26 May 2017
  • 369 ნახვა

“Təhlükəsizlik xidmətləri diqqətli olmalıdırlar- “Azərbaycanlılar Konqresi”nin sədri qalmağallı info

Acarada yeni məscid tikilirmi, yoxsa, yoxmu, müsəlman icması nə planlaşdırır, Gürcüstanın torpaqları kimin əlindədir və onu əcnəbilərə kim satır və milli azlıqların nümayəndələri Konstitusiya dəyişikliklərində niyə iştirak etməyiblər? “Kartuli sitğva” qəzeti “Azərbaycanlıların Milli Konqresinin sədri Əli Babayevlə söhbət aparıb.

 

-Əli müəllim, deyirlər li, Acarada müsəlman icması aksiyalar planlaşdırır, doğrudurmu?

- Bu proses dünən və bu gün başlamayıb.

-Hansı prosesi nəzərdə tutursunuz?

-Lap başdan söhbət Əziziyyə camesi barəsində idi, sonra bu tələb dəyişdi və indi möminlər  camenin genişləndiriməsi barəsində  danışırlar.

-İbadət yerinin genişləndirilməsi vacibliyi mövcuddurmu?

- Acarada möminlər  çoxdurlar, buna gəlmiş qonaqlar və öz ailələri ilə investorlar əlavə olunur. Buna görə Batumi meriyasına camenin genişləndirilməsi tələbi ilə möminlərin məktubu daxil oldu, lakin  məlum olduğu kimi, rədd cavabı alıblar.

-Camenin genişləndirilməsi yeri də heç yerdə yoxdur...Hə də Meriyanın rədd cavabı, məncə əsaslandırılmış idi...

-Bəli, belədir, yer həqiqətən yoxdur. Mənim subyektib fikrimdir ki, came hakimiyyət və möminlər üçün başqa məqbul yerdə inşa olunmalıdır, lakin bu, Gürcüstanda yaşayan müsəlmanların pulu ilə baş verməlidir, başqa ölkədən, investorların hesabına deyil. Bununla mövzunun alveri baş verəcək.

-Mövzunun alverini kim aparır?

-Dini mövzuda alveri müxtəlif siyasi qruplaşmalar aparır ki, onlar da ölkədə qarmaqarışıqlıqlar istəyir. Sosial şəbəkədə qıcıqlandırıcı statuslar yazılır ki, bunlar da əhali arasında bir növ mənzərə yaradır. Açıq deyəcəyəm ki, Batumidə “Milli hərəkat”ın üzvləri  daimi olaraq  ölkədə baş verən müsbət dəyişikliklərə məhəl qoymurlar və qarmaqarışığın səbəbinin axtarışındadırlar. Batumidə martın 11-də baş verəb vandalizm bunun aydın təstiqidir. Belə hadisələr gələcəkdə də baş verəcək, əgər ölkənin təhlükəsizlik xidmətləri diqqətli olmasalar. Gürcstanın müxtəlif bölgələrində yaşayan azərbaycanlılara müraciət edirəm, hakimiyyət ilə birgə güzəşti variantı rahat şəkildə axtarmalarını tövsiyyə edirəm ki, tələblər, elə götürək bu ibadət yeri üçün inşaya aid olan tələblər qanunverici çərcivəyə oturmalıdır.

Elə burada Bidzina İvanişvili tərəfindən  öz vəsaitləri ilə ibadət yerinin inşa olunması vədini sizə xatırladıram.

-Necə ki, yadımdadır, bu vədi bir daha təkrar etməyib.

-Hə, bir dəfə təkrar edib, lakin bu istiqamərdə aktivkilər həyata keçirilmir.Vaxt işidir, gözləməliyik.

-Əziziyyə camesinin inşası barədə daha söhbət yoxdur, eləmi?

-Yox bu mövzu bitib,  söhbət ibadət yerinin genişləndirilməsindən və elə götürək, şəhərdən kənar inşa olunmasından gedir, halbuki, müsəlman icması ərazini artıq alıb.

-Ərazini konkret olaraq kim alıb?

-Bütün Gürcüstanın Müsəlmanlar İdarəsinin müftisi tərərfindən toplanılan  məbləğ səfərbər olunub.

-Bu ərazi harda yerləşir?

-Batuminin əsas məscidi olan yerdə. Lakin Batumi meriyası tikintiyə icazə verməyib.

-Əli müəllim, o yerdə sıx inkişaf edən infrastruktur var, güman ki, meriyanın  əlində əsas var idi və bayaq ki, deyilən  kimi, rədd cavabını onun üçün verib.

-Bəli, bildiyim kimi, sıx məskunlaşan yerdir və buna görə də tikintiyə doğrudan da imkan yoxdur.

-Dediyiniz kimi, ölkədə çoxlu turist və investor vardır ki, onlara da ibadət yeri lazımdır. Vaxtilə Əziziyyə  camesinin  tikintisinin əleyhdarları  deyirdilər ki, Acaranın yüksək dağlıq  kəndlərində ibadət yerləri çoxdur ki, qaydaya görə, tələbatı ödəməlidir. Onda, ibadət üçün Batumi məscidinə niyə gedirlər?

-Elə fikirləşirsiniz ki, ibadət üçün Maxincauridən, Kobuletidən və yüksək dağlıq  kəndlərdən gəlirlər? Bu ölkəyə gələnlərə və yerli Batumili müsəlmanlara lazımdır. 21-ci əsrdir, hamının ibadət etməyə haqqı vardır. Gürcüstanda yaşayan müsəlmanlar ölkənin və ailənin rifahı üçün Tanrıya yalvarırlar.  Gürcü çarları düşmənə qarşı mübarizədə xristianlığı inam kimi, İsa peyğəmbərin xaçını sipər kimi istifadə edəndə  gürcü müsəlmanları da onların yanında idi. Krtsanisi döyüşündə üç yüz araqvililərlə birlikdə  iki yüz nəfər borçalılı qəhrəmancasına həlak olmuşdur. Gürcüstan  bizim də vətənimizdir, Gürcüstanın pravoslav  kafedral məbədlərində  şamlar yandıranda, hiss edirəm ki, bu, mənim də inamımdır!

Təəssüf ki, ictimaiyyətdə qədim tarixi psixoloji qalıqlarının izini görürəm. Əgər pravoslavlığı və islamı bir-birindən  fərqləndiririksə, təhlükə görürük. Niyə baş verdi, 90-cı illərdə və 2008-ci ildə məhz elə pravoslav ölkə bizim ərazilərinin 20 faizinin işğalını həyata keçirdi?!

Qarşıdurmanın əmələ gəlməsi, başqa görüləsi işlərin olduğu bir vaxtda, qorxuludur! Sosial mediya tez-tez hallarda qarmaqarışıqlığın təşkil olunmasına imkan yaradır. Əcdadların bizə qoyduqlarını  itirməyək. “Kişi kimi adam ol, harda istəyirsən orda ibadət et!”- Dinə qarşı münasibərdə  hamı ehtiyatlı olmalıdır, bunu öncəki hakimiyyətin  başcıları etmirdilər. İllah da ki, “Milli hərəkat” daimi olaraq müsəlmanlar arasında nifaqın salınmasına cəhd edirdilər. Yoxsa da, Gürcüstan  müsəlman şiələr ilə  sünnilər arasında qarşıdurmanın heç zaman baş vermədiyi yeganə ölkədir. Mixail Saakaşvili məhz elə bu qarşıdurmanın əmələ gəlməsinə cəhd edirdi!

Adı pis şəkilən “Millilər” tərəfindən sönən  vulkanlar kimi qoyulmuş problemlər bəzən seçkiqabağı kükrəyir. İkiyə bölünmüş “Milli hərəkat” bir-birinin əksinə çıxır və bir-birilə haqq-hesab çürütməyə keçiblər.

-Və yaxud Acara  məscidi mövzusu qarmaqarışığa səbəb ola bilər?

-İstisna olunmur... Məscid ilə əlaqədar problemlər yalnız Acarada deyil, başqa bölgələrdə də, sıx məskunlaşdırılmış acarların yaşadığı yerdə  də əmələ gəlir. Məsələn, Adıgendə, Zalqada.

Ümumiyyətlə, mediyada sosial problemlər barəsində  az danışırlar.

-Batuminin 11 mart olaylarında dini münaqişənin izini görürsünüzmü?

-Yox, həmin gecə dini mövzu həqiqətən görünmürdü.

-İctimaiyyətin bir hissəsi düşünür ki, Türkiyə Acaranı özünə birləşdirəcək, bu mümkündürmü?

-21-ci əsrdir və nə deməkdir, özünə birləşdirəcək  və ya aparacaq? Türkiyə Birləşmiş Millətlər  Təşkilatında və Avropa strukturlarında  Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Belə ki, bu cür təhlükəni Gürcüstan beynəlxalq aləmdəonun  bütövlüyünə və qaçqınların  qaytarılmasına səs verməyən ölkələrdən gözləyir.

-Rusiyanı nəzərdə tutursunuz?

Təkcə Rusiyanı deyil, başqa ölkələri də. Türkiyə Gürcüstanın partnyorudur ki, onunla da illərdir ki, uğurlu ticarət-iqtisadi əlaqələr yaradılmışdır və başqa sahələrdə  əməkdaşlığın inkişafı  barəsində də düşünürük.

Bu günlərdə, Gürcüstan-Türkiyə-Azərbaycanın müdafiə  nazirləri görüşəcəklər və müdafiə sahəsində memorandum imzalayacaqlar. Yeni  geosiyasi əlaqələrin  formalaşmasına biz imkan yaratmalıyıq. Siyasətçilərin mənasız atılmaları ilə və   yalançı vətənpərvərlik ilə  artıq çox şeyi, o cümlədən  Gürcüstan ərazilərini  itirdik və yalnış informasiyanı yaymağın başını buraxmağa cəhd göstərək.

Elə ki, təhlükələrdən danışırıq, bir hadisə barəsində, olduqca idarə olunmaz  münaqişə  ocağına  çevrilməsi mümkün olan hadisə barəsində sizə danşacağam:

2017-ci il mayın 8-də Didqori düzündə erməni icmasının  nümayəndələri toplaşdılar və bayram təşkil etdilər. Mayın 8-i Dağlıq Qarabağın gözəl şəhəri Şuşanın alınması gündür. Didqoridə  Dağlıq Qarabağın  separatçı  bayraqları  dalğalandırılırdı. Didqori düzündə  keçirilən  tədbir Gürcüstan dövlətinə və Gürcüstanda yaşayan  azərbaycanlılara  çağırışdır ki, bu da ola bilsin ki, təəssüf doğurucu nəticələrə   gətirib çıxarda idı. Elə burada, qeyd etmək istəyirəm ki, bu bayram birinci dəfə keçirilməyib, illər ərzində Tbilisidə  erməni teartrının və kilsəninin önündə,  Axalkalaki və Axalsixedə də keçirilirdi. Bu, qadağan olundu. Lakin  bundan betərini elədilər- Gürcülər üçün müqəddəs yerdə, Didqori düzündə  separatşı bayraqlar dalğalandırdılar.

-Bu bayramın təşkilatçısı kimdir?

-Kim olacaq, ilk növbədə Ermənistanın Gürcüstandakı səfirliyi. Hesab edirəm ki, Gürcüstanın hüquq mühafizə orqanları maqarlanmalıdırlar. Didqori düzündə separatçı bayraqların dalğalandırılmasına kim icazə vermişdir. Təəssüf ki, bayramda uşaqlar da iştirak edirdilər, belə hərəkət etməyə onların  nə hüquqi, nə də mənəvi hüquqları var idi. Bu, ilk növbədə, Gürcüstan dövlətinə, sonra Gürcüstanda yaşayan  azərbaycanlılara və Gürcüstan-Azərbaycan əlaqələrinə hörmətsizlikdir.

Azərbaycan  Avropa strukturlarında  Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən ölkədir ki, bunu  Rusiya dövləti ilə əlaqədə olan və camaatı qıcıqqlandıran Ermənistan barəsində deyə bilmərəm.

-Qısası, hesab edirsiniz ki, bunun qarmaqarıçıqlığa səbəb olması mümkündür?

-Qarmaqarışıqlığa səbəb ola bilsin ki, olmasın, lakin  əgər xatırlasaq ki, ermənilər elə həmin separatçı bayraqları mayın 9-da Moskva və Sankt-Peterburqda dalğalandırsalar, Gürcüstanda hansısa bir formada qarşıdurmaya səbəb olması istisna edilmir.

Biz erməni qardaşlara tövsiyə edirik ki, tərəddüd etsinlər. Biz vətən olaraq Gürcüstanı seçdiyimizdən, gəlin hörmət edək, imkan yaradaq ki, burada əmin-amanlıq və sabitlik, separatşı atılmalardan uzaq olan güclü bölgə ölkəsi olsun!

-Əcnəbilərə torpağın satılmasına qarşı böyük kampaniyaya başlanıb. Necə düşünürsünüz, əcnəbilərə torpaq almaq icazəsini verək, yoxsa, yoxmu?

-Bu gün  çoxları sinəsinə vuraraq, lovğalanırlar ki,  təəccüblənərsən! Əgər belə vətənpərvərdirlərsə, Saakaşvili biznes  mühiti bölüşdürəndə harda idilər?

Mənim fikrimcə, torpaq icarə ilə verilməlidir, satılmamalıdır, lakin təhlil edək: Bu gün dövlətin satılası torpağı vardırmı? Kimsə buna cavab verə bilərmi? Gürcüstanın torpaqları 1995-1996-cı ildən 2012-ci ilədək və yaxud  torpaq islahatının geçirildiyi vaxt satılıb və indi yenidən satış prosesi gedir. Torpaqların böyük hissəsi  Saakaşvilinin bir lariyə verdiklərinin əlindədir. Məhz elə bu camaat bu gün torpaqları əcnəbilərə satır, lakin belə çıxır ki, dövlət özgəninkiləşdiririr!

-Azərbaycanlılarla sıx məskunlaşmış rayonlarda da –Marneulidə, Dmanisidə, Qardabanidə elə həmin durumdurmu?

-Bu rayonlarda yaşayan azərbaycanlıların böyük hissəsi, həyətyanı sahədən başqa heç nəyi yoxdur. Bütün hər şey əvvəlki hakimiyyət zamanı vəzifədə olanların əlindədir. Onda hakimiyyət əmlakı istədiyi şəxslərə bir lariyə verirdi, əhalinin isə otaracağı da yoxdur ki, mal-qara saxlasın və ya kəndi genişləndirsin və ata oğluna torpaq versin. Əgər fərdi mülkiyyətdə olan əkin sahəsini  kimsə xarici ölkənin  vətəndaşına  satarsa,  bunun dövlətə nə dəxli?

Msxetada Dzveli Kanda  tingçilik  təsərrüfatı Axalayanın qaynatasının  və başqalarının əlindədir və onlar İsrail vətəndaşına torpağı istixana düzəltmək üçün satırlarsa, bu onların işidir, lakin  dövlət müəyyən vaxta investora əmlak verirsə, onun zəmanətçisi olur ki, sözügedən ərazidə sabit biznesin aparılması baş verir və bu onun vəzifəsidir də. “Gürcü arzusu” hakimiyyətinin mənfi cəhətidir ki, kohabitasiya recimində qeyri-qanunilik edən və başqasının  cinayətinin üstünü örtən camaatı vəzifədə saxladı!

Öz başıma gələni sizə nəql edəcəyəm: 2007-ci il noyabrın 2-dən müxalif hərəkata qoşuldum. Mənim tərərfimdən  formalaşdırılan qeyri-hökumət  təşkilatı milli azlıqların  intqqrasiyası və problemləri üzərində işləyirdi. O dövrkü hakimiyyət  bunu mənə bağışlamadı və mənə əvəzini ödətdi.

-Əvəzini sizə necə ödətdi?

-Əmlakım yoxdur, həyat yoldaşımın mənzilində yaşayıram. Msxetada Kanda kəndində atam və qardaşlarım hədiyyə olaraq  mənə torpaq sahəsi veriblər. Elə oldu ki, mənim sənədim itdi və illər ərzində axtarmalı oldum. Nəhayət, belə çıxdı ki, mənə hədiyyə olunan torpaq sahəsi qeyri-qanunidir, mənim  qardaşlarımın isə qanuni.

-Bu necə?

Mən, Əli Babayev, “Gürcü arzusu”nun təsisçilərindən biri, siyasi şuranın keşmiş üzvü, bu gün də fəal siyasi sima, qeyri-hökumət  təşkilatını bərpa etməyə nail ola bilmədim və adi vətəndaş nə etsin?

Doğrudur, çoxlarına əmlak qaytarılır, lakin bu, kifayət deyildir. Keşmiş çinovniklər  yenə də vəzifələrdə otururlar və elə öz tərəflərindən edilən  namussuz işlərin üstünü örtürlər. Bu, yox edilməlidir!

-Əli müəllim, Konstitusiya dəyişiklikləri barədəsizin  fikirlərimnniz məni maraqlandırır...

-Konstitusiya dəyişiklikləri barədə iradlarım vardır, yəni komissiyanın  işində milli azlıqların nümayəndələri iştirak etmirdilər. Doğrudur, parlamentdə milli azlıqlar otururlar, lakin onlar fəallıq göstərmirlər. Axı, onlardan hansısı öz bölgələrinin  əhalisi ilə görüşüb?- Heç biri. Onlardan hansısı dəyişikliklərin maddələrini tərcümə  edən, etnik qeyri-gürcü əhalisini  məsələdən halı edən qrupaltının yaradılmasına cəhd göstərib? Elə, Saakaşvilinin kitabçasının bənzəri olmaması üçün, konstitusiyanın referendum şəklində qəbul edilməsinə tərəfdaram.

-Konstitusiya  dəyişikliklərini camaatla prezident də müzakirə edirdi...

-Bəli,  lakin o da cəhd göstərməyib ki, milli azlıqları da ona qoşa idi.

Prezident seçkisi qaydasına  gəldikdə, razılaşıram ki,  bu qayda birbaşa olmayan qaydada olmalıdır. Gürcüstan kişik ölkədir. Iqtisadi cəhətdən zəifdir. Müvafiq olaraq  prezident seçkiləri üçün sərf olunan milyonların boş yerə xərclıəndiyini hesab edirəm. Prezident sarayının  saxlanılması və onun personalının təmin olunması da  baha başa gəlir.

-İctimaiyyətin bir hissəsi hesab edir ki, prezidentin birbaşa olmadan seçilməsi  xalqın seçim etmək imkanını əlindən alır.

-Buna görə də konstitusiya yazşılaşdırılmalıdır. Eləcə də majoritar sistem ləğv olunmalıdır. Parlamentdə oturan 150 deputatdan az bir hissəsi birbaşa olan vəzifəsini yerinə yetirir. Parlamentdə oliqarx majotitar oturanda  onu deputat olaraq seçənlərdən daha çox, öz şəxsi biznesinin müdafiəsi barədə düşünür!

Baxın, majoritar deputat bürolarını saxlamaq üçün nə qədər pul xərcləyir. Təəssüf ki, ənənə davam edir və parlamentdə  gürcü dilini bilməyən  milli azlıqların nümayəndələri otururlar. Konstitusiya  müstəqil işlərini aparmağa imkanların verilməsi üçün bürokratik sistemləri, özünüidarəetmələrin  hüquqlarını və vəzifələrini  yaxşılaşdırmalıdır.

Birini də deyim: Milli azlıqlar konfensiyalarının statusu müəyyən edilməlidir. Bundan sonra münaqişlərin və qarşıdurmaların səbəbləri də yox edilər.

Didqori barəsində danışırdıq və  deyildiyi kimi, Türkiyənin tələbi ilə avqustun 12-i iş günü olaraq elan olunmadı. Bizim tarixi günlər kimisə qıcıqlandırmalıdır?

-Avqustun 12-də anadan olmuşam və həmişə fəxr edirdim ki, Didqori bayramı günü anadan olmuşam. 12 avqust bütün gürcülər üçün qürurverici qələbə günüdür və bir ölkənin də ixtiyarı yoxdur ki, ənənələrə qarışsın, bizə diktə etsin. Bu günü istirahər günü edəcəyik, yoxsa yox, bizim həll edəcəyimiz məsələdir.

Soçidə Türkiyə-Rusiya görüşündə müxtəlif infiormasiya yayılır. Bəzisi deyir ki, bir-birindən soyuq şəkildə ayrıldılar, bəzisi isə- o cümlədən, güzəşt  siyasəti davam edir, -deyə  bildirir. Bütün bunlar Gürcüstana nə gətirər?

-Göründüyü kimi, onlar arasında əlaqələr  inkişaf edir. Gürcüstanın roluna və yerinə gəldikdə, yeni geosiyasi bölüşdürmədə, əhəmiyyətlidir və əhəmiyyətli də olacaq!

-Sevindirici haldır ki, Çin Gürcüstanı partnyor olaraq seçib. Gürcüstan düşmənlərini deyil,  dostlarını axtarmalıdır.

                                                                    Söhbətləşdi: Natiya Qoqitidze

“Kartuli qazeta” qəzeti, 17-23 may, 2017-ci il

                                                                  Tərcümə etdi: Mirzə Məmmədoğlu 

მსგავსი