28 April 2017
  • 464 ნახვა

Dünyanın ən yaxşı qadın yazıçısı reytinqi

Gürcü nasiri və jurnalisti

Anna Kordzaya-Samadaşvili

Nyu-York İctimai Kitabxanasının

(The New York

Public Library) beynəlxalq

qadınlar gününün bayram

edilməsi ərəfəsində tərtib etdiyi

dünyanın ən yaxşı qadın

yazıçısı reytinqinə daxil olub.

Siyahıya bütün dövrlərin

və xalqların cəmi 365 məşhur

qadın yazıçısı düşüb. Onların

arasında Ceyn Ostin, Şarlotta Bronte, Hanna Arendt, Marqaret

Etvud, Elfride Yelinek kimi ünlü söz ustaları da var.

Bir çox kitab və nəşrlərin müəllifi olan Anna Kordzaya-Samadaşvili

“Berikoba”, “Mən Marqaritayam” topluları,

“Şuşanikin uşaqları”, “Qağayını kim öldürdü”, “Oğruların

hökmdarı” kimi ədəbi hekayə və romanları ilə məşhurdur.

Yazıçı 6 fevral 1968-ci ildə Tbilisidə doğulub. 1989-

cu ildə Tbilisi Dövlət Universitetinin fi lologiya fakültəsini

bitirib.

Müxtəlif gürcü nəşrlərinin redaktoru olub. Berlinin İBA

kitab agentliyinin reportyoru işləyib. “24 saat” nəşrinin jurnalisti

kimi fəaliyyət göstərib. 2005-ci ildən “İsti şokolad”

jurnalı ilə əməkdaşlıq edir.

 

 

მსგავსი