23 April 2017
  • 332 ნახვა

Yazıçılar Evində dostluq carçısı Zurab Mamulaşvilinin yubileyi qeyd olundu

Tbilisidə  Gürcüstan Yazıçılar Evində qocaman gürcü yazıçısı Zurab Mamulaşvilinin anadan olmasının 75-ci ildönümü qeyd edildi. Tədbirdə çıxış edən yazıçı bə şairlər yubilyar barədə öz ürək sözlərini söylədilər, ona həyatda can sağlığı,yaradıcılığında isə yeni-yeni uğurlar arzuladılar. Müxtəlif səpkili bir neçə kitabı çıxan Zurab Mamulaşvili öz kitabları ilə avtoqrafla pərəstişkarlarını sevindirdi. Sonda yubilyar tədbir iştirakşılarını onun yubiley axşamında iştirak etmələrinə görə, eləcə də çıxış edənlərə  söylədikləri səmimi sözlərə görə minnətdarlığını bildirdi,  son dövrlər yazdığı bir neşə şeirini oxudu. Diqqətə layiq haldır ki, Gürcüstanın milli azadlıq hərəkatının liderlərindən biri Merab Kostavanın yaşadığı həyətdə onun silahdaşlarından biri Vaja Adamiyanın evində xudmani bir ziyafət oldu. Didube Fəxri Xiyabanının direktoru şair Badri Kutateladzeinin masabəyliyi ilə aparılan məclisdə yubilyar haqqında, ümumiyyətlə, dil, vətən haqqında mənim dəfələrlə etdiyim çıxışlar süfrə üzvlərinin alqışlarına səbəb oldu. Yubilyar, sən demə, iki il bundan əvvəl mənə həsr etdiyi şeiri oxuyaraq  təmtəraqla mənə təqdim etdi. Bu, şəxsən mənə qarşı böyük hörmət idi, gürcü və azərbaycanlı arasında  dostluğun daha bir təzahürü idi.    

                                                                                                               Hörmətlə: Mirzə Məmmədoğlu                                                                                                                                                                                                                                        

                                    

მსგავსი