26 April 2017
  • 287 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Seyidabad

Seyidabad – Hamamlar məhəlləsi və onun həndəvərindəki ərazi 17-ci əsrdə Seyidabad adlanırdı. Seyid sözü fars mənşəli sözdür. Bizim dildə də işlədilir. Vaxuşti Baqrationinin verdiyi məlumata görə, bu ad ona görə əmələ gəlmişdir ki, İran şahı buraya seyidlər icmasını köçürmüşdür.

Vaxuşti Baqrationi Tiflis planında bu məhəlləyə iki qat ad verir. «Seyidabad və yaxud Tiflis». Öncə bu yer Tiflis adlanmışdır. XII əsrdə Tiflis hasarla əhatə olunmuşdu. Hasarın şərq hissəsinin fraqmenti bu günə qədər 300 araqviyalı abidəsi yaxınlığında qorunub saxlanılmışdır. Monqolların hücumundan sonra bu yerdə (Hamamlar məhəlləsindən başqa) XIX əsrə qədər heç nə inşa edilməmiş, bağlarla əhatə olunmuşdu.

 

                                                                                                       Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                                                                                                                        

 

მსგავსი