05 June 2017
  • 299 ნახვა

Fridrix Bodenştedtin “Şərqdə min bir gecə” əsəri gürcü dilində

Gürcü yazıçısı və tərcüməçisi Akaki Qelovani 1923cü ildə anadan olmuşdur. 14 yaşında ikən  ilk əsərləri dərc olunub. Mestiya Pedaqoji Texnikumunu bitirəndən sonra Tbilisi Dövlət Universitetinin fililogiya  fakültəsində təhsilinin davam etdirmişdir.  1953-cü ildən onun şeirləri, hekayələri və romanları müntəzəm şəkildə  dərc olunmağam başlayır.İlk kitabı “ Henrix Heynenin “Seçilmiş lirikası”nın tərcüməsi 1954-cü ildə nəşr olunmuşdur. “Svan balladası”(1963), “Epiqramlar”  (1966), romanlar və hekayələr “ . Külə dönmüş şöhrət”(1961), “Şopenin ürəyi”(1961),  “Kirvənin sütunu” (1965), “Tetnulday”,(1971), “Svanetinin ağ papağı” (1976) və sair  əsərlər onun qələminə məxsusdur.  O eləcə də  İ. Geote, F. Şiller, H. Heyne, H İbsen, S. Svayq, A. Qrifius, Apolonios Ridesülin və başqalarının  əsərlərini tərcümə etmişdir.

Dünya incəsənəti korifeyləri  barədə yazdığı “Əbədi yaşar incəsənət” kitabı diqqətə layiqdir (1996). Akaki Qelovaninin şəxsi arxivi Milli Əlyazmaları Mərkəzində  qorunub saxlanılır.  Arxivi onun törəmələri 2009-cu ildə mərkəzə ianə ediblər. 1983-cü ildə onun tərəfindən  tərtib olunan geniş  “Mifologiya lüğəti ”mühüm və çox vacib əsərdir. Burada  müxtəlif  dinlər ilə əlaqədar  məsələlər və terminlər  asan və anlaşılqlı dil ilə izah olunub. Bu kitab geniş oxucu kütəlsi üçün və məsələ ilə maraqlanan insanlar üçün  nəzərdə tutulub.  Akaki Qelovani   bir sıra esselərin, oçerklərin, populyar broşüralarınn müəllifidir. Onun  “Hucabi- Gürcü məbədi” hekayəsi beş dilə tərcümə olunmuşdur.

Akaki Qelovani 1996-cı ildə dünyasını dəyişmişdir.

 Maraqlı haldır ki, o,   tanınmış alman yazıçı və alim Fridrix Bodenştedtin  gürcü dilinə tərcümə etdiyi və ona geniş ön sözü yazdığı “Şərqdə min bir geşə” əsəri1965-ci ildə nəşr olunmuşdur.  

Fridrix Bodenştedtin adı sıx bağlı olan Azərbaycanın klassik şairi  Mirzə Şəfi Vazeh barəsində  bu gürcü yazıçısı Akaki Qelovaninin  kitaba yazdığı öz sözün Azərbaycanı oxucuları üçün maraqlı olduğunu nəzərə alaraq  tüzliklə tərcümə edib sizin ixtiyarınıza verəcəyəm.

                                                                                    Hörmətlə: Mirzə Məmmədoğlu

მსგავსი