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                   

 

 

მსგავსი