27 May 2017
  • 313 ნახვა

Çox yaxşı səsi olan Əbdülbaqi Qarabaği həmin vaxtlarTiflisdə idi.

Mirzə Rza xan İrəvaninin “Şahzadə Ərfəüddövlənin xatirələri” adlı  əsərindən

 

  • Bayram axşamı üçün baş komandandan hərbi orkestr istədim. Dövlət cəbbəxanasında  fişənglər sifariş verdim və qədim qüllənin bağa tərəf baxan divarları yanında qoydurdum. Hakimiyyətin nümayəndələrindən  və əyanlardan o qədər qonaq dəvət etdim ki, qonaq və yeməkxana otaqlarına yerləşə idi. Madam Stasuleviçin pansionunda erməni qızı ilə Alixanovun mübahisəsi yadıma düşdü və Alixanova xüsusi dəvətnamə göndərdim. Yerli qəzetdə elan dərc etdirdim: Şahın doğum günü ilə əlaqədar konsulluğun bağında atəşfəşanlıq keçirilir və bağ qonaqlar üçün açıqdır. Bağı çin və yapon fənərləri ilə bəzətdirdim və ay işığında oralar çox gözəl idi.

Çox yaxşı səsi olan Əbdülbaqi Qarabaği həmin vaxtlarTiflisdə idi. O, uzun müddət fars musiqisini İranda  öyrənirdi, sonra isə Tiflisdə tarda, fleytada, kamançada və iki balaca dəfdə çalanların daxil olduğu dəstə yartmışdı. Həmin axşam Əbdülbaqinin musiqiçiləri üzü bağa baxan qonaq otağının eyvanında yerlşıdilər, hərbi orkestr isə, bağın içində. Əllərində  gümüş piyalə ilə  dörd nəfər  ofisiant hovuzun  hər tərəfində  dururaraq  qonaqları  şəraba qonaq edirdi.  Gürcülər və ermənilər Kaxeti şərabını çox sevirlər, buna görə də bir-iki bardaq ilə kifayətlənmirdilər...

 

მსგავსი