07 June 2017
  • 528 ნახვა

Gürcüstanda ilk müstəqil Azərbaycandilli qəzetin redaktoru, mürəttibi, rəssamı....Əlixan Düşgün

Gürcüstanda ilk müstəqil Azərbaycandilli qəzetin-“İnam” qəzetinin redaktoru, mürəttibi, rəssamı... Əlixan Düşgün idi. Əlixan Düşgünü hələ mən orta məktəbdə oxuyan vaxtlar “Sovet Gürcüstanı” qəzetində işlədiyini bilirdim. Yazılarını həvəslə oxuyurdum. Sonra o, Gürcüstan radiosunda əməkdaşlıq etməyə başladı. Ona  kəndimizdən xəbərlər göndərirdim. O da məmnuniyyətlə onlardan istifadə edirdi. Ötən əsrin 90-ci illərində elə oldu ki, mən də Gürcüstan radiosunda işə başladım. Onunla daha yaxından tanış oldum, dostlaşdıq. Sonralar “Dayaq” assosiyasiyasının birgə fəalları olduq. Sonra onu bu cəmiyyətin sədri də seçdik. Həmişə el üçün, xalq üçün, millət üçün nəsə etmək istəyi ilə alışıb-yanan Əlixan Düşgün müstəqil qəzet buraxmaq niyyətində oldu. Ona dəstək oldum. Demək olar ki, tək buraxdığı “İnam” qəzeti az müddət ərzində oxucuların böyük marağına səbəb oldu. Onun 20-yə qədər nömrəsi çıxdı. Az olsa da inamla demək olar ki, “İnam” qəzeti Gürcüstan ədəbi mühitində lik müstəqil Azərbaycandilli  qəzet kimi, onun redaktoru Əlixan Düşgün isə ilk  müstəqil redaktor kimi  tarixə düşmüşdür. 

Onu da qeyd etmək lazımdır ki, qəzetin ilk nömrəasi 1996-cı il avgustun 1-də işıq üzü görmüşdür. Məhz elə bu tarixi, yəni avqustin 1-i dost-tanışların köməyi ilə Tiflisdə azərbaycan dilli mətbuat bayramı kimi  qeyd  etmək niyyətindəyik. Bununla da gözəl bir ənənənin əsası qoyular, mətbuat fədailərimiz də yad edilər. Allah Əlixan Düşgünə rəhmət eləsin!

                                                                                   

მსგავსი