14 April 2017
  • 361 ნახვა

Elizbar Cavelidze :Əzabkeş şair

Bu il Azərbaycanın dahi şairi və mütəffəkiri İmadəddin Nəsiminin  ölümünün 600 –cü ildönümüdür. Bununla əlaqədar olaraq Bakıda  bir sıra tədbirlərin, elmi konfransların keçirilməsi planlaşdırılır. Gürcüstan  Milli Elmlər Akademiyasının akademiki Elizbar Cavelidze də həmin tədbirlərə dəvət alıb. Odur ki, Nəsimi haqqında 40 il bundan əvvəl onun yazdığı yazını  tərcümə edərək  sizin ixtiyarınıza verirəm. Onu da qeyd edim ki, həmin ərəfədə bu tanınmış gürcü aliminin gənc yaşlarında yazdığı “Füzuli” monoqrafiyasının  mənim tərcüməmdə  Bakıda nəşr olunaraq təqdimatının  da keçiriləcəyi nəzərdə tutulub.

                                                                                                   Hörmətlə: Mirzə Məmmədoğlu

Elizbar Cavelidze :

Əzabkeş şair

Hələbin  mərkəzi meydanlarından birinə çamaat  toplaşırdı. Bığ yeri yenicə tərləmiş bir gənc çılğın hisslərlə  şeir oxuyurdu.

Ay ilə günəş üzün heyranıdır,

Mişk ilə ənbər saçın tərxanıdır,

Çün Nəsimi aləmin sultanıdır,

Dövr anın, dövran anın dövranıdır.

 

 Qaşqabaqlarını sallamış, bənizləri solmuş fəqihlər  qazilərə xəbər yetirdilər. Qazilər onun həbsi barədə fərman verdilər. Gənci tutdular və bu eşidilməmiş təhqiredici, iyrənc sözlərlə dolu olan şeirin kimə mənsub olduğunu soruşdular. O, şeiri özünün yazmış olduğumu söylədi.

-Ölüm,ölüm!.. Ruhanilər bir ağızdan  bağırdılar. Gənc ölümə məhkum idi. Cəlladlar hazırlaşmağa başladılar. Bütün bunları şeirin həqiqi müəllifinə bildirdilər. O, tələsik  qara ölümün qədəm basdığı meydana doğri üz tutdu, özünü yetirərək  qürurla  dedi:

-Bu gənc oğlandan əl çəkin! Bunun ona heç bir dəxli yoxdur. Bu şeiri yazam mənəm.

Camaat ah-vay etməyə başladı. Ruhanilərin üzündə çoxmənalı təbəssüm əmələ gəldi. Onların qarşısında dövrün böyük şairi, içtimiyyəti üsyana qaldıran, qiyamçı mənəbiyyat sahibi Nəsimi dururdu. Şairə paxıllıq edənlərin arzuladığı an yetişdi. Onu dəhşətli  işgəncə verməklə ölümlə cəzalandırdılar. Onun diri-diri dərisi soyulmalı idi. Cəlladların məhvedici əlləri işə düşdü. Şair dözülməz işgəncələrə dözürdü. Hələb meydanında   qan su yerinə axdı. Haldan düşən şairin  rəngi saraldı. Elə orada olan, qara libasa bürünən  şeyx  qara qarğa kimi qırıldadı:

-Nədir, şair, sən ki həqqsən, bəs rəngin  niyə sarıdır!

Nəsimi var gücünü toplayaraq cavab verdi:

Mən əbədiyyət üfüqlərində doğan eşq günəşiyəm. Günəş qüruba enəndə, rəngi saralar! Ona görə ki, səhər yenə də daha artıq parıltı ilə şölələnsin və daha hərarətlə dünyanı isitsin.

Doğrudanda belə olmuşdur. Nəsiminin diri-diri dərisini soymuşlar, lakin onun poeziyasından bir şey əksildə bilməmişlər. Onun adı halə kimi ağılı ilə, istedadı ilə seçilənlər arasında  şölə saçdı. Əfsanəyə görə, diri-diri soyulan şairin  dərisi gözqamaşdırıcı şüa kimi şölə saçdı, dikəlib orada olanların  heyrətləndirərək hər dörd tərəfə üz tutdu. Şair müqəddəs olaraq bəyan edildi. Lakin bu əfsanəni yaradanlar, güman ki, hər şeydən öncə Nəsimi poeziyasının sönməz şüalar saçmasını nəzərdə tuturdular. Dörd  guşəyə-  şərq və qərbə, şimal və cənuba saçılaraq bütün aləmə yayılmışdır...

İnanlar inananın dərisini diri-diri soydular. Nə baş verdi? Məsələ burasındadır ki, ümumiyyətlə, din tarixində  və ələlxüsus, Şərqdə   inkişafın iki yolu mövcud idi: Ekzoterik (zahiri )və  ezoterik (batin)yolu. Bu təmayüllər  arasında bəzən parçalanmalar və fikir ayrılığı  baş verirdi ki, bu da ki, çox hallarda kəskin münaqişələrə səbəb olurdu. Bu, Şərq gerçəkliyində özünü aydın şəkildə büruzə vermişdir ki, burada da ifrat batin təmayülü təqib olunurdu və onların nümayəndələrini odla qılıncla qarşlıyırdılar. Belə bir ifrat  batin təmayülünə hurifilik  məxsus idi və Nəsimi  də onun ideyalarının fədakar vaizi idi.

Hürufiliyin əsasını astrabadlı dərviş Şəbahəddin Fəzlullah  Nəimi qoyub. O yeni mürəbbini təmsil etmir və sufizm ilə sıx əlaqə yaradır, lakin  bir sıra məsələləri dərk etməkdə bu sonuncudan əsaslı şəkildə fərqlənir. Hurifilik  mürəbbilərinə  uyğun olaraq  aləmin  fərqinin  ilk səbəbi olaraq  ilahi söz olan loqonu hesab etməliyik . Buna görə də  söz yaradıcılığın  məğzidir, hərf isə görünən aləmin  mövcudluğunun  əsasıdır. (ümumiyyətlə, hurifilik  termini ərəbcədir və hərflər mənasını verir). İlahi söz  hərflərinin metamorfozasını bütün əşyalarda və hadisələrdə axtarmalıyıq. Məhəmməd peyğəmbər ərəb dilində  (belə ki, 28 hərf ilə) , Fəzlullah isə  farsca (belə ki, 32 hərflə ) vəz etdiyindən bu 28 və 32 hərfin rəqəm miqdarı potensial olaraq hər şeydə əhatə olunub və onun aşkar edilməsi lazımdır ki, onun vasitəsi ilə də biz ilahi varlığı dərk edəcəyik. Bu, gerçəkliyi axtarmağın  yeganə və həqiqi yoludur. Buna görə də bu 28 və 32 hərfin  cəmini onlar hər şeydə axtarırlar və hər şeyi onlarla əlaqələndirirlər və onların məntiqi mühakiməsi  bu rəqəmlərin  mistik rəmzi olaraq  dumanlaşdırılıb və anlaşılmazlığa qədər də çatdırılıb. Lakin bu təmayülün ortadoksal islama nisbətən  bir çox mütərəqqi  baxışları da əmələ gəlib. Bu başqa şeylər barədə heç nə deməsək, hürufilik  insanı özünün idrak və pərəstiş obyekti etmişdir ki, o da hürufililərin fikrincə, tanrının mikrokosmosunu, onun ( Tanrının  yaradıcılığının  son məqsədini təşkil edir. Onlar təstiq  edirlər ki, insanın simasında   elə Tanrının özünün  varlığı maddiləşibdir  ki, insan simasının  gözəlliyini görmək və dərk etmək elə Tanrı  varlığının  dərk edilməsinin eynisidir.  Və nəhayət  onlar xüsusulə bizə məlumat verirlər ki, insanın sevgisi Tanrı sevgisinin bərabəryanlısıdır. Bu baxışların öz vaxtında həddindən artıq  böyük mütərəqqi  əhəmiyyəti var idi. Dərk edənin nəzəri transendentik aləmdən kənara çıxırdı, bu dünyalığa   və xüsusən  insana doğru yönəlmişdi.. obyektiv gerçəkliyə qarşı bu cür yanaşma isə intibah fikrin əmələ gəlməsini şərtləndirirdi.

Nəsiminin özünün yaradıcılığı isə  bütün Şərqdə, ələlxüsus,  isə onun vətəni Azərbaycanda  həddindən artıq  böyük populyarlıq qazanmışdır və qazanmaqdadır. Onun qəzəlləri, qəsidələri, istərsə də rübailəri  fikir tutumu ilə fərqlənir və  heç də az olmayaraq  çətin anlaşılan  mistik  doktrinasını üstüörtülü, istərsə də birbaşa açıq   şəkildə bizə çatdırır. Buna baxmayaraq  şairin dili  həmişə sadədir. Hamı üçün anlaşılandır. Bu, əsasən Nəsiminin lirikasında özünü büruzə verir.  Şairin bədii aləmi olduqca zəngin, zərif və dolğundur. Deyilən kəlmələr  və empirik gerçəklik   naxışlı səliqəliliklə qaynayıb qarışıb.

Qarşıdakı  tərcümələr  bu böyük şairin  gürcücə səsləndirilməsinin  faktiki olaraq ilk cəhdidir. Ümumiyyətlə, Nəsiminin gürcücə tərcüməsi  müəyyən çətinliklərlə bağlıdır. Çünki şairin mistik düşüncəsinin rəmzi gərgahı  gürcü oxucuları üçün, əksər hallarda  anlaşılmazdır.  Məhz elə burada tərcüməçinin  qabiliyyəti özünü göstərməlidir. Maksimum  dəqiqliyi ilə Nəsimi  şeirinin örjinal  məğzini elə göstərməlidir ki, gürcü oxucusu tamamilə təbii olaraq  və  aydın şəkildə  şair  istedadının  səylərini qavraya bilsin.  Tərcüməçinin şərəfinə  demək lazımdır ki, o, həddindən artıq, lakin  həsəd aparılası  bu işdə özünü doğrultdu.  Tərcümə olunan  rübailərin  demək olar ki,  hər sətri  yuxarıda deyilənlərin gerçək təstiqidir və bu işə qarşı olan sevginin  ən  yaxşı nümunəsidir.   Gürcü tərcüməçiliyi məktəbi  daha bir  gözəl bir işin qulpundan yapışdı. Biz  minnətdarılq etməkdən başqa  artıq nə deyə bilərik.

                                                                                                                                       “Siskari” jurnalı, 1976, №12

მსგავსი