23 April 2017
  • 471 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Mixail prospekti

Mixail prospekti – Əvvəllər Plexanov, indi isə Ağmaşenebeli prospektinin köhnə adı. Rusiya imperatoru I Nikolayın qardaşı, böyük knyaz Mixail Romanov1860-cı illərdə Qafqaz canişini olmuşdur. Prospektə də onun adı qoyulmuşdur.

     Azərbaycan yazıçısı Manaf Süleymanov «Eşitdiklərim, oxuduqlarım, gördüklərim...» kitabında yazır:

     «Hacı Zeynalabdin Ta­ğıyev parça toxuculuğu sənayesini Zaqafqaziyada monopoliya etmək üçün Ələs­gərbəy Mahmudbəyovu göndərir Tiflisə və orada Mixaylovski küçəsində torpaq icarəyə götürüb fabrik tikdirir və başlayır bez buraxmağa; bu fabriki də xammal ilə - pambıq ilə Azərbaycanın pambıq əkən qərb rayonları təmin edirdi; həm də fabrik yaxın olduğundan nəqliyyata az pul xərclənirdi, parça ucuz tamam olurdu».

     Bu fabrikin istehsal etdiyi bez qədim Tiflisin bəzzazxanalarında da satılırdı.

 

                                                                                                 Mirzə Məmmədoğlu

მსგავსი