04 May 2017
  • 398 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Şahtaxtı

Şahtaxtı – Narınqalanın şərq tərəfindəki bürcü. İndiki Sololak xiyabanı zolağında, bu günkü Dadiani küçəsi istiqamətində yerləşirdi. Bu küncdə cənub və qərb hasarlarının birləşdiyi yerdə böyük bürc ucalırdı. Şurissixenin ön bürcü olan bu bürc Narınqalanın mühafizə sistemində ən yüksək bürcdür. Vaxuşti Baqrationi onu qeyd edir və «Şahtaxtı» adlandırır. 30 metrlik uzunluqda düzbucaqlı qala-qəsr bürclər ilə möhkəmləndirilmişdi. Tiflisin 1800-cü il planında Şahtaxtı eksplikasiyada şəhərin 12 əsas hissəsi arasında qeyd edilmişdir. Platon İoselianinin verdiyi məlumata görə, XIX əsrdə 1837-cü ilədək «Şahtaxtı rəsədxana təyinatını yerinə yetirirdi. Deyilənə görə, burada guya ərəblərin rəsədxanası var imiş. Bir vaxtlar onun içində çar sarayı da olub. 1838-ci ildə burada Tiflis meteoroloji və maqnit rəsədxanası inşa olunub. 1927-ci ildə baş verən böyük zəlzələ nəticəsində dağılmışdır. Bu gün yalnız onun kiçik bir hissəsi qorunub saxlanılmışdır. Şəkildə Şahtaxtının xarabalıqlarını görürsünüz.

                                                                                                      Hörmətlə:Mirzə Məmmədoğlu                                                                                                                                   

 

მსგავსი