26 May 2017
  • 361 ნახვა

Tbilisidə Azərbaycanın Respublika günü münasibəti ilə rəsmi qəbul keçirilmişdir

Tbilisidə “Kortiart Mariot” mehmanxanasında  Azərbaycan Respubliksının Gürcüstandakı səfirliyinin təşkilatşılığı ilə Azərbaycanın Respublika  günü münasibəti ilə  rəsmi qəbul keçirilmişdir. Tiflisdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 28 May – Azərbaycanın Respublika Günü münasibətilə rəsmi qəbul keçirilmişdir. İlk öncə Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilmişdir. Fövqəladə və səlahiyyətli səfir Dursun Həsənov çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı mədəni, iqtisadi və siyasi, eləcə də bu il  25 ili tamam olan diplomatik əlaqələrdən, hər iki dövlətin bilavasitə iştirak etdiyi beynəlxalq layihələrdən ətraflı söhbət aşmışdır. 
 Tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  iki mehriban qonşu və dost ölkə olan Azərbaycan və Gürcüstanın birgə  bir sıra irimiqyaslı strateji layihələr həyata keçirdiyini, bir şox sahədə  bu iki ölkənin bir-birini həmişə dəstəklədiyini xüsusilə qeyd etmişdir. 
 Tədbirdə Gürcüstanın dövlət və hökumət təmsilçiləri,  Gürcüstanda fəaliyyət göstərərn diplomatik korpusun, gürcü bə Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

მსგავსი