06 June 2017
  • 282 ნახვა

Fridrix Bodenştedtin “Şərqdə min bir gün ” əsərindən bir parça

Mirvariləri qaçıranlar

Kitabların və müəlliflərin də öz taleləri vardır. Bu kitabda rasrt gəldiyimiz şeirlər, əziz oxucu, yüz il  olar ki, bundan əvvəl artıq onlarla avropa dillərinə tərcümə olunmuş, Almaniyada isə demək olar ki, iki yüz dəfə nəşr edilmişdir ki, bu da kitab tarixində əfsanəvi bir haldır. Və sonra bu topludan  bu günə qədər bir şeir, bir sətir belə  bu kitabın da, içinə daxil edilən şeirlərin də bəlkə ən çox aid olduğu, paytaxtında da bu şeirlərin yazıldığı, gürcü dilində oradan aparıldığı xalqın dilində tərcümə olunmamışdır. Budur, indi “Min bir gün”  gürcü dilində də nəşr olunur.

1001 gün? Bu nəddur, söz fırlatmaq? Min bir gecəni kim eşitməyib, min bir gün isə... Bu Sindibadı oyatmaqdırmı? Xeyr. Min bir gecənin  səhifələrindən əsən mehdirmi? Xeyr. Əgər həqiqətin, Metexi çinarından qopan, bir yarpağı, Mtadmsminda ayının  şüaları  tellərinə düşərək, Qərbi gəzibdirsə və yüz iyirmi ildən sonra Tiflis torpağında  indi yaşıllaşıbsa? Ola bilər. Bunu Bodenştedtdən soruşmalıyıq.

მსგავსი