02 May 2017
  • 384 ნახვა

Mirzə Rza xan İrəvaninin “Şahzadə Ərfəüddövlənin xatirələri” adlı əsərindən

                                                 2. Fəsil

                               Qafqaza və İstanbula səyahət

                                                (1876)

 

 

... Tiflisə çatan kimi məşhur Mirzə Fətəli Axundovun evində  qazinin mənzilini kirayələdilər. Beş otaqdan  biri mehmanxana idi, biri kabinet, biri qazinin yataq otağı, biri  mənim və biri də molla Rzanın.  On günü qazinin qəyyumluğu altında keçirdim. Tiflisdə yaşayan iranlılar tacir, eləcə də sənətkarlar olaraq çox mehriban  camaatdır. Şəhərdə iki karvansaray var: Xalatovun və Mirzoyevin. Arvad-uşağı olmayan iranlı tacirlər və sənətkarlar bu karvansaraylarda otaqlar kirayələyərək yaşayır və həm də alver edirlər. Tiflisdə təxminən 10 min iranlı vardır ki, bunub da əksəriyyəti qara fəhlədir.  Buralı dulusçular  əsasən Səlmas, Dolmağan və Urmiya  əyalətlərindəndirlər, tava daşlarını düzənlər  isə Marağadan, Təbrizdən, Mərəndədən və Xoydandırlar. Tiflisli  böyük tacirlər Hacı Məhəmməd Bağır Rezayi, Hacı Fətəli, Məhəmməd ağa  Tocarbaşı, Hacı Mehdi ağa və Hacı Məhəmməd İbrahimdir. Tiflisin görkəmli nömrəli hamamları vardır ki, birada da mineral su axır. Ağa Mir Fəttahın  oğullarından biri Ağa Mir Nemətullah burada yaşayır. İranlılar ona böyük hörmətlə yanaşırlar  və onun savadı olmamasına baxmayaraq özlərinin rəhbəri hesab edirlər. İki həftə ərzində qazi mənə canla-başlar qulluq edirdi. Bir irəvanlı tacir  uzaqdan mənim qohumum çıxdı. Xalatovun karvansarayında yaşayan Hacı Rəhim ağa İrəvani yaşl olduğuna görə iranlı və başqa tacirlər  dairəsində  böyük hörmətə malik idi və hamı onu Hacı Rəhim əmi deyə çağırırdı. Bu yazığın başına fəlakət gəldi və həmişə qəmli görünürdü. Bu hörmətli şəxs irəvanlı mühacirlər dairəsindən idi.

İki həftə tamam olanda səfərə hazırlaşmağa başladım.Qazi bu əhvalatı eşidəndə  məni İstanbula yola düşən  Hacı ağa Ğavğazinin  yanına qatdı.. Tiflisdən əvvəlcə Potiyə getməli idik.Cünki, həmin vaxtlar  dəmiryoli  bu şəhərə qədər gedirdi. Qazi və onun dostları dəmiryolunda məni yola saldılar. Qazi mənə bir qarabağ namaz xalçası  və kiçik bir  səfər samovarı bağışladı.

(Potidə)  mən və Hacı Ağa üçüncü dərəcəli biletlər aldıq. Gəmiyə qalxanda hədiyyə olunuş xalçanı sərdim. Zəvvarlar  mənim samovarımdan istifadə etdilər. Məkkəyə getdilklərindən ocaq qaladılar və çay dəmlədilər. Gəminin azuqəsindən yemək istəmirdilər. Ona görə də Potidə çörək  və pendir ehtiyatı gördülər. Bundan başqa özləri ilə bir kisə  meyvə qurusu, qoz ləpəsi, kişmiş, səbzə və xurma  da aparırdılar və yolda məni də bunlara qonaq edirdilər. Bizim yeməyimiz elə bu idi və yol yoldaşları mənə deyirdilər ki, sizin samovarınız olmasa idi,  gəmidə çay da içməyəcəkdik...

 

(İstanbula oxumağa gedən Mirzə Rza  xəstələndi. Həkimlər xəstəliyin səbəbi olaraq  oranın iqlimini hesab etdilər  və o İstanbulu tərk etməyə məcbur oldu).

 

 

 

მსგავსი