
”Bu axşam siz məni müsəlmana çevirdiniz”.
Mirzə Rza xan İrəvaninin “Şahzadə Ərfəüddövlənin xatirələri” adlı əsərindən
...Təsəvvür edin: Hovuzun həndəvərindəki həyət, ağacların dibləri və ağac tayaları müxtəlif rəng güllər ilə bəzədilmişdi. Havada yüzlərlə çin və yapon fənərləri asılmışdı və hovuzu və onda qırmızı rəngə çalan şərabı işıqlandırırdı. Fişənglər isə bu bayrama isə daha artıq parlaqlıq əlavə edirdi. Qonaqlar arasında gözəl yeniyütmə gürcü şahzadələri də var idilər. Tanınmış şair olan və şeirlərini öz doğma dilində yazan Tiflis qubernatoru şahzadə Şervaşidze ay işığı ilə işıqlanan eyvandan Əbdülbaqinin və onun musiqiçilərinin mahnısını, bağdan isə hərbi orkestrin səsini eşidəndə, şərab hovuzunu, gözəl çahzadələri və fişəngi görəndə məni yanına çağırdı və dedi:”Bu axşam siz məni müsəlmana çevirdiniz”. Soruşdum: “Necə”. Cavab verdi: “Sizin peyğəmbərinizin cənnət təsvirini ayələrdə oxumuşdum, lakin onun mövcudluğuna inanmırdım, bu gün axşam isə əmin oldum ki, Məhəmmədin vəd etdiyi cənnət doğrudan da mövcuddur və o, buraların oxşarı ola bilər”...