17 April 2017
  • 336 ნახვა

Qədim Tiflisin qədim cizgiləri- Traktirlər

Traktir – alman sözüdür, yeməkxana deməkdir. Ötən əsrin 30-cu illərinin əvvəllərində İrəvan meydanı yaxınlığında «Palçıqlı küçə»də Pol Matas adlı bir şəxs kiçik və dar evdə mehmanxana açmışdır ki, qonaqlar burda gecələmiş və nahar edə bilmişlər. Jan Fransua Qamba da burada gecələmişdir. Matasın bu traktir-mehmanxanasında 1829-cu ildə Tiflisə gələn A. S. Puşkin gecələməli olmuşdur. Riğedə (Çaylaqda) o dövrlər Qafqazda məşhur olan kolonist Zelsmanın traktiri yerləşirdi. O vaxtlar Tiflisin karvansaralarında bu cür traktirlər mövcud idi. Həmin traktirlərin divarlarından saz asılardı. Yerli aşıqlar ilə İrandan gələn aşıqlar arasında deyişmələr olurdu.

                                                                                                                   Hörmətlə: Mirzə Məmmədoğlu

 

მსგავსი