04 May 2017
  • 664 ნახვა

Aşıq Avdı Qaymaqlının həyat yoldaşı Yasəmən: Aşıq burda deyil, evi də yoxmu?

Vaxtilə babaları Borçalıdan getmiş, əslən qarslı olan aşıq-araşdırmaçı Nazim İrfan Tanrıkulu əsrin əvvəllərində   Gürcüstana gələrək Borçalı aşıqlarının  həmin dövrlər sağ olan  aşıqlarının demək olar ki, hamısı ilə  ilə təkbətək görüşərək onlarla deyişmələrini, söhbətlərini, söylədikləri dastanları  videoya çəkmişdir. Bəzi aşıqlar ilə görüşmələrində  bilavasitə mən də iştirak etmişəm. Gürcüstanda işlərini tamamlayandan sonra o,Azərbaycana geçdi. Gəncəyə qədər onunla oldum. Onun Dərya Məhəmmədin şağirdi Şıxlı Yaqubla, Tovuzlu Ustad aşıq Ələsgər ilə, ustad aşıq Mahmud ilə, Ustad aşıq Əlxan Niftalıyev, Əzablı Mikayılın oğlu Həkim ilə,  Şəmkirdə  Mahmud ilə Gəncədə Qəmkeş Allahverdi ilə görüşləri  çox maraqlı oldu. Nazim bəydən  Gəncədə ayrılandan sonra o,  Bakıya yola düşdü,  Oradan da İrana getdi. Təbriz, Urmiyə, Sulduz aşıqları ilə maraqlı görüşlər həyata keçirdi. Həmin vaxtdan Nazim bəy davamlı Gürcüstana gəlir, Borçalı aşıqları ilə görüşur. Bu günlərdə yenə Gürcüstana təşrif buyurmuşdu. Görüşdük. Maraqlı söhbətlər etdik. Nədənsə  ustad aşıq Avdı Qaymaqlıdan söz düşdü. Onun ailəsi ilə bağlı bir xatirəni danışdı. Bu xatirəni türk televiziyalarında dəfələrlə söylədiyini də vurğuladı. Nazim İrfan Tanrıkulu belə nəql elədi:

2001-ci il ilin yay ayları idi. Qazax-Gəncə  ana yolunda taksi tutub Qaymaqlıya yollandım. Öncə Aslanbəylidə Hacı Mahmud əfəndinin türbəsini ziyarət etdim. Oradan da Qaymaqlıya yola düşdüm. Yaxın idi. Kənddə soruşa-soruşa onun oğlu Sədinin evinin  salığını aldım.  Həmin yerə çatanda gördüm ki,  beli əyilmiş ixtiyar bir qadın  əlində əsa  irəliləyir. Taksidən düşüb ondan aşıq Sədinin evini soruşdum. Evi göstərdi, amma Sədinin evdə olmadığını bildirdi. Geri qayıtmaq istəyəndə mənə üz tutaraq -Aşıq burda deyil, evi də yoxmu?,-  dedi. Bu zaman bu böyük lafın qarşısında donub qaldım. -Buyur evə gəl,-dedi.  Taksini yola saldım. Nənənin qoluna girdim, həyətdə ağac altında  masa arxasında oturduq. Nənə sən kimsən, hardan bilirsən  aşığın evdə olmadığını,-deyə ondan sordum.-  Oğul, mən Avdının qarısıyam, Sədinin də anası, adım da  Yasəmən. Hər şey aydın oldu. Sədiyə xəbər göndərdilər. Bir az keçməmiş evə çiynində çaqqırla, türklər, ciyindirik deyirlər. Su gətirən gəlin həyətə daxil oldu, öz-özünə danışırmış kimi, -kimdi bu, gələn,- dedi. Mən dedim ki, müsafirəm, Allah müsafiri. Sən demə, Sədi də kəndin malına gedirmiş, nəhayət, gəldi. Dost tanışlarını başına yığdı. Onunla gözəl bir proqram yapdım. Onun ifasında“Abdı və Mehriban"dastanını videoya çəkdim. Bu görüşdə ustad aşığın həyat yoldaşı olan bu nurani qadın məndə xoş təəssürat oyatdı. Bu görüş barədə türk kanallarında dəfələrlə söz açmışam.

Mirzə Məmmədoğlu

 

 

მსგავსი