01 May 2017
  • 294 ნახვა

Mirzə Rza xan İrəvaninin Şahzadə Ərfəüddövlənin xatirələri adlı əsərindən bir parça

Bundan öncə dövlət xadimi, diplomat, messenat, publisist, şair, memarlıq və əntiqə əşyalar həvəskarı, kolleksiyaçı, əslən İrəvandan olan soydaşımız Rza xan İrəvani və onun “Firuzə” və “Almaz” sarayları barədə məlumatı və eləcə də Tiflis Metex həbsxana qalasının nəşriyyatında    rus dilində 1894-cü ildə nəşr olunmuş «İran şahı əlahəzrətlərinin general-adyutandı Mirzə Rza xan Daneşin memuarları» adlı kitabın tərcüməsini oxucuların ixtiyarına vermişdim.  İndi onun  “Şahzadə Ərfəüddövlənin xatirələri”  adlı əsərini əldə etmişəm. Onun əvvəlki memuarları kimi bu xatirələr də çox maraqlıdır. İndi onun tərcüməsi üzərində işləyirəm. Bu əsərdən bir hissəni dostlarımım marağını nəzərə alaraq saytımıza yerləşdirirəm.

“... Tiflisə çatan kimi məşhur Mirzə Fətəli Axundovun evində  qazinin mənzilini kirayələdilər. Beş otaqdan  biri mehmanxana idi, biri kabihet, biri qazinin yataq otağı, biri  mənim və biri də molla Rzanın.  On günü qazinin qəyyumluğu altında keçirdim. Tiflisdə yaşayan iranlılar tacir, eləcə də sənətkarlar olaraq çox mehriban  camaatdır. Şəhərdə iki karvansaray var: Xalatovun və Mirzoyevin. Arvad-yuşağı olmayan iranlı tacirlər və sənətkarlar bu karvansaraylarda otaqlar kirayələyərək yaşayır və həm də alver edirlər. Tiflisdə təxminən 10 min iranlı vardır ki, bunub da əksəriyyəti qara fəhlədir.  Buralı dulusçular  əsasən Səlmas, Dolmağan və Urmiya  əyalətlərindəndirlər, tava daşlarını düzənlər  isə Marağadan, Təbrizdən, Mərəndədən və Xoydandırlar. Tiflisli  böyük tacirlər Hacı Məhəmməd Bağır Rezayi, Hacı Fətəli, Məhəmməd ağa  Tocarbaşı, Hacı Mehdi ağa və Hacı Məhəmməd İbrahimdir. Tiflisin görkəmli nömrəli hamamları vardır ki, birada da mineral su axır. Ağa Mir Fəttahın  oğullarından biri Ağa Mir Nematullah burada yaşayır. İranlılar ona böyük hörmətlə yanaşırlar  və onun savadı olmasına baxmayaraq özlərinin rəhbəri hesab edirlər. İki həftə ərzində qazi mənə canla-başlar qulluq edirdi. Bir irəvanlı tacir  uzaqdan mənim qohumum çıxdı. Xalatovun karvansarayında yaşayan Hacı Rəhim ağa İrəvani yaşl olduğuna görə iranlı və başqa tacirlər  dairəsində  böyük hörmətə malik idi və hamı onu Hacı Rəhim əmi deyə çağırırdı. Bu yazığın başına fəlakət gəldi və həmişə qəmli görünürdü. Bu hörmətli şəxs irəvanlı mühacirlər dairəsindən idi.”

 

მსგავსი