24 May 2017
  • 313 ნახვა

Ermənilər bu yazıqlara amansız rəftar edirdilər.

Bundan öncə dövlət xadimi, diplomat, messenat, publisist, şair, memarlıq və əntiqə əşyalar həvəskarı, kolleksiyaçı, əslən İrəvandan olan soydaşımız Rza xan İrəvani və onun “Firuzə” və “Almaz” sarayları barədə məlumatı və eləcə də Tiflis Metex həbsxana qalasının nəşriyyatında    rus dilində 1894-cü ildə nəşr olunmuş «İran şahı əlahəzrətlərinin general-adyutandı Mirzə Rza xan Daneşin memuarları» adlı kitabın tərcüməsini oxucuların ixtiyarına vermişdim.  İndi onun  “Şahzadə Ərfəüddövlənin xatirələri”  adlı əsərini əldə etmişəm. Onun əvvəlki memuarları kimi bu xatirələr də çox maraqlıdır. İndi onun tərcüməsi üzərində işləyirəm. Bu əsərdən bir hissəni oxucuların marağını nəzərə alaraq saytımıza yerləşdirirəm.

                                                                            Hörmətlə:Mirzə Məmmədoğlu                                                                                                                                  

 

 

...Həmin dövrlər Rusiya ilə osmanlı arasında Qars döyüşü adı ilə məşhur toqquşma baş verdi. Qarsada Osmanlı ordusnun məğlubiyyətindən sonra oradan 10 min əsir gətirdilər və Tiflisin ətrafyanı məhəlləsində çadırlarda yerləşdirdilər.  Rus zabitləri onların dilini başa düşmədiyindən  əsirlərə nəzarət etmək üçün türk dilini bilən qafqazlı ermənini təyin etdilər.  Etamajorun(fransız dilində qərargah deməkdir) rəisi Əlaülmülkə yazaraq onun üçün türk dilini bilən etibarlı şəxsi göndərməsini xahiş etdi ki, o da rus zabitlərinə əsirlərin durumunun öyrənilməsi zamanı onların yanında ola idi və ermənilərin onlara qarşı meylləri barəsində  sorğu apara idi. Əlaülmülk məni təqdim etdi və bir polkovnuk ilə və iki podpolkovnik ilə birlikdə əsirlərin düşərgəsinə getdim. Məlum oldu ki, ermənilər bu yazıqlara amansız rəftar edirdilər: Kifayət qədər yeməklər vermirdilər və Rusiya hakimiyyətinin onların cib xərcliyi  və tənbəki üçün ayırdığı gündəlik 20 qəpiyi  ya ümumiyyətlə vermirdilər, ya da yarıya bölürdülər və yarısını özləri mənimsəyirdilər. Mənim raportum Qafqaz canişininə təqdim ediləndə, o əmr verdi ki, erməniləri nəzarət etmə işindən uzaqlaşdırsınlar  və onların yerinə rusları təyin etsinlər. Canişin baş konsuldan mənə həftədə bir dəfə düşərgəni yoxlamağa və raport yazmağa icazə verməsini xahiş etdi. Bir neçə aydan sonra saziş bağlandı və əsirlər vətənə qayıtdılar....

 

 

მსგავსი