28 April 2017
  • 283 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Siracxana

Siracxana – Fars mənşəli sözdür, sərrac - şərabçı deməkdir, xana isə yer, şərabçıların olduğu yer anlamına gəlir.

Qədim Tiflisdə iki Siracxana var idi. Böyük və Kiçik. Onlar Kürün üzbəüz sahillərində yerləşirdi. Kiçik Siracxana Kürün sağ sahilində, Qalada, Tatar meydanının yaxınlığında yerləşirdi. Bu gün bu küçə daha yoxdur. O, keçmiş Orta bazarın (indiki Leselidze küçəsinin) yenidənqurulması zamanı yox olmuşdur. Bu yerdə indi bağça vardır, Sion və Leselidze küçələrinin kəsişdiyi yerdə.

Böyük Siracxana Kürün sol sahilində uzun dolama yoxuş boyu baş alıb gedirdi. Bu yol Siracxana yoxuşu da adlanırdı. Sonra isə «Şərab yoxuşu» («Vinnıy podcёm») adlanmışdır. Burada yerləşən dükan və zirzəmilərə araba ilə kəl gönündən hazırlanmış tuluqlarda Kaxetdən şərab gətirilirdi. Elə bu yoxuşda Qədim Tiflisin əsas şərab bazarı yerləşirdi.

 

 

                                                                                                  Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                                                                                                                        

 

მსგავსი