05 June 2017
  • 349 ნახვა

Qədim Tiflisin qədim cizgiləri – Ortacala

Ortacala – Vaxuşti Baqrationi 1735-ci il Tiflis planında Ortacalanı eksplikasiyada Krtsanis bağı adı ilə qeyd edir. Bu onu göstərir ki, Ortacala Krtsanis kəndinə aid idi. Bu adacıq şəhərin şərqində Seyidabad məhəlləsinin aşağısında yerləşirdi. O, Kürün əsas məcrası ilə onun sağ qolu arasında yerləşirdi. Bəzi təqdiqatçılar onun adının «orta» su, iki su arasında yerləşən cala ilə əlaqədar olduğunu yazırlar. «Ori», «orta» gürcücə iki deməkdir. Kürün ortasında yerləşən bu adacığın, bizcə, Ortacala adlandırılması daha inandırıcıdır. Yəni ortada olan cala. Belə ki, Tiflisdə cala sözünə bağlı bir neçə toponim mövcuddur.

Ortacala bağları çarın ailəsi və tavad-aznaurlar üçün ayrılmışdı. XIX əsrdə bu bağlar şəxsi mülkiyyətə çevrilmişdi.

50-ci illərdə burada Ortacala SES-i inşa olunmuş, sonralar sahil yolları salınmışdır. Kürün qolu yox olmuş, adacıq da aradan götürülmüşdür.

                                                                                         Hörmətlə:Mirzə Məmmədoğlu                                                                                                                                   

 

 

მსგავსი