27 May 2017
  • 611 ნახვა

Kutaisidə və onun ətraflarında məscidin və iki mehrabın qalığı

Mirzə Rza xan İrəvaninin “Şahzadə Ərfəüddövlənin xatirələri” adlı  əsərindən

 

...Kutaisiyə çatanda zirvəsində köhnə məbəd olan bir dağa baş çəkdik. Dağın ətəyində  atlarla bizi qarşıladılar, atlara mindik və  məbədə tərəf yola düşdük. Kutaisinin bu guşəsi meşəliklə örtülmüşdü və payız olduğundan  ağaclar müxtəlif rənglərdə gül açırdı.  Ona qədər fərqli rəngdə olan  yarpaqlardan  oralar elə gözəl idi ki, insan öz gözləri ilə görməsə belə valehedici mənzərəni təsəvvür edə bilməzdi. Kutaisidən Borjomiyə və Abastumaiyə qədər  bütün belə təbiət idi. Burdakı meşə Avropanın meşəsindən onunla fəqrlənir ki, onda çoxlu bar verən ağac  vardır, xüsusən qoz və fındıq. Bununla o, İranın meşələrinə bənzəyir. Yolda o qədər yabanı çiyələm var idi ki, atlardan düşürdük, yığıb yeyirdik.

Qonaqların çoxluğu, hotel və şəhərin idarəetmə binasında otaqların azlığı üzündən  məni bə müsyo baron Taubeni bir otağa yerləşdirdilər. Xoşbəxtlikdən, çox təvazökar və yaxşı tərbiyə olunan gənc kimi özünü biruzə verdi. Səhər məndən erkən oyandı və yarıyuxuda  gördüm ki, öz ayaqqqabılıarı ilə birlikdə mənimkini də aldı və xidmətçiyə vermək əvəzinə vaks ilə özü təmizlədi. Peterburqda səfir olan zaman bu adam  baş prokuror vəzifəsini tutub.

Mənim konqresdə olmağım  nəticəsiz ötüşmədi.  Kutaisidə və onun ətraflarında  məscidin və iki mehrabın  qalığı olan iki dağıdılmış divar tapdıq. Mehrabın başında  və ətrafında kufı xətti  ilə quran ayələri yazılmışdı. Ayələri oxudum, nəsx xətti ilə, latın  şrifti ilə yazdım və əhəmiyyətini də onun üstündə qeyd etdim. Uzun müddət müşavirə keçirdilər  və nəticə çıxartdılar ki, dağıntılar İslam ordusunun bura gəldiyi və bu məscidi tikdiyi Əmənilərin hökmranlığı dövrünə aid idi. Məscidin yerləşdiyi yerdən müəyyən edildi ki, Kutaisi indiyə nisbətən qədimdə olduqca daha böyük idi və çiçəkləmişdi...

 

მსგავსი