05 June 2017
  • 301 ნახვა

Şərəfli ömür yaşayan soydaşımız Bəkir Dursun oğlu

Sovet İttifaqı Qəhrəmanı Bəkir Dursun oğlu Mustafayev 1898-ci il fevralın 11-də Axalsixe rayonunun Blorza kəndində kəndli ailəsində anadan olmuşdur. Həmin kənddə kolxoz sədri işləmişdir. 1941-ci il iyunun 22-də Böyük Vətən Müharibəsi başlamışdır.

1941-ci ilin avqustunda B. Mustafayevi Sovet Ordusu sıralarına çağırırlar. 1942-ci ilin martından o, Qafqaz yaxınlığındakı döyüşlərdə iştirak edir. Kerç şəhəri uğrunda döyüşlərdə Bəkir Mustafayev qəhrəmancasına döyüşür.

Qvardiya sıravisi Bəkir Mustafayev Kerç boğazını 164-cü qvardiya atıcı alayının birinci desant qrupu ilə birlikdə keçir. 1943-cü il noyabrın 3-də Kerçin şimal-şərqində gedən döyüşdə yüksəkliyə sürünərək orada möhkəmlənmiş atəş nöqtəsinə mərmilər yağdıraraq, beş almanı məhv edir. Bəkir Mustafayevin qəhrəmanlığından ürəklənən qvardiyaçılıar hücuma keçirlər və əhəmiyyətl kəsb edən yüksəkliyi ələ keçirirlər. Bəkir Mustafayev döyüş səngərində daha dörd almanı öldürərək pulemyot ələ keçirir və düşmənə atəş açır, yaralansa da döyüş meydanını tərk etmir.

Kerç yarımadası uğrunda döyüşlərdə Bəkir Mustafayev şəxsən 40-dan artıq Hitler əsgər və zabitini məhv etmişdi.

Sovet İttifaqı Ali Sovetinin Rəyasət Heyətinin 1944-cü ildə verdiyi qərara əsasən qvardiya sıravisi Bəkir Dursun oğlu Mustafayevə Sovet İttifaqı Qəhrəmanı adı verilmiş, o, həmçinin, “Qızıl ulduz” və "Lenin ordeni" ilə təltif edilmişdir.

Bu cəzasərtli qvardiyaçı Krım və Ukrayna uğrunda döyüşlərdə də fəal iştirak etmişdir.

Müharibədən sonra qəhrəman qvardiyaçı Özbəkistanda yaşamaya məcbur qalmışdır. Səmərqəndin bir kəndində - Kaynamada. B. Mustafayev 1978-ci il dekabrın 10-da 80 yaşında dünyasını dəyişmişdir.

Kaynamanın küçələrindən biri bu qəhrəmanın adını daşıyır.

მსგავსი