29 May 2017
  • 567 ნახვა

Sözün qədir qiymətini bilərək qədir qiymətli olan eloğlumuz

"Ruh" Azərbaycan Jurnalistləri Hüquqlarının Müdafiə Komitəsinin keçmiş sədri, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Əhməd oğlu Amaşov 26 aprel 1957-ci ildə Bolnisi rayonunun Faxralı kəndində anadan olub. 1974-cü ildə Faxralı kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə Sovet Ordusunda xidmət edib. 1979-cu ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1984-cü ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-1994-cü illərdə "AzərTAC" Dövlət Teleqraf Agentliyində müxbir, şöbə müdiri, redaktor, baş redaktor və baş direktorun I müavini vəzifələrində çalışıb. 1995-ci ildə "Yeni Nəsil" Jurnalistlər Birliyinin yaradıcılarından olub. 1995-1998-ci illərdə təşkilatın sədr müavini vəzifəsini tutub. 1998-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin sədri seçilib. 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib. 2005 və 2008-ci illərdə keçirilən qurultaylarda bu vəzifə yenidən ona həvalə olunub.

Jurnalistika sahəsində çoxsaylı kitabların, bir sıra dərs vəsaitlərinin müəllifidir.

Dünya Mətbuat Şuraları Təşkilatının İdarə Heyətinin və Avropa Mətbuat Şuraları Assosiasiyasının üzvüdür.

Əflatun Amaşov Azərbaycan Respublikası Prezidentinin 22 may 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü təyin edilib.

Əflatun Amaşov 1 noyabr 2015-ci il parlament seçkilərində  iştirak etmiş, Azərbaycan Respublikası Milli Məclisinin V çağırış  üzvü olmuşdur.

Ailəlidir, bir övladı var.                                                              

 

მსგავსი